Məhkəmə qərarları › İş №2(039)-1959/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1959/2020

20.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1959/2020 20.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlışəxs Yevlax rayon Qeydiyyatşöbəsinə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsinə» dair işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlışəxs Yevlax rayon Qeydiyyatşöbəsinə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsinə » dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixdə bir qız və xx xxx 2018-ci il tarixdə bir qız uşaqlarınınYevlax şəhərində anadan olmalarını, atalanın X9 və analarının mən, yəni Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədəərizəsini müdafiə edərək izah etdi ki, o, X9 ilə xx xxxxxx 2010cü il tarixdə rəsmi ailə həyatı quraraq nikahı Maraqlı şəxsndə rəsmiləşdiriblər. Birgə yaşadıqları müddətdə, xx xxxxxx 2008-ci il tarixdə bir oğlan X10 , xx xxxx 2010-cu il tarixdə bir qız X2, xx xxxxxx 2012-ci il tarixdə bir qız X5, xx xxxx 2016-cı il tarixdə bir oğlan X6, xx xxxxxx 2014-cü il tarixdə bir qız X3 və xx xxx 2018-ci il tarixdə bir qız X7 adlı altı uşaqları olmuşdur. Turanə və Əsnad adlı uşaqlar ev şəraitində olduğundan doğumu qeydə alınmamışdır. Bu barədəMaraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlışəxs Maraqlı şəxsnəməhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinəəsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçi X9 ilə xx xxxxxx 2010-cu il tarixdə evlənmişdir. Turanə və Əsnad adlı iki uşaqları ev şəraitində olduqlarından onlara heç bir sənəd almamışlar. Məhkəməərizəçinin vəşahidin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən verilmiş xx xxxxxxx 2015-ci il tarixli AZE seriyalı ******** saylışəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxxx 1989-cu il tarixdəYevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, Gülbala Əliyev küç.,m.8qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən verilmiş xx xxxxxxx 2015-ci il tarixli AZE seriyalı 15293941 saylışəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X9 xx xxxx 1990-cə il tarixdəYevlax şəhərində, anadan olmaqla, Yevlax şəh., C. Kərimov küç., m. 146 qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2016-cı il tarixli AZ-ll 170026 saylınikah bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 iləƏrizəçi arasında xx xxxxxx 2010-cü il tarixdə nikah bağlanmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 35 saylıməktubdan məlum olur ki, Ərizəçi övladının doğumu haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 3555 saylıarayışından məlum olur ki, Ərizəçi Yevlax şəhəri G. Əliyev küçəsi ev 8 yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinəəsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi vəəmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatıəldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinəəsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinəəsasən müvafiq icra hakimiyyəti orqanlarıöz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası haqqında xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarının 6.7-ci bəndinəəsasən, Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgəərizə vermələri ilə müəyyən olunur. Beləliklə, məhkəmədə aydın olur ki, Ərizəçi ilə X9 xx xxxxxx 2010-cu il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarında Tahir ,Şahsənəm, Zəhra, Sübhan, Turanə vəƏsnad adlı altı uşaqları olmuşdur. Turanə və Əsnad adlı uşaqlar ev şəraitində olduğundan və səhlənkarlığı ucbatından müvafiq Dövlət orqanına müraciət olunaraq lazımi sənədlər alınmamışdır.Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qisməntəmin edilməli, Ərizəçixx xxxxxx 2014-cü il tarixdə bir qız və xx xxx 2018-ci il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilməlidir. Ərizənin uşaqların atasının X9 və anası Ərizəçi olması hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli qərarına əsasən ananın və atanın Qeydiyyat şöbəsinə birgəərizə vermələri ilə müəyyən olunduğundan təmin edilməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinəəsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və305.1.7-ci maddəsinəəsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinəəsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinəəsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.2-ci maddəsinəəsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizəərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə işüzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən vəAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçixx xxxxxx 2014-cü il tarixdə bir qız və xx xxx 2018-ci il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılmasıüçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar