Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1958/2020 01.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2012-ci il tarixdə bir qız və xx.xx.2017-ci il tarixdə bir qız uşaqlarının Yevlax şəhərində anadan olmalarını, atalarının X6 və analarının o, yəni Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X6 ilə 2010-cu il tarixdə rəsmi ailə həyatı quraraq nikahlarını Maraqlı şəxsndə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2012-ci il tarixdə bir qız və xx.xx.2017-ci il tarixdə bir qız uşaqları ev şəraitində anadan olmuşdur. Hüquqi savadsızlıq ucbatından onlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamənin verilməsindən ərizəçiyə imtina edilmişdir. Ərizəçi də məcburiyyət qarşısında qalaraq hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qisməm təmin edilməlidir. Belə ki, Yevlax şəhər İcra Hakimiyyəti başçısının 23 saylı Evlər Komitəsi tərəfindən verilmiş arayışlardan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 şəhəri E.Məmmədov küçəsi ev 142 ünvanında yaşayır. Maraqlı şəxs tərəfindən xx xxx 2010-cu il tarixdə verilmiş AZ-İ 570521 №li nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X7 arasında bağlanmış nikah 2010-cu ilin may ayının 04-cü günündə akt qeydləri kitabında 163 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bəkirov, arvada isə Bəkirova soyadı verilmişdir. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 1279 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə anadan olmuş qız və xx.xx.2017-ci il tarixdə anadan olmuş qız övladlarına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X8 və X4 ifadələrində göstərmişlər ki, ərizəçinin həyat yoldaşı və qaynanasıdır. Ərizəçi xx.xx.2012-ci il tarixdə anadan olmuş qız və xx.xx.2017-ci il tarixdə anadan olmuş qız uşaqlarını öz evində doğmuşdur. Beləliklə də, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2012-ci il tarixdə və xx.xx.2017-ci il tarixdə qız uşaqları doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən Məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən, yəni xx.xx.2012-ci il tarixdə və xx.xx.2017-ci il tarixdə qız uşaqlarını Yevlax şəhərində doğması faktının müəyyən edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, xx.xx.2012-ci il tarixdə və xx.xx.2017-ci il tarixdə anadan olmuş qız uşaqlarının atalarının X6 və analarının Ərizəçi olması faktının müəyyən edilməsi hissəsində ərizə əsassızdır və təmin edilməməlidir. Çünki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan faktlar yalnız o zaman müəyyən edilə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.2012-ci il tarixdə bir qız və xx.xx.2017-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1958/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1958/2020
01.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver