Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1957/2020 20.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi və həmin ünvandan qeydiyyatının silinməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi və həmin ünvandan qeydiyyatının silinməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak onun xüsusi mülkiyyətinə daxildir. Mülkiyyət hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. O, həmin daşınmaz əmlakı alqı-satqı yolu ilə əldə etmişdir. Cavabdeh ilə onun, eyni zamanda həmin daşınmaz əmlakı ona satmış satıcının heç bir qohumluq münasibəti olmamışdır. Lakin hal -hazırda cavabeh ona məxsus ünvan 1-də qeydiyyatdadır. Cavabdehin həmin ünvanda qeydiyyatda olması formal xarakter daşıyır, eyni zamanda mülkiyyətçi olaraq onun mənefeyinə toxunur və həmin daşınmaz əmlaka dair sərəncam vermək hüquqlarımı məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehi tanımır, cavabdeh bir gün belə ona məxsus evdə yaşamamış, onunla hər hansı qohumluq əlaqəsi yoxdur və cavabdehin həmin mənzilə hansı əsasla qeydiyyata düşməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmə hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı cavabdehin ona məxsus yaşayış evinə hər hansı əmlak hüququnun olmamasını, bir gün belə həmin yaşayış evində yaşamadığını və formal olaraq həmin evə qeydiyyata düşdüyünü əsas gətirərək iddia tələbini əsaslandırmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında göstərilir ki, “Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi ilə bağlı inzibati orqana- Yevlax rayon Polis Şöbəsinə müraciət etməlidirlər. İnzibati orqan tərəfindən tələbi təmin edilmədiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara alıdı: X1 Cavabdehin ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi və həmin ünvandan qeydiyyatının silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. X2 izah olunur ki, iddia ərizəsində göstərilən tələblə bağlı Yevlax rayon Polis Şöbəsinə müraciət etmək hüququ vardır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1957/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1957/2020
20.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver