Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2057/2025 25.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Babayeva Aybəniz Elman qızı, ərizçilər Ərizəçi1 və Ərizəçi2 oğlunun maraqlı şəxslər Maraqlı şəxs2 Sadiq qızı və Maraqlı şəxs1na qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizələrini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə: Ərizçilər Ərizəçi1 və Ərizəçi2 oğlunun maraqlı şəxslər Maraqlı şəxs2 Sadiq qızı və Maraqlı şəxs1na qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək,bibisi X1 mülkiyyətində olan Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 59 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin onlar tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə iddiaçı tərəfindən 100,0 manat məbləğində rüsum ödənilmişdir. Məhkəmə ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Əsaslandırıcı hissə: a) məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Əvvəlki qaydaya görə, mirasın qəbulu üçün notariat ofisinə yaxınlaşmaqla bağlı konkret müddət – 6 ay nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən “Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.” müddəası da qüvvədən düşmüşdür.Odur ki, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul edildikdən sonra hər hansı bir gündə miras qoyanın ölümü nəticəsində yaranan vərəsəlik münasibətləri ilə bağlı artıq müddət tələbi yoxdur. Bu o deməkdir ki, miras qoyan şəxs xx.xx.2023-cü il tarixində və ya ondan sonrakı hər hansı bir gündə vəfat edibsə, şəxsin vəfat tarixindən sonra istənilən zaman şəhadətnamələr üçün müraciət oluna bilər. Həmçinin məhkəmə qeyd edir ki, vərəsə mirasdan 3 ay ərzində notariat qaydasında imtina etməzsə, mirası qəbul etmiş hesab edilir. Hazırki ərizədən görünür ki, miras qoyan X2 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 114.1.2-ci maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. 153.2.1-ci maddə. Ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 309.1-ci maddə. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə ərizəçilərin məhkəməyə ərizə ilə müraciət etmək üçün ödədiyi dövlət rüsumuna münasibətdə hesab edir ki, ərizə məhkəmə tərəfindən baxılması üçün qəbul edilmədiyinə görə ərizəçilər tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100,0 manat məbləğində pul ona geri qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizçilər Ərizəçi1 və Ərizəçi2 oğlunun maraqlı şəxslər Maraqlı şəxs2 Sadiq qızı və Maraqlı şəxs1na qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizələrinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz on) manat məbləğində pul ərizəçilərə geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-2057/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2057/2025
25.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver