Məhkəmə qərarları › İş №2(039)-2049/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2049/2021

13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2049/2021 13.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə 13 oktyabr 2021-ci il tarixdə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 19 avqust 2021-ci il tarixdə Yevlax şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək izah etdi ki, o, Ərizəçi 21 yanvar 1994cü ildə Yevlax şəhərində anadan olmuşdur. Hazırda da, ailəsi ilə birlikdə Yevlax şəhəri Firdovsi küçəsi ev 76-da yaşayır. O, 2019-cu il tarixdə Yevlax şəhər sakini X7 ilə ailə qurmuşdur. Bu nikahlarını 09 mart 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 19 avqust 2021-ci il tarixdə qızı X4 anadan olmuşdur. Bu hal 3 saylı MTİSnin 07 sentyabr 2021-ci il tarixli “şəkilli arayış” ilə təsdiq edilir. Lakin o, uşağı hər hansısa bir tibb müəsisəsində və ya doğum evində deyil, evdə dünyaya gətirdiyi üçün uşağa doğum haqqında şəhadıtnamə ala bilməmişlər. Hansı ki, bu uşaq onlarındır, onu o, dünyaya gətirmiş və onun atası da əri Şahin Quliyevdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə vеrərək göstərdi ki, ərizəçi onun həyat yoldaşıdır. 2019-cu il tarixdə ailə qurub nikahlarını 09 mart 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 avqust 2021-ci il tarixdə qızları X4 anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə vеrərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı 2019-cu il tarixdə Şahin Quliyevlə ailə qurmuş birgə nikahlarından 19 avqust 2021-ci il tarixdə qızları X4 anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə vеrərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi Şahin Quliyevlə 2019-cu il tarixdə ailə qurmuş birgə nikahlarından 19 avqust 2021-ci il tarixdə qızları X4 anadan olmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli 812 saylı məktubdan məlum olur ki, Ərizəçi övladının doğumu haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AA0518579 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi 21 yanvar 1994-cü ildə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AA0518655 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X7 18 sentyabr 1985-ci ildə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Mərkəzi Xəstəxənası Publik hüquqi şəxsin verdiyi 282 saylı, 07 sentyabr 2021-ci il tarixli arayışından məlum olur ki, X4 hal-hazırda tam sağlamdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 07 mart 2019-cu il tarixli, AZ İİ 279996 saylı nikah haqqında şəhadətnamənin surətində məlum olur ki, X7 ilə X6 09 mart 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmədə aydın olur ki, X7 ilə Ərizəçi qeyri rəsmi nikahlarından 19 avqust 2021-ci il tarixdə bir qız uşaqları anadan olmuşdur. Səhlənkarlığı ucbatından müvafiq Dövlət orqanına müraciət olunaraq lazımi sənədlər alınmamışdır. Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 19 avqust 2021-ci il təvəllüdlü bir qız uşağının anadan olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 19 avqust 2021-ci il təvəllüdlü bir qız uşağının Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar