Məhkəmə qərarları › İş №2(039)-2065/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2065/2023

18.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2065/2023 18.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “fərdi yaşayış evindən cavabdehin əmlakı ilə birlikdə çıxarılması” tələbinə dair iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh onun mülkiyyətində olan Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0.26 ha torpaq üzərində tikilmiş ********** qeydiyyat nömrəli fərdi yaşayış evindən ona aid olan əmlakı ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehin keçmiş qaynanasıdır. Mübahisələndirilən fərdi yaşayış evi onun mülkiyyətindədir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışına müvafiq olaraq Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evi onun mülküdür. Qeyd olunan mülkiyyət onun valideynlərindən miras qalmışdır. O, bu mülkiyyət üzərində tam hüquqlarının təmin edilməsini istəyir. Cavabdehin hazırki fərdi yaşayış evindən çıxarılmasını istəyir. Bu səbəbdən də dəfələrlə evdən çıxarılmasını istəsədə o, bütün bunlara etiraz edərək evdən çıxmamaqdadır. Cavabehin ona məxsus evdə bir neçə adda əşyası vardır. Bu əşyalarla birlikdə cavabdehin evdən çıxarılmasını istəyir. Cavabdeh 2017-ci ildə mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçmüş və bu günə kimi evdə yaşamaqdadır. Onun oğlunun həyat yoldaşı olsa da, onlnarın arasında olan ailə münasibətləri Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Yəni cavabdeh onun ailə üzvü deyildir. Cavabdehin onun evində yaşamasını istəmir. O, mülkiyyətçidir. Mülkiyyət hüquqlarını qanunla qorunur. Cavabdeh 2017-ci ildə evinə gəlin köçdüyündən aralarında olan ailə münasibətləri pozulduğundan heç bir ailə münasibətləri hazırda mövcud olmadığından cavabdehin onun evindən çıxarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı ona qarşı mənzildən əşyaları çıxarılmasına dair iddiasını qəbul edir və iddianın təmin olunmasına heç bir etirazının olmadığını bildirmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir (müvafiq ərizəsini təqdim etdi). Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində xüsusi mülkiyyətində 0.26 ha yaşayış məntəqələrinin torpaqları xx.xx.2019-cu tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax rayonu Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 39 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayır. Yevlax rayonu Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 39 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayır və oğlu X9, gəlini Cavabdeh, nəvəsi X8 və nəvəsi X6 adlı ailə üzvləri vardır. Yevlax Rayon Məhkəməsinin 2(039)-280/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X9 ilə Hüseynova (Həsənova) Mədinə İlham qızı arasında Rusiya Federasiyasının Moskva şəhərində 2017-ci ilin oktyabr ayının 20-ci günündə akt qeydləri kitabında 882 nömrə ilə qeydə alınmış nikah pozulmasın, nikahın pozulmasından sonra xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalsını, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq cavabdeh X4 hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh ilə iddiaçının oğlu Vüqar Həsənov 2017-ci ildə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuş, həmin ildə cavabdeh cehiz əşyaları ilə birlikdə mülkiyyətçinin razılığı ilə mübahisəli evə köçmüş və həmin evdə yaşamışdır. Cavabdehlə iddiaçının oğlu arasında olan nikah 2023-cü ildə pozulmuşdur. Qeyd olunanları müəyyən edən məhkəmə hesab edir ki, iddiaçı, onun öz mülkiyyətindən sərbəst istifadə etməsinə maneçilik törədən cavabdehə məxsus əşyaların mübahisəli evdən çıxarılmasını tələb etməkdə haqlıdır, eyni zamanda cavabdehdə hazırki iddianı qəbul edərək mənzildən çıxarılmasını istəmişdir. Belə ki, müzakirə edilən mübahisənin həlli ilə bağlı məhkəmə bildirir ki: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiya Məhkəməsini Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarından göstərilmişdir ki, 1 oktyabr 2009cu il tarixdə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4- cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməsi onun iştirakçılarına geniş sərbəstlik verilmişdir. Məhz bu səbəbdən də belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nigah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan dəgər razılıq növü çıxış edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçisi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçisinin arvadı (əri), habelə onun uşaqları və valideynləri edilir. Digər qohumlar mülkiyyətçisinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən “əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçisinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.1 və 228.2-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konistutusiya məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının nəticə hissəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci madəsinin ikinci cümləsinin “digər qohumlar” istifadə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüquqi olan şəxslərə ehtiva edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X5 məxsus olan əmlakları birlikdə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar