Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2029/2022 05.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi maraqlı şəxs olaraq Mingəçevir Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, faktik olaraq mirası qəbul etdiyi üçün bu barədə notariat ofisinə qanunla müəyyən olunmuş müddətdə müraciət etmədiyini üzürlü sayaraq və eyni zamanda həmin mirasın açıldığı gündən idarə etdiyini nəzərə alaraq mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan məhkəmə iclası zamanı iddia tələbini dəqiqləşdirərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, X20 xx.xx.2014-cü ildə vəfat etmiş və onun Yevlax rayonu, Səmədabad kəndində və ünvan 2-da mövcud olan məhrum nənəsindən miras qalmış əmlaklara dair vərəsəlik işinin açılması üçün ərizə ilə Mingəçevir Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş, həmin ərizəyə cavab olaraq ona bildirmişdir ki, onun mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürülmüşdür.Həmin mirasın qəbul edilməsi müddətinin uzadılması üçün Yevlax rayon məhkəməsinə müraciət etməyini tövsiyyə edilmiş, nənəsi vəfat etdikdən sonra bu əmlakı faktiki olaraq qəbul edərək bu işlərlə bağlı qanunla müəyyən olunmuş hüquqlarından istifadə etməklə əmlaklarını idarə etmiş, lakin hüquqi savadsızlığın səbəbindən mərhum ana nənəsi X10 miras qalmış əmlaklara dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariat orqanına vaxtında müraciət etməmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs, Mingəçevir Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, notariat kontorunun nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində ünvan 1 ünvanında yaşadığını, Ərizəçi onun qonşusu olmaqla son 2-3 ildir ki həmin mənzildən daimi istifadə etdiyini, habelə orada Əhmədin valideynlərini də tez-tez gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bir neçə il bundan öncə həmin ünvanda usta kimi işlədiyini, işin sifarişçisinin Əhməd olduğunu, sonuncunun qeyd olunan mənzildən istifadə etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, mərhum nənəsi X19 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbul müddətinin uzadılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu Səmədabad kəndində yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən 110,3 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə X11 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib olunmuş reyestr nömrəsi **********62-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Yevlax rayonu Səmədabad kəndində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində yerləşən ümümi sahəsi 110,30 kv.m-lik yaşayış evi A tikilindən ibarətdir və onun 1985-ci ildə tikilmişdir (hüquq subyekti X19 ). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2-da yerləşən ümumi sahəsi 65.51 m2 yaşayış sahəsi 45.64 m2 yardımçı sahəsi 19.97 m2 olan 3 otaqlı evi xüsusi mülkiyyət hüququ üzrə X11 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib olunmuş reyestr nömrəsi **********46-05101-093015 olan mənzilin Texniki Pasportundan görünür ki, ünvan 2 ünvanında, 2-ci giriş qapısı, 3-cü mərtəbə yerləşən ümümi sahəsi 65,51 kv.m-lik yaşayış binasından ibarətdir və onun 1970-ci ildə tikilmişdir (hüquq subyekti X19 ). Mingəçevir regional “ASAN xidmət” mərkəsində notariat ofisinin xüsusi notariusu Elxan Hüseynov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 anası X19 xx.xx.2014-cü il tarixdə ölmüş və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilmə müddətinin bərpası və mirası əmlakının bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət edəcəkdir. Mingəçevir regional “ASAN xidmət” mərkəsində notariat ofisinin xüsusi notariusu Elxan Hüseynov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 anası X19 xx.xx.2014-cü il tarixdə ölmüş və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qəbul etməmiş və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilmə müddətinin bərpası və mirası əmlakının bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət edəcəkdir. Mingəçevir regional “ASAN xidmət” mərkəsində notariat ofisinin xüsusi notariusu Elxan Hüseynov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,X7 nənəsi xx.xx.2014-cü il tarixdə vəfa etmiş X10 irs qalmış (yaşayış ev, mənzil və otaq) qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqularından ibarət əmlaklardan ona çatması vərəsəlik payını qəbul etməmiş və istəmir, gələcəkdə bununla bağlı məhkəməyə müraciət edəcəkdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 02 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İ 905281 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X8 28 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 07 avqust 2014-cü il tarixdə verilmiş AZ-İ 679957 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X19 15 iyun 2014-cü il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 12 avqust 2022-ci il tarixdə verilmiş 2011 №-li, arayışdan görünür ki, xx.xx.1923-cü il tarixdə Yevlax rayonu Səmədabad kəndində anadan olan X11 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2014-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 avqust 1994-cü tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, atası X14, anası X5r. Yevlax rayon Qeydiyyat Şöbəsinin 010265-22 №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2014-ü ilədək daxil edilmiş bütün X19 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; qızı- xx.xx.1948-ci təvəllüdlü X6, qızı- X8 xx.xx.1955ci ildə vəfat etmiş, qızı-xx.xx.1957-ci il təvəllüdlü X2. Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3750 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də mərhum X19 vəfat edərkən Yevlax şəhəri Q.Quliyev küçəsi 10/14 saylı evdə qeydiyyatda olub və yaşamışdır. Ölümündən sonra yaşamış ailə üzvü qalmışdır: qızı X6, qızı X8, (vəfat etmiş) qızı X2, nəvəsi Ərizəçi, nəvəsi X12, Mərhumun digər varisi, qızı X8 vəfat etmiş, mərhumun valideynlərindən sağ qalanı yoxdur. Yevlax rayonu Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 410 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də mərhum X11 vəfatından sonra onun əmlakını idarə etmiş və mirası faktiki olaraq qəbul edymişdir. Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Maddə 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1146 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, şahid ifadələri və təqdim edilmiş digər sübutlarla təsdiq olunur ki, ana nənəsi Sona Mənsimova xx.xx.2014-cü il tarixdə öldükdən sonra Ərizəçi mülki qanunvericiliklə miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddətdə birinci növbədə vərəsə olaraq ana nənəsinə məxsus əmlakların bir hissəsinə sahiblik etməklə onlara aid olan miras əmlakı tamamilə qəbul etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2014-cü il tarixdə ölən ana nənəsi X15 məxsus miras əmlaklarını qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2029/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2029/2022
05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver