Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2005/2023 29.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2ə və Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinə qarşı əmrin ləğv edilməsi, tam ştatın bərpa edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2ə və Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 0,5 ştata endirilməyinə dair Cavabdeh2in 01 aprel 2023-cü il tarixli 25 saylı əmri ləğv edilməsini, tam ştata bərpa edilməyini, məcburi 0,5 ştatda işlədiyinə görə az ödənilmiş əmək haqqı hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh2də laborant vəzifəsində işləmişdir. 01 aprel 2023-cü il tarixdə məktəb tərəfindən mənim razılığı və xəbəri olmadan 0,5 ştata keçirmişlər. Hüquqi norma kimi isə Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsas götürülmüşdür. Əmrdən çıxarışı alıb mediasiyaya müraciət etdi. Lakin cavabdeh tərəf gəlmədiyindən məsələ məhkəmədən kənar həllini tapmadı. Rəhbərlikdən 0.5 ştata keçmə səbəbini soruşan zaman şifahi olaraq, məktəbin əvvəlki direktoru onun adından ərizə yazaraq rayon Təhsil şöbəsinə ünvanlandığı bildirmişdir. Halbuki o, nə ərizə yazmış nə də ki imzalamamışdır. Bu səbəbdən də hesab edir ki, əmr ləğv olunmalı, əvvəlki tam ştat vahidliyinə bərpa olunmalı və ödənilməyə əmək haqqı ödənilməlidir. Məlumat üçün, hazırda 0,5 ştatın əmək haqqısını alır, tam ştatın əmək funksiyasını icra edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkili Sevda Bəkirova iddianı qəbul etməyərək etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddia ərizəsində ikinci cavabdeh olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsi göstərilmişdir. Əslində 04 may 2022- ci il tarixdə Yevlax Rayon Təhsil Şöbəsi, o cümlədən bütün təhsil şöbələri ləğv edilmişdir. 04 may 2022-ci ilədək fəaliyyət göstərmiş Yevlax rayon Təhsil Şöbəsi hazırda sektor olaraq fəaliyyət göstərir və 05 may 2022- ci il tarixdə yaradılmış X5 Təhsil İdarəsinin tabeliyindədir. İddiaçı ştat vahidinin 1 ştat vahiddən 0.5 ştat vahidə endirilməsi Yevlax rayonu Qaraməmmədli kənd orta məktəbində sinif komplektlərinin sayının 17 -dən 15 -ə azalması ilə bağlıdır. Dövlət ibtidai, əsas, orta ümumtəhsil və günüuzadılmış məktəblərin ,liseylərin və gimnaziyaların nümunəvi ştatlarının , təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatlarının nizama salınması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli Qərarı ilə sinif komplektlərinin sayına uyğun olaraq ştatların sayı tənzimlənmişdir. Yevlax rayonu Qaraməmmədli kənd tam orta məktəbində 2 laborant ştat olmuşdur. Həmin vəzifələrdə İddiaçı və X2 adlı şəxslər işləmişlər. Sinif komplektlərinin sayının azalması zamanı həmin ştatlardan, o cümlədən işçilərdən birinin ixtisara düşməsi zəruriyyəti yaranmışdır. İddiaçı və Səkinə Mahmudova arasında razılaşma olmamışdır. Bununla bağlı, Yevlax rayonu Qaraməmmədli kənd tam orta məktəbi tərəfindən Həmkarlar Təşkilatına müraciət edilmişdir. Həmkarlar təşkilatı məsələnin həlli ilə bağlı konkret münasibət bildirmədən, məsələnin həllini məktəbinin müdüriyyəti tərəfindən həll edilməsini bildirmişdir. Yevlax rayonu Qaraməmmədli kənd tam orta məktəbi hər iki işçinin İddiaçı və X1 əmək vəzifələrinin icrasını, təhsilini və ailə vəziyyətlərini araşdıraraq hesab etmişdir ki, hər iki laborant 0.5 ştat vahidində çalışarlarsa daha ədalətli olar. Əslində, X2 daha üstünlüklərə malik olan işçidir. Belə ki, Səkinə Mahmudova orta ixtisas təhsillidir. İddiaçı isə orta təhsillidir. X2 peşə bacarıqlarının yerinə yetirilməsində İddiaçı nisbətdə daha peşəkardır. Mahmudova Səkinənin 2 azyaşlı övladı vardır. İddiaçı isə 1 yetkinlik yaşına çatmamış övladı vardır. Bütün qeyd edilənlərə əsasən Yevlax rayonu Qaraməmmədli kənd tam orta məktəbi hər iki işçini 0,5 ştat vahidində işdə qalmasını məqsədə müvafiq hesab etmişdir. Habelə, hər iki işçinin iş saatı cəmi 4 saatdır. Hər iki işçinin günün digər saatında başqa işlə də işləmək imkanları vardır. İddiaçı iş üzrə iddia tələbini qəbul etmirik. İddia tələbi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax rayon Təhsil Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: Təqdim olunmuş Yevlax rayonu Qaraməmmədli kənd tam orta məktəbin xx.xx.2023cü il tarixli 25 №-li əmrindən müəyyən olunur ki, Məktəbdə sinif sayının 17-dən 15-ə enməsi ilə əlaqədar olaraq texniki işçilər arasında ştat ixtisarı aparılmışdır. Respublikada həyata keçirilən islahatlar və işsizliyin qarşısının alınması məqsədlərini nəzərə alaraq heç bir işçinin işdən çıxarılmaması şərti ilə məktəbin labarantı X1 0,5 ştat, İddiaçı 1 ştat olan labarant vəzifəsi 0,5 ştata endirilmişdir. Cavabdeh2 direktor səlahiyyətlərini müvəqqəti icra edən Dilarə Əliyevanın Cavabdeh2 ilk həmkarlar təşkilatının sədri Gülnar Həsənovaya ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, Qaraməmmədli kənd tam orta məktəbində sinif sayının 17-dən-15-ə enməsi ilə əlaqədar texniki İşçilər arasında ştat ixtisasının aparılması ilə bağlı əvvəldə Sizə rəsmi məlumat ünvanlanmışdıq. Qeyd olunan məsələ ilə bağlı Yevlax rayon Təhsil işçilərinin. X4 Yevlax rayon-komitəsinin sədri Svetlana İsayevada həmçinin müraciət edərək məsələnin həll edilməsinə münasibət bildirməsi xahiş edilmişdir. S.lsayevanın rəsmi məktubuna əsasən ştat ixtisarı məktəbin ilk həmkarlar təşkilatının iştirakı ilə həyata keçirilir. Odur ki, Qaraməmmədli kənd tam orta məktəbində 1.5 ştat laborant vəzifəsində işləyən işçilərin ştatlarının ixtisar məsələsinə münasibət bildirməsi xahiş olunmuşdur. X4 Yevlax rayon komitəsinin sədri Svetlana İsayevada həmçinin müraciət edərək məsələnin həll edilməsinə münasibət bildirməsi xahiş edilmişdir. S. İsayevanın rəsmi məktubuna əsasən ştat ixtisarı məktəbin ilk həmkarlar təşkilatının iştirakı ilə həyata keçirilir. Odur ki, Qaraməmmədli kənd orta məktəbində 1,5 ştat laborant vəzifəsində işləyən işçilərin ştatlarının ixtisar məsələsinə münasibət bildirməniz xahiş olunur. Respublikada həyata keçirilən islahatlar və işsizliyin qarşısının alınması məqsədlərini nəzərə alaraq heç bir İşçinin işdən çıxarılmaması şərti ilə X1 0,5 ştatda, İddiaçı 1 ştat olan laborant vəzifəsi 0,5 ştata endirilməsi ilə bağlı məsələni həmkarların iclasında müzakirə edib, qərar verməniz və bu qərarın qisa müddət ərzində bildirilməsi xahiş edilmişdir. Əlavə edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996- cı il tarixli Qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Təhsil Qanununa müvafiq olaraq dövlət ibtidai, əsas, orta ümumtəhsil və günüzadılmış məktəblərin, liseylərin və gimnaziyaların nümunəvi ştatlarım, təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatlarım nizama salmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 1. Təsdiq edilsin: a) ibtidai, əsas, orta ümumtəhsil və günüuzadılmış məktəblərin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfatı tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları (əlavə № 1); b) günüuzadılmış ümumtəhsil məktəblərinin təsərrüfat və xidmət işçiləri heyətinin əlavə ştatları (əlavə N° 2). 2. Qeyd edilsin ki, bu qərarla təsdiq edilən nümunəvi ştatlar iş şəraitinə və həcminə görə dövlət ümumtəhsil məktəbləri bütünlüklə tətbiq oluna bilmədikdə nümunəvi ştatlardan kənara çıxılması məsələsi hər bir ayrı halda əmək haqqı fondu dairəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılığı ilə tabeliyində müvafiq məktəb olan nazirlik və baş idarələr tərəfindən həll edilsin. 3. Göstərilən nümunəvi ştatlar 1996/1997-ci tədris ilindən başlayaraq tətbiq edilsin. 4. Azərbaycan Respublikası nazirlik və baş idarələri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, rayon (şəhər) Hakimiyyəti başçıları yeni nümunəvi ştatların tətbiqi ilə əlaqədar 1996-cı ildə tələb olunan əlavə xərcləri Respublika büdcəsi Naxçıvan Muxtar Respublikası büdcəsinin və müvafiq rayon (şəhər) yerli büdcələrinin sosial-mədəni tədbirlərə nəzərdə tutulmuş və: daxilində təmin etsinlər. 5. Bu qərarın qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Nazirlər Sovetinin «Azərbaycan SSR Xalq Təhsili Nazi ümumtəhsil məktəblərinin nümunəvi ştatları haqqında» 1990-cı il 30 iyun tarixli 293 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin Hüquqi məsələlər: Əmək Məcəlləsi: Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; Maddə 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:[130] bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin avə bbəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə 80:
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarınıişəgötürənə təqdim etməlidir. Maddə 82. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin hüquqi mövqeyi: Təqdim olunmuş sübutlarla təsdiq olunur ki, Cavabdeh2in 01 aprel 2023-cü il tarixli 25 saylı əmri ilə iddiaçının işlədiyi tam ştat laborant vəzifəsi 0.5 ştata endirilmişdir. Bu zaman əmək qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə Cavabdeh2 tərəfindən riayət olunmamışdır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə Cavabdeh2 01 aprel 2023-cü il tarixli 25 saylı əmr verilərkən əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün qaydaları riayət edildiyini təsdiq edən halları sübut etməli olduğu halda bunu etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia təmin edilsin. Cavabdeh2in 01 aprel 2023-cü il tarixli 25 saylı əmri ləğv edilsin. İddiaçı tam ştata bərpa edilməklə onun məcburi 0,5 ştatda işlədiyinə görə az ödənilmiş əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Toğrul Əliyev