Məhkəmə qərarları › İş №2(039)-202/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-202/2023

20.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-202/2023 20.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehlər Cavabdeh5 və Cavabdeh2 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı su çənlərinin götürülməsi tələbi haqqında iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı su çənlərinin götürülməsi tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax şəhəri M.Füzuli küçəsi 18 saylı binanın damında, bilavasitə ona məxsus olan 39 saylı mənzilin üzərində yerləşən və cavabdehlərə məxsus olan su çənlərinin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, hazırda Yevlax şəhəri M.Füzuli küçəsi 18 saylı bina, mənzil 39-da yaşayır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 07 iyul 2021-ci il tarixli Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, M.ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil mülkiyyətində olmaqla yanaşı həm də onun istifadəsindədir və uzun illərdir ki, onların ailəsinin yeganə yaşayış yeridir. Lakin o, həmin mənzildə faktiki olaraq yaşaya bilmir. Onun məzilinin üstündə bir neçə başqa mənzilə aid olan su çənləri yerləşir ki, həmin çənlərdən də zaman-zaman su axaraq onun evinə dolur. Artıq onun evi tam yararsız vəziyyətdədir. Nəinki ev, hətta evdəki əşyalar da tam yararsız hala düşümüşdür. Buna səbəb isə cavabdehlərə məxsus olan su çənləridir. Məsələ ilə bağlı yerli icra hakimiyyətinə müraciətlər etsə də ona köməklik olunmamışdır. Hazırki tələbi mənzilinin üzərindəki su çənlərinin götürülməsidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etməyərək izah etdi ki, ona məxsus su çəni iddiaçının mənzilinin üstündə deyil yəni yaşayış binasının sakinlərinin ümmumi istifadəsində olan podyezdinin üzərində olduğundan həmin su çənindən iddiaçının mənzilnə heç bir su sızması olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izah etdi ki, binanın bütün sakinlərinin istifadəsində olan su çənləri binanın damında quraşdırılmışdır, onlara məxsus su çəni konkret olaraq iddiaçının mənzilinin üzərində yerləşmədiyindən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini iddiaçının mənzilinin üzərində hansı qonşuya məxsus olan su çəninin olduğunu bilmədən mənzilinə yaxınlıqda yerləşən qonşulara qarşı əsassız iddia qaldırmışdır, onun tərəfindən İddiaçı mənzilinə hər hansı ziyan vurulmamışdır, bu səbəbdən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etmədiyini ümumiyyətlə onların yaşadığı binanın, eləcə də iddiaçının mənzili ən üst mərtəbədə yerləşdiyindən həmin mənzilin üzərində bir neçə su çəni quraşdırılmışdır, iddiaçı ona konkret kimə məxsus su çənindən ziyan vurulduğunu bilmədən mənzilinə yaxınlıqda yerləşən qonşulara qarşı iddia qaldırmışdır, onun tərəfindən İddiaçı mənzilinə hər hansı ziyan vurulmadığından məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri Məhəmməd ünvan 2-da yerləşən onun üzərində yerləşən 70 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2023-cü il tarixli 10/251 saylı ekspert rəyindən görünür ki, rəyin təsviri hissəsində qeyd olunanları və əvvəllər su çəninin deşilməsi halının baş verdiyi nəzərə alınarsa, Yevlax şəhəri, M.ünvan 2 ünvanındakı mənzilin damında olan iddiaərizəsində qeyd olunmuş su çənin deşilməsi nəticəsində həmin mənzilə ziyan dəyə biləcəyi ehtimal olunur. Yevlax şəhəri, M.ünvan 2-da əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 1413 manat məbləğində olduğu müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2023-cü il tarixli 3-16/2-10/5744 saylı ekspert rəyindən görünür ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin iş üzrə tərəflər məhkəmə binasına gəlmədiyindən, tədqiq olunun obyektin yerləşdiyi ünvanın müəyyən edilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddə Zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. 1096.1-ci maddə Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddə Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddə Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddə Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 115.0.1-ci maddə Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir. 107-ci maddə Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddə Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmədə aydın oldu ki, tərəflər qonşudular. Yevlax şəhəri, M.Füzuli küçəsi bina 18-də sakinlər mənzillərini içməli su ilə təmin etmək üçün həmin binanın dam hissəsinə bir çox su çənləri quraşdırmışdır ki, həmin çənlərin bir neçəsi də iddiaçının mənzilinin üzərində quraşdırılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının Yevlax şəhəri, M.ünvan 2 ünvanındakı mənzilin damında olan su çəninin deşilməsi nəticəsində ona ziyan dəymişdir. İddiaçı məhz cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus su çənlərinin onun mənzilinin üzərində yerləşməsini məhkəmədə iddia etsə də, bu halı təsdiq edecek sübutu məhkəməyə təqdim etməmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi, Cavabdeh3 və Cavabdeh5 iddiaçının mənzilinin üzərindəki su çənlərinin onlara məxsus olmadığını bildirmiş, tərəflər tədqiq olunan obyektə baxış keçirilməsi üçün müəyyən olunmuş vaxtda gəlmədiklərindən müvafiq ekspertizanın keçirilməsindən imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi su çənlərinin məhz cavabdehlərə məxsus olması mövcud sübutlar əsasında müəyyən olunmur, həmin iddianın təmin olunması üçün mübahisələndirilən su çənlərinin cavabdehlərə məxsusluğu sübut olunmalıdır ki, sonuncuların üzərinə hər hansı bir vəzifə qoyulsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı su çənlərinin götürülməsi tələbi haqqında iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı su çənlərinin götürülməsi tələbi haqqında iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar