Məhkəmə qərarları › İş №2(039)-2077/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2077/2022

31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2077/2022 31.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı «qohumluq münasibəti faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Ağdaş rayon Notariat ofisinə qarşı «qohumluq münasibəti faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X1 bibisi olması – yəni qohumluq münasibəti faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, X13 onun doğma bibisidir. X9 qanun üzrə birinci növbəli vərəsəsi hazırda yoxdur. Yəni rəsmi nikah münasibətlərində olmamış, o cümlədən övladları olmamış və valideynləri uzun illər bundan öncə vəfat etmişlər. Onun yeganə qanun üzrə ikinci növbəli vərəsəsi vardır ki, o da onun atasıdır. X5 vəfat etmişdir. X12 yeganə varisi odur. X8 Yevlax rayonu, Malbinəsi kəndində fərdi yaşayış evi miras qalmışdır. Hazırda o X8 miras qalmış, yuxarıda qeyd edilən daşınmaz əmlaklara qanun üzrə vərəsəlik işi açmaq istəyir. X6 ilə onun qohumluq münasibətlərini təsdiq dən sənəd olmadığı üçün məsələnin həlli çətinlik törədir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadə verərək göstərdi ki, Yevlax rayonu, Malbinəsi kəndinin icra nümayəndəliyində işləyir. Ərizəçi və onun ailə üzvləri Kəlbəcər rayonundan məcburi köçkün kimi Yevlax rayonu, Malbinəsi kəndində məskunlaşmışlar. X3 yaşamışdır. Ailəli olmamışdır. Ailə qurmadığından qardaşı X14 ilə birgə yaşayırdı. X7 ilə X13 doğma bacı-qardaş olmuşlar. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Ağdaş rayon Notariat ofisinin 15 avqust 2022-ci il tarixli 572 saylı məktubundan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Kəlbəcər rayon Qeydiyyat şöbəsinin 23 avqust 2022-ci il tarixli 469 saylı məktubundan məlum olur ki, 1905-ci ildə Kəlbəcər rayonu Abdullauşağı kəndində anadan olmuş X13 və 1900-cü ildə Kəlbəcər rayonu Abdullauşağı kəndində anadan olmuş X10 doğum haqqında akt qeydi Kəlbəcər rayon Qeydiyyat şöbəsində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X2 Reyestr Xidməti”nin avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsinin 13 avqust 2022-ci il tarixli 2012 saylı məktubundan məlum olur ki, XX.XX.1905ci il tarixdə Kəlbəcər rayonu Abdullauşağı kəndində anadan olmuş mərhum X13 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X4” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və ailə tərkibi barədə heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 14 dekabr 1957-ci il tarixli l-İE 325611 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1957-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 19 dekabr 2014-cü il tarixli AZ-l 712181 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X14 12 dekabr 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 11 yanvar 2022-ci il tarixli AZ-ll 249113 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 21 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Malbinəsi kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 avqust 2022-ci il tarixli 474 saylı arayışından məlum olur ki, Yevlax rayonu, Malbinəsi kəndində yaşamış mərhum X13 vəfat edənədək qardaşı oğlu Ərizəçi ilə birgə yaşamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Malbinəsi kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 avqust 2022-ci il tarixli 512 saylı arayışından məlum olur ki, Ərizəçi 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkündür. Aşağıda göstərilən ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Malbinəsi kəndində məskunlaşmışlar: X5, anası X11, bibisi X13. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Malbinəsi kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 avqust 2022-ci il tarixli 475 saylı arayışından məlum olur ki, mərhum X13 vəfat edənə kimi Yevlax rayonu, Malbinəsi kəndində yaşamışdır. Vəfatından sonra təsərrüfatında onunla birgə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: qardaşı oğlu Ərizəçi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan məlum olur ki, X9 Yevlax rayonu, Malbinəsi kəndində fərdi yaşayış evi vardır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 2.1-ci bəndində qeyd edilmişdir ki Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikas Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası MM-nin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası MM-nin 1159.2-ci maddəsinə əsasən İkinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası MM-nin 1159.3-cü maddəsinə əsasən Üçüncü növbədə həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması fatkını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, ərizəçinin mərhum X5 12 dekabr 2014-cü il tarixdə, mərhum bacısı X13 21 dekabr 2021-ci il tarixdə vəfat etmişlər. X8 qalmış mirası qəbul etmək məqsədi ilə ərizəçi Ağdaş rayon Notariat ofisinə müraciət etmişdir. Lakin atasının və bibisinin doğum şəhadətnaməsi olmadığından yəni mərhumların bacı-qardaş olmaları faktını təsdiq edən sənəd təqdim etmədiyindən ona imtina etmişlər. X1 doğum aktı qeydi aşkar edilməmişdir. X8 mirası qalmışdır. X13 birinci və ikinci növbə vərəsələri vəfat etmişlər. Ərizəçi hazırda onun vərəsəsidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, 21 dekabr 2021-ci il tarixdə vəfat etmiş X9 qardaşı 12 dekabr 2014-cü il tarixdə vəfat etmiş X14 olmasına, yəni 21 dekabr 2021-ci il tarixdə vəfat etmiş X9 Ərizəçi bibisi olmasına dair faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 dekabr 2021-ci il tarixdə vəfat etmiş X9 qardaşı 12 dekabr 2014-cü il tarixdə vəfat etmiş X14 olmasına, yəni 21 dekabr 2021-ci il tarixdə vəfat etmiş X9 Ərizəçi bibisi olmasına dair faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar