Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2008/2025 01.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X19 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ərizənin təmin edilməsi, mərhum anası X3 xx.xx.1939-cu il tarixdə Yevlax rayonuYuxarı Qarxun kəndində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X9 xx.xx.1939-cu il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində anadan olmuşdur. Lakin hazırki tarixədək onun adına doğum haqqında şəhadətnamə alınmamışdır. Bu halın özü də hazırda onun nikaha daxil olmağına, vərəsəlik və digər müəyyən sənədləşmə işlərinin aparılmasında faktiki olaraq maneəçilik törədir. Anası xx.xx.2015-ci ildə vəfat etmiş və Yevlax rayonunun Yuxarı Qarxun kəndində yerləşən Sarıpir qəbiristanlığında vəfat etmişdir. Göründüyü kimi X4 doğum faktının müəyyən olunması zərurəti yaranmışdır və mərhum anasının adına müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Lakin o, Maraqlı şəxsnə bu barədə müraciət etsə də ona müvafiq doğum haqqında şəhadətnaməni verməmişlər və məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin təşəbbüsü ilə məhkəmə iclasında dindirilmiş şahid X10 izah etdi ki, ərizəçinin anası X7 tanımışdır. Belə ki, Gülayə Cəfərova həmkəndlisi olmuşdur. X9 1939cu il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində anadan olmuş, xx.xx.2015-ci il tarixdə isə vəfat etmişdir. Ərizəçinin təşəbbüsü ilə məhkəmə iclasında dindirilmiş şahid X11 izah etdi ki, ərizəçinin anası X9 onun həmkəndlisi olmuşdur. X9 1939-cu il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində anadan olmuş, 2015-ci il tarixdə isə vəfat etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş İİİ-ЖГ 407060 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixində anadan olmuş, atası X5, anası isə X2r. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən məlum olur ki, iddiaçı tərəfindən Yevlax Rayon Məhkəməsinə 100.40 manat ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 01 iyul 2015-ci il tarixli, AZ-İ 712397 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə, Mədə xərçəngi səbəbindən Yevlax rayonunun Yuxarı Qarxun kəndində vəfat etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, 1439 nömrəli məktubda bildirilmişdir ki, Maraqlı şəxs ərizəçinin anası X9 barəsində doğum haqqında akt qeydi şöbənin arxivində, Vətəndaşlıq vəziyyətiaktlarının “X1 Sistemi”ndə, eləcə də Dövlət arxivinin Yevlax rayon filialında aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialının xx.xx.2025-ci il tarixli, 3-48-DA-15F/3-164/2025 nömrəli məktubundan görünür ki, X14 mühafizə olunan Maraqlı şəxs “doğum aktı qeydi” kitabları yoxlanmış, X3 doğum haqqında sənəd aşkarlanmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, 5-9-5/2-174/2025 saylı Arayışda qeyd olunur ki, Ərizəçi həqiqətən Yevlax rayonu, Yuxarı Qarxun kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, məhkəmənin sorğusu əsasında əldə edilmiş Yevlax rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 533-13- 117/2-22230/25 nömrəli məktubundan görünür ki, X8 Yevlax RPŞ-si tərəfindən şəxsiyyət vəsiqəsi verilməmiş, “Forma 1” arxiv məlumatlarında tərəflərindən aşkar olunmadığından, sənədin surətinin göndərilməsi mümkün deyildir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 497950 nömrəli evlənmə haqqında şəhadətnamədən görünür ki, 1936-cı il tarixdə doğulmuş X5 ilə 1939cu il tarixdə doğulmuş X9 15 dekabr 1967-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, 3-48-DA/2-1077/2025 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fonddunda mühafizə edilən 1939-ci ilə dair Yevlax rayonu Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1939-cu il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində doğulması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X20
Məhkəmə qərarları › İş №2(039)-2008/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2008/2025
01.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver