Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2061/2021 14.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladı X2 14 uyun 2013-cü il tarixdə, X3 01 avqust 2014-cü il tarixdə və Abdullayeva Pərvanə qızının 28 avqust 2015-ci il tarixdə anadan olması faktının, yəni doğumun qeyd edilmə taktının müəyyən edilməsinə dair çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizə təqdim edib dəqiqləşdirərək uşaqlarının anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, 2012-ci ilin noyabr ayında molla nikahı ilə evlənib ailə qurmuşdur. 14 iyun 2013-cü il tarixdə X6, 01 avqust 2014-cü il tarixdə X7 və 28 avqust 2015-ci il tarixdə X4 adlı üç övladları ev şəraitində dünyaya gəlmişdir. Müəyyən səbəblərdən övladlarının adına doğum haqqında şəhadətnamə alınmamışdır. Belə ki, övladlarının adına doğum haqqında tibbi şəhadətnamə verilmədiyindən doğum qeydinin maraqlı orqan Maraqlı şəxsndə aparılması mümkün deyildir. Uşaqların anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. Ona görə də uşaqlarının anadan olması faktının məhkəmə qaydasında müəyyən edilməsi mümkün olduğundan hazırkı, iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Övladlarının müəyyən tarixlərdə ev şəraitində anadan olmasını təsdiq edəcək heç bir sənəd olmasa da, məhkəmə prosesində dindiriləcək şahidlər bunu təsdiq edə bilərlər. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X1 bildirmişdir ki, Ərizəçi onun qonsusudur. Fincan 2012-ci ildən Maksum adlı şəxslə faktiki nikah münasibətlərinə daxil olmuş və həmin münasibətlərdən 6 uşağı vardır. Fincan evşəraitində 2013-cü ildə bir, 2014-cü ildə bir və 2015-ci ildə bir qız uşağı doğmuşdur. Həmin uşaqlar sağlamdır, anaları ilə bir evdə yaşayırlar. X5 bildirmişdir ki, Ərizəçi ilə qonşudur. Fincan ev şəraitində müvafiq olaraq 2013, 2014 və 2015-ci illərdə 3 qız uşağı doğmuşdur. Adları Vüsalə, Samirə və Pərvanədir. Hər üçü sağlamdır, anaları ilə yaşayırlar. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, 14 iyun 2013-cü ildə, 01 avqust 2014-cü ildə və 28 avqust 2015-ci ildə anadan olmuş qız övladlarınıza doğum haqqında şəhadətnamə verilməsi barədə tibbi şəhadətnamələrini təqdim edildikdən sonra doğum haqqında şəhadətnamələr verilə bilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, Yevlax şəhəri, Neftkəməri ünvanında yaşayan 14 iyul 2013-cü il təvəllüdlü X6, 01 avqust 2014-cü il təvəllüdlü X7 və 28 avqust 2015-ci il tarixdə X4 müayinədən keçmişlər, sağlamdırlar. Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı: Bənd 4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Bənd 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin faktiki nikah münasibətlərindən 14 iyun 2013-cü il tarixdə bir, 01 avqust 2014-cü il tarixdə bir və 28 avqust 2015-ci il tarixdə bir qız uşağının Yevlax şəhərində ev şəraitində doğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə uşaq üçün doğum, habelə atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Yevlax şəhərində 14 iyun 2013-cü il tarixdə bir qız uşağı, 01 avqust 2014-cü il tarixdə bir qız uşağı və 28 avqust 2015-ci il tarixdə bir qız uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2061/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2061/2021
14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver