Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-205/2025 06.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı X4 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və mülkiyyət hüququnun həyat keçirilməsinə yaradılan manelərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma və mülkiyyət hüququnun həyat keçirilməsinə yaradılan manelərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciətetmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Mingeçevir şəhəri H.Əliyev prospekti ev 36, mənzil 50 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Cavabdehlər onun mərhum qardaşının oğlu və arvadıdır. Hazırda cavabdehlər onu özünə məxsus Yevlax rayonu Hürüuşağı kəndində yerləşən torpaq sahəsindən istifadə etməyinə imkan vermirlər. Cavabdehlərin qərəzli olaraq onu öz torpağından istifadə etməyə qoymamalarının səbəbi cavabdehlərin ona məxsus mülkiyyətində olan torpaqlarını ələ keçirmələridir. Dəfələrlə cavabdehlərlə mübahisələri olmuş və cavabdehlər ona təzyiqlər etmişlər. O, öz mülkiyyət hüquqlarından lazımı qaydada istifadə edə bilmir. Cavabdehlər ona öz mülkiyyət hüququnu istifadə etməyə imkan verməməklə bərabər qanunsuz olaraq təzyiqlərə məruz qoyurlar. Həmçinin DƏDRX-nin əməkdaşlarına da torpağın sahəsini ölçmələrinə imkan vermirlər. Bu məsələnin həlli üçün cavabdehlərlə dəfələrlə danışmağa, məsələni sülh yolu ilə həll etməyə çalışsa da müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehlərin ona məxsus torpaq sahəsind heç bir istifadə hüququ yoxdur. Sözügedən torpaq sahəsi 2015-ci ildə anası vəfat etdikdən sonra vərəsəlik üzrə onun mülkiyyətinə keçmişdir. Cavabdehlər əvvəllər ona məxsus torpaq sahəsini istifadə etmək üçün xahiş etmişlər, lakin sonradan onun torpağını özününküləşdirməyə çalışmış və ona qərəzli olaraq manelər yaratmışlar. Bu vaxtadək isə həmin torpaq sahəsindən cavbadehlər istifadə etmişlər. Hazırda həmin şəxslər onun özünə məxsus torpaq sahəsindən istifadə etməyinə, satmağına, eləcə də DƏDRX-nin əməkdaşlarına torpağın sahəsini ölçmələrinə mane olurlar. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə istinad edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Yevlax rayon Hürüuşağı kəndində yerləşən torpaq sahəsindən çıxarılmalarına və ona mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan manelərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Yevlax rayonunun Hürüuşağı kəndində yerləşən 0,6990 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/5442 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa aid olan A 199248 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X3 mülkiyyətinə Yevlax rayonu, Hürüuşağı kəndi ərazisində verilmiş 0.6990 ha torpaq sahəsinin 0.63 ha hissəsi naturada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə istifadə olunduğu müəyyən olunmuşdur. İddiaçıya məxsus olan və cavabdehlər tərəfindən naturada istifadə olunan torpaq sahəsinin eni və uzunluğu tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* saylı çıxarışa əsasən Yevlax rayonunun Hürüuşağı kəndində yerləşən 0,6990 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsinin 0.63 ha hissəsini zəbtedərək, istifadə edirlər. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdehlər həmin torpaq sahəsindən çıxmaqdan, torpaq sahəsini zəbtdən azad etməkdən imtina edirlər iddiaçıya mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etməyə maneə yaradırlar. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* saylı çıxarışa əsasən iddiaçı X5 mülkiyyətində olan Yevlax rayonunun Hürüuşağı kəndində yerləşən 0,6990 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,63 ha hissəsindən çıxarılmalarına və həmin torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq, iddiaçı X6 verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* saylı çıxarışa əsasən iddiaçı X5 mülkiyyətində olan Yevlax rayonunun Hürüuşağı kəndində yerləşən 0,6990 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,63 ha hissəsindən çıxarılsınlar və həmin torpaq sahəsi üzərində X3 mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdehlər tərəfindən törədilən maneə aradan qaldırılsın. İddia qalan hissədə əsassız olduğundan təmn edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumu alınaraq iddiaçı X6 verilsin. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-205/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-205/2025
06.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver