Məhkəmə qərarları › İş №2(039)-197/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-197/2025

09.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-197/2025 09.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbi ilə bağlı dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, onun Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi məhkəmənin icraatındadır. Həmin mülki iş üzrə iddia ərizəsində səhvliyə yol verilmişdir. Belə ki, X7 xx.xx.2016-cı il tarixdə doğumu qeydə alınması xahiş edilmişdir. Hansı ki, X16 xx.xx.2021ci il təvəllüdlüdür. Odur ki, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X7 doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, faktiki nikahdan 3 övladları, yəni xx.xx.2015-ci il təvəllüdlü X17, xx.xx.2020-ci il təvəllüdlü X18, xx.xx.2021-ci il təvəllüdlü X16 doğulmuşdur. Övladları evdə dünyaya gəldiklərindən heç bir sənədlərini qeydiyyat şöbəsindən ala bilmir. Övladlarının doğum şəhadətnaməsinin olmaması, doğum faktının müəyyən olmamasına görə övladları ilə bağlı bəzi mülki hüquqlarını həyata keçirə bilmir, bu işlərdə ona maneələr yaranır. Bildiyinə görə bu cür işlərin baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aiddir. Odur ki, mübahisənin həll edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, doğum faktı müəyyən olunan üç övladı var. Həmin uşaqlar xəstəxanada anadan olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izah etdi ki, ərizəçi onun qonşusudur. İddiaçının 6 uşağı var, 3 uşağı ev şəraitində doğulmuş və o, orda iştirak ertmişdir. Verilmiş suala cavab olaraq, iddiaçının imkanı olmadığından atasının evində uşaqlarını dünyaya gətirdiyini, qeyd olunan 3 uşağın da ərizəçinin uşaqları olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izah etdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin 6 uşağı var, onlardan 3-ü doğum evində, qalanlarları ev şəraitində doğulmuşdur. Verilmiş suala cavab olaraq, həmin uşaqların ərizəçinin uşaqları olduğunu bildirmmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2424 saylı məktubda qeyd olunur ki, X16 xx.xx.2021-ci il təvəllüdlüdür. Odur ki, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X7 doğumu təsdiq edən sənədlərinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən məlum olur ki, iddiaçı tərəfindən Yevlax Rayon Məhkəməsinin hesabına 100.60 manat ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, PHŞ-6564/24 saylı Arayışda qeyd olunur ki, X17 müayinədən keçmişdir və sağlamdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 5069 saylı aktda göstərilmişdir ki, X17 həqiqətən ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, PHŞ-6563/24 saylı Arayışda qeyd olunur ki, X16 müayinədən keçmişdir və sağlamdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 5071 saylı aktda göstərilmişdir ki, X16 həqiqətən ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, PHŞ-6565/24 saylı Arayışda qeyd olunur ki, X18 müayinədən keçmişdir və sağlamdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 5070 saylı aktda göstərilmişdir ki, X18 həqiqətən ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, 245 saylı ekspert rəyinin nəticəsində X6 müəyyən edilmiş sümük yaşı 9-9,5 ilə uyğun olduğu qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, 339 saylı ekspert rəyinin nəticəsində X8 müəyyən edilmiş sümük yaşı 5-5,5 ilə uyğun olduğu, X7 müəyyən edilmiş sümük yaşı 3,5-4 ilə uyğun olduğu qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X8, xx.xx.2021-ci il təvəllüdlü X7 doğulması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əlizadə Ruslan İş № 2(039)-1103/2025 MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN PROTOKOLU Yevlax Rayon Məhkəməsi 11 dekabr 2024-cü il Yevlax şəhəri Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qeyd etməklə, doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxıldı. Hazırlıq iclas saat 11:00-da başlandı. Sədrlik edən məhkəmə iclasını açdı, məhkəmə iclasının audio-video yazısının qeydə alındığını bildirdi və baxılması işi elan etdi. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, tərəflər məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə hazırlıq iclasına gəlməmişlər, ərizəçi ərizə göndərək məhkəmə hazırlıq iclasında iştirakım olmadan keçirərək, məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Sədrlik edən müşavirə edərək qərara aldı: Tərəflərin məhkəmənin hazırlıq iclasına gəlməmələri məhkəmənin qarşısına qoyulmuş məsələnin həllinə maneə törətmədiyi üçün məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan davam etdirilsin. Sədrlik edən iş materiallarını nəzərdən keçirib müşavirə otağına getdi və qayıtdıqda qərardadı elan etdi. Məhkəmə hazırlıq iclası saat 11:10-də bağlı elan olundu. Məhkəmə hazırlıq iclasının protokolu 11 dekabr 2024-cü il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Katib: İş № 2(039)-1103/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Yevlax Rayon Məhkəməsi 27 dekabr 2024-cü il Yevlax şəhəri Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qeyd etməklə, doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxıldı. İclas saat 11:20-də başlandı. Sədrlik edən məhkəmə iclasını açdı, məhkəmə iclasının audio-video yazısının qeydə alındığını bildirdi və baxılması işi elan etdi. Məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, ərizəçi məhkəmə iclasına gəlmiş, göndərilmiş məhkəmə bildirişinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Sədrlik edən ərizəçidən məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etirazının olub olmamasını soruşdu. Ərizəçi məhkəmə iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etirazının olmamasını bildirdi. Sədrlik edən şahidin şəxsiyyətini müəyyən etdi. Ərizəçi: Ərizəçi: xx.xx.2000-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan. Sədrlik edən yerində müşavirə edərək qərara aldı: Məhkəmə iclası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilsin. Sədrlik edən işə baxan hakimi və məhkəmə iclas katibini elan etdi. Sədrlik edən-hakim:Əlizadə Ruslan Əliyar oğlu. Məhkəmə iclasının katibi: Vəliyev Rövşən Rafail oğlu. Sədrlik edən ərizəçiyə onun işə baxan hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüququnun olduğunu izah etdi, etirazının olub-olmadığını soruşdu. Ərizəçi: Etirazım yoxdur. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 183-cü maddəsinə əsasən proses iştirakçılarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuş hüquq və vəzifələrini izah edir. Ərizəçi: Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184-cü maddəsinə əsasən ərizəçi ilə işin və mübahisənin vəziyyətini müzakirə edir, onun bütün sübutları təqdim edib-etməməsini, iş materialları ilə tanış olub-olmamasını aydınlaşdırır. Ərizəçi bütün sübutlarını təqdim etdiyini və iş materialları ilə tanış olduğunı bildirdi. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 190-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmağa başlanmasını məruzə edir və irəli sürülmüş tələb üzrə ərizəçinin mülahizəsini aydınlaşdırır. Ərizəçi: Ərizəni müdafiə edirəm. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 192-ci maddəsinə ərizəçinin izahatını alır. Sədrlik edən ərizəçiyə izahat vermək üçün söz verir. Ərizəçi izahatı: Möhtərəm Hakim! X13 ilə birgə nikahımızıdan xx.xx.2017-ci il tarixdə X14, xx.xx.2019-cu il tarixdə X10, xx.xx.2021-ci il tarixdə X19 və xx.xx.2023-cü il tarixdə X15 ev şərairtinidə anadan olmuşdur. Buna görə də hazırki tarixədək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladlarımın doğum haqqında şəhadətnaməsinin olmaması onların gələcəkdə vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təshil alınmasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəcəkdir. Övladlarımın doğum faktının tanınması zərurəti yaranmışdır və onlara müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Maraqlı şəxsnə müraciət etsə də, mənim övladlarımın tibbi sənədi olmadan mənə doğum haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğunu və mənə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Ərizəmin təmin edilməsini məhkəmədən xahiş edirəm. S/C- Övladımın doğumunu təsdiq edən sənədi başqa formada əldə etmək mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşam. Əlavə sual olmadı. Ərizəçi söz aldı. Ərizəçi: Möhtərəm hakim! Mənim şahidlərim var və mən həmin şahidin dindirilməsini xahiş edirəm. Sədrlik edən- Ərizəçi: S/C-Şahidlərim təsdiq edəcək ki, həqiqətən də övladlarım xx.xx.2017-ci il tarixdə anadan olmuş X14, xx.xx.2019-cu il tarixdə anadan olmuş X10, xx.xx.2021-ci il tarixdə anadan olmuş X19 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X15 ev şəraitində anadan olmuşdur. Sədrlik edən yerində müşavirə edərək qərara aldı: şahidlərin dindirilməsinə başlanılsın. X2 məhkəmə iclas zalına dəvət olundu. Sədrlik edən şahidin şəxsiyyətini müəyyən etdi. Şahid: X11: xx.xx.1983-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri Üzeyir Hacıbəyov küçəsi ev 163-da qeydiyyatda olan və yaşayan. Sədrlik edən şahidə Azərbaycan Respublikası MPM-nin 62-ci maddəsində nəzərdə tutulan hüqüq və vəzifələrini izah etdi. Sədrlik edən şahidə məhkəmədə baxılan mülki işlə əlaqədar ona məlum olan bütün halları düzgün danışmağı onun vəzifəsi olduğunu izah edir. Şahid bu barədə iltizam imzalayır. Sədrlik edən şahidin ərizəçiyə münasibətini aydınlaşdırdı və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. X2 qızının ifadəsi: Bildirmək istəyirəm ki, məhkəmə tərəfindən şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçi mənim qonşumdur. Ərizəçinin yeddi uşağı olduğunu onlardan dördü xx.xx.2017-ci il tarixdə Nəsibə, xx.xx.2019-cu il tarixdə Təhminə, xx.xx.2021-ci il tarixdə Zəhra və xx.xx.2023-cü il tarixdə Həlimə adlı uşaqları ev şəraitində doğmuşdur. Sual daxil olmadı. X3 məhkəmə iclas zalına dəvət olundu. Sədrlik edən şahidin şəxsiyyətini müəyyən etdi. Şahid: X12: xx.xx.1990-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri C.Kərimov küçəsi ev 131-da qeydiyyatda olan və yaşayan. Sədrlik edən şahidə Azərbaycan Respublikası MPM-nin 62-ci maddəsində nəzərdə tutulan hüqüq və vəzifələrini izah etdi. Sədrlik edən şahidə məhkəmədə baxılan mülki işlə əlaqədar ona məlum olan bütün halları düzgün danışmağı onun vəzifəsi olduğunu izah edir. Şahid bu barədə iltizam imzalayır. Sədrlik edən şahidin ərizəçiyə münasibətini aydınlaşdırdı və işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. X1 ifadəsi: Bildirmək istəyirəm ki, məhkəmə tərəfindən şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi mənim qonşumdur. Ərizəçinin yeddi uşağı olduğunu onlardan dördü xx.xx.2017-ci il tarixdə Nəsibə, xx.xx.2019-cu il tarixdə Təhminə, xx.xx.2021-ci il tarixdə Zəhra və xx.xx.2023-cü il tarixdə Həlimə adlı uşaqları ev şəraitində doğmuşdur. Sual daxil olmadı Sədrlik edən iş sənədlərini elan etdi. Sədrlik edən iş materiallarını tədqiq etdi. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 209.1-ci maddəsinə əsasən, ərizəçidən məhkəmə tədqiqatı materiallarını daha nə ilə tamamlamağı arzu etdiyini soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən işə mahiyyəti üzrə baxılıb qurtardığını və məhkəmə çıxışlarının başlandığını elan edir. Ərizəçi qızının çıxışı: Ərizəmin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Sədrlik edən müşavirə otağına getdi, qayıtdıqda qətnaməni elan edir, onun məzmununu, şikayət vermək müddətini və qaydasını, protokolla tanış olmaq və protokola dair qeydlər vermək hüququnu izah etdi. Sədrlik edən məhkəmə iclasını 11:35-də bağlı elan edir. Məhkəmə iclasının protokolu 27 dekabr 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar