Məhkəmə qərarları › İş №2(039)-2008/2023

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-2008/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2008/2023 06.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsi əsasında öhdəliyi icra etmiş zamin olaraq tərəfindən ödənilmiş pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zaminlik müqaviləsi əsasında öhdəliyi icra etmiş zamin olaraq tərəfindən ödənilmiş pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək ləğv prosesində olan "xxxx" ASC-nin Yevlax filialı ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli JF-44 nömrəli zaminlik müqaviləsindən irəli gələn öhdəliklərini və icra ödənişlərini tam icra etmədiyi üçün tərəfindən ödənilmiş 900 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası və öz əsasnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Yevlax filialı etibarnamə əsasında X1 şəxsində, kreditor digər tərəfdən İddiaçı “zamin” adlanacaq şəxslər aşağıdakı şərtlər əsasında xx.xx.2013-cü il tarixdə Yevlax şəhərində JF-44 nömrəli zaminlik müqaviləsi bağlanaraq zaminliklə təmin edilən öhdəlik Cavabdeh borclunun kreditor qarşısında götürdüyü öhdəliyini əsas borc, faizlər dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi icrası edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəliyin tamamilə icra edilməməsi zaminin öhdəsinə götürülməsindən irəli gələn pul tələbləridir. Cavabdeh İddiaçı kredit öhdəliklərini icra etmədiyinndən zamin olaraq həmin öhdəliklərin tərəfindən ödənilməsinə dair Yevlax Rayon Məhkəməsinin tərəfindən Yevlax Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2018-ci il tarixdə icra sənədi verilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə tam icra olunaraq bitmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsində cavabdeh İddiaçı kreditor-ləğv prosesində olan "xxxx" ASC-nin Yevlax filialı qarşısında olan öhdəliklərini, o cümlədən həmin öhdəliklərin 7%-i məbləğində pulu Yevlax Rayon İcra və Probasiya Şöbəsinə icra ödənişi olaraq ödəmiş, cəmi 900 manat pul vəsaiti ödəmişdir. Zamin olaraq 900 manat pul ödənişin və 30 manat dövlət rüsumu məbləği ödəmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2013-cü il tarixli, YF №li kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli, YF- 44 Z/M №li zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən bank hesabına 30 manat pul ödəmişdir. xx.xx.2023-cü tarixli 106218/2016-36-1/1 saylı inkasso sərəncamından görünür ki, İddiaçı hesabından 54,67 Azn icra ödənişi Yevlax Rayon İcra və Probasiya Şöbəsinin hesabına tutulmuşdur. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, borclu İddiaçı əmək haqqından və pensiyasından cəmi 757 manat "xxxx" ASCnin xeyrinə, icra ödənişi olaraq 54,67 manat isə Yevlax Rayon İcra və Probasiya Şöbəsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəliyi yerinə yetirərək Cavabdeh kredit müqaviləsi üzrə banka olan borcunu və qanunvericiliklə müəyyən edilmiş icra ödənişini cəmi 900 manat olmaqla ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin kimi cavabdehin əvəzinə onun öhdəliyini icra etdiyindən cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur və buna görə də iddia təmin təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bank xidmətləri üçün ödənilmiş 30 manat dövlət rüsumu kimi ödənilmiş cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar