Məhkəmə qərarları › İş №2(039)-2046/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2046/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2046/2021 19.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məməmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı1, Cavabdeh X3 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh X5 qarşı evə köçürülmə tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Atlaz Şirinovaya qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək iddiaçıların ümumi paylı mülkiyyətçisi olduqları Yevlax rayonu, Ərəş kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışlar ki, Yevlax Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli 2(039)-607/2021 saylı qətnaməsi ilə Yevlax rayonu, Ərəş kəndində yerləşən, mərhum X4 məxsus olmuş 64.2 kv.m olan fərdi yaşayış evində onların hər birinin payının ¼ hissədə olması müəyyən edilmişdir. Qeyd edilən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətçiləri olmaqla mülkiyyət hüququ Dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Hazırda həmin ünvanda cavabdeh yaşayır. Cavabdeh onların ümumi paylı mülkiyyətçisi olduğu fərdi yaşayış evindən mülkiyyət hüquqlarını - istifadə, sahiblik və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Onları həmin fərdi yaşayış evinə buraxmır. Halbuki, mülkiyyətçi olaraq həmin fərdi yaşayış evində yaşamaq, o cümlədən istifadə etmək hüquqları vardır. İddia ərizəsinin predmetini təşkil edən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi də onların ümumi birgə mülkiyyətinə daxildir. İddiaçı1 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, bacısı İddiaçı2 xəstə olduğundan məhkəmə iclasına gələ bilməmiş, lakin xahiş etmişdir ki, işə onun iştirakı olmadan baxılsın və iddia təmin edilsin. Cavabdeh işə həmin hissədə də mahiyyəti üzrə işə baxılmasını xahiş etdiyindən məhkəmə işə İddiaçı2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Atlaz Şirinovaya iddianı qəbul etdiyini qeyd edərək baldızları Tərgül və Rəfiqənin Yevlax rayonu, Ərəş kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsinə və gəlib həmin evdə yaşamasına etmədiyini bildirmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-607/2021 saylı, 18 may 2021-ci il tarixli qətnamənin surəti ilə müəyyən olunur ki, həmin qətnamə ilə iddiaçılar X2, İddiaçı2, X6, X1 və İddiaçı1 cavabdeh X5 qarşı daşınmaz miras əmlakdan miras paylarının müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilərək Yevlax rayonu Ərəş kəndində yerləşən, mərhum X4 məxsus olmuş 64.2 kv. m olan fərdi yaşayış evində iddiaçılar İddiaçı1, İddiaçı2 və X6 hər birinin payı ¼ hissədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Ərəş kəndində yerləşən 64.2 kv. m olan fərdi yaşayış evi hər birinə ¼ hissədə pay müəyyən edilməklə İddiaçı1, İddiaçı2, Famil Şirinovun və Qənirə Şirinovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, tərəflərin izahatları, habelə mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Yevlax rayonu, Ərəş kəndində yerləşən 64.2 m2 olan fərdi yaşayış evi tam hər birinin ¼ hissədə payı müəyyən edilməklə İddiaçı1, İddiaçı2, Famil Şirinovun və Qənirə Şirinovanın mülkiyyətindədir. Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, paylı mülkiyyətçilər olan iddiaçıların öz mülkiyyətlərində olan yaşayış evindən sahiblik və istifadə hüququ təmin olunmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətçisi olduqları Yevlax rayonu, Ərəş kəndində yerləşən, sahəsi 64.2 m2 olan fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar