Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1956/2024 03.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, Ərizəçi iştirakları ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladları X11 xx.xx.2016-cı il tarixdə, X12 xx.xx.2020-ci il tarixdə, X14 xx.xx.2021ci il tarixdə və X9 xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, onun X23 ilə birgə nikahlarından yeddi uşağı doğulmuşdur. Maddi imkanları olmadağından həmin uşaqlardan xx.xx.2016-cı il təvəllüdlü X18, xx.xx.2020-ci il təvəllüdlü X21, xx.xx.2020-ci il təvəllüdlü X24 və xx.xx.2022-ci il təvəllüdlü X15 ev şəraitində doğulmuş, hazırkı tarixədək onların barəsində doğum akt qeydi aparılmamış və həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Uşaqlarına şəxsiyyət vəsiqəsi almaq istəsə də, qeyd edilən səbəbdən həmin hüququndan istifadə edə bilmir. Doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğumu təsdiq edən sənədlər olmadığından həmin şöbə tərəfindən doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur və onu uzun müddətdir ki, tanıyır. Ərizəçi ilə X16 birgə nikahlarından yeddi uşağı doğulmuşdur. Ərizəçi həmin uşaqlardan Zümrüd, Fatma, Asya və Məhəmməd adlı uşaqları ev şəraitində dünyaya gətirmiş, uşaqların barəsində doğum akt qeydi aparılmamış və həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X19 şahid İlhamə Qarayevanın ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X23 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə faktiki evlənmişlər, nikahlarını isə 18 yanvar 2020-ci ildə rəsmiləşdirmişlər. Ərizəçi ilə birgə nikahlarından Zümrüd, Fatma, Asya, Məhəmməd, Sevinc, Pəri və Zeynəb adlı uşaqları doğulmuşdur. Özü fəhləliklə məşğul olduğuna, çörək pulu qazanmaq üçün evdən kənarda işləmək məcburiyyətində qaldığına və maddi imkanları olmadığına görə ərizəçi ilə birgə nikahlarından doğulmuş Zümrüd, Fatma, Asya və Məhəmməd adlı uşaqları ev şəraitində dünyaya gəlmişdir. Bu səbəbdən uşaqların barəsində doğum akt qeydi aparılmamış və həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X6 şəhəri Məktəbli küçəsi ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X7 şəhəri Məktəbli küçəsi ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X8 şəhəri Məktəbli küçəsi ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X5 şəhəri Məktəbli küçəsi ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan 22 sentyabr 2016-cı il təvəllüdlü X2. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan 09 oktyabr 2020-ci il təvəllüdlü X3. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan 18 sentyabr 2021-ci il təvəllüdlü X4. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan 03 dekabr 2022-ci il təvəllüdlü X1. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, uşaqların doğumunu təsdiq edən doğum haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər təqdim olunmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüquqnun olduğu izah edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə Ərizəçi 18 yanvar 2020-ci ildə nikahlarını bağlamışlar və arvada Kərimova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 20 noyabr 2017-ci ildə doğulmuşdur, atası X23, anası Ərizəçidır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 01 avqust 2019-cu ildə doğulmuşdur, atası X23, anası Ərizəçidır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi Yevlax şəhərində ev şəraitində 2016-cı ildə bir qız uşağı, 2020-ci ildə bir qız uşağı, 2021-ci ildə bir qız uşağı və 2022-ci ildə bir oğlan uşağı doğmuşdur. Həmin uşaqlar ev şəraitində doğulduğundan onların barəsində doğum akt qeydi aparılmamış və həmin uşaqlara doğum haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin doğumu təsdiq edən sənədlər olmadığından həmin şöbə tərəfindən doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Yevlax şəhərində 22 sentyabr 2016-cı ildə bir qız uşağı, 09 oktyabr 2020-ci ildə bir qız uşağı, 2021-ci ildə bir qız uşağı və 2022-ci ildə bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1956/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1956/2024
03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver