Məhkəmə qərarları › İş №2(039)-2065/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2065/2020

15.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2065/2020 15.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçıİmran qızının cavabdeh Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar Sahəsinin rəisi Cavabdeh qarşı «işə bərpa, məcburi proqul müddəti üçün əmək haqqının ödənilməsi, ödənilməmiş əmək haqqı borcunun və son haqq- hesab pulunun ödənilməsi » tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıİmran qızı cavabdeh Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar Sahəsinin rəisi Cavabdeh qarşı «işə bərpa, məcburi proqul müddəti üçün əmək haqqının ödənilməsi, ödənilməmişəmək haqqı borcunun və son haqq- hesab pulunun ödənilməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar Sahəsinin rəisi Cavabdeh onu Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar Sahəsinə əvvəl tutduğu vəzifəyə, mühasib vəzifəsinə bərpa edilməsini, məcburi iş buraxma günlərində ona ödənilməli olan əmək haqqının hesablanaraq ödənilməsi, ona ödənilməmiş əmək haqqının 4335 ( dörd min üç yüz otuz beş) manat, istifadə etmədiyi 19 illik məzuniyyət pulunun, yəni 4750 ( dörd min yeddi yüz əlli) manat Yevlax şəhər 1 saylı Mənzil X1 xeyrinə tutulması barədə qətnaməçıxarılmasınıxahişetmişdir. İddiaçıİmran qızı xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyəərizəünvanlayaraq, hazırda işə baxılmasını istəmədiyi üçün iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. İddiaçıİmran qızının iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinəəsasən iddia ərizəsinin qaytarılması barədəərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəməərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaçıİmran qızının cavabdeh Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar Sahəsinin rəisi Cavabdeh qarşı « işə bərpa, məcburi proqul müddəti üçün əmək haqqının ödənilməsi, ödənilməmişəmək haqqı borcunun və son haqq- hesab pulunun ödənilməsi »tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçıİmran qızının cavabdeh Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar Sahəsinin rəisi Cavabdeh qarşı « işə bərpa, məcburi proqul müddəti üçün əmək haqqının ödənilməsi, ödənilməmişəmək haqqı borcunun və son haqq- hesab pulunun ödənilməsi » tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçıİmran qızına qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinəşikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar