Məhkəmə qərarları › İş №2(039)-2077/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2077/2025

16.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2077/2025 16.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi nümayəndəsi (vəkil) X6 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X8 10 fevral 2017-ci ildə Yevlax şəhərində ev şəraitində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclsında Ərizəçi nümayəndəsi (vəkil) X9 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Ərizəçi xx.xx.2017-ci il tarixdə Yevlax şəhərində ev şəraitində Aysu adlı uşağı doğulmuşdur. Uşaq ev şəraitində doğulduğundan onun doğum akt qeydi aidiyyəti üzrə qeydiyyat şöbəsində qeydiyyata alınmamışdır. Ərizəçi qızı Aysuya doğum haqqında şəhadətnamə əldə edə bilməmişdir. Buna görədə Aysu məktəb yaşına çatmasına baxmayaraq təhsil ala bilmir. Məhkəməyə müraciət edilməmişdən əvvəl Maraqlı şəxsnə müraciət olunmuş, lakin Maraqlı şəxsndən imtina məktubu verilərək, ərizəçiyə məhkəməyə müraciət etmsi tövsiyyə olunmuşdur. Bundan sonar Yevlax şəhər İHB-nın Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət edərək X8 ev şəraitində dünyaya gəlməsi barədə şəkilidə göstərilməklə akt tərtib edilmişdir. Yevlax rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsinin verdiyi arayışından görünür ki, uşağın yaşı xx.xx.2017-ci il tarixə uyğundur. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçini tanıyır. Ərizəçinin xx.xx.2017-ci ildə Aysu adlı qızı dünyaya gəlmişdir. Bu barədə ona ərizəçi ilə qonşu olan Afət müəllimə demişdir. O ərizəçinin qonşusu Afət müəllimənin uşaqlarının uzun müddət dayəsi olmuşdur. Aysu adlı uşaq ev şəraitində doğulmuşdur. Həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur və bir küçədə yaşamışlar. Ərizəçini uzun müddətdir ki, tanıyır. Ərizəçi bir qız uşağı doğmuşdur. Həmin uşaq 2017-ci ildə ev şəraitində doğulmuşdur. Həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Yevlax şəhər 1 saylı İƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X4 şəhəri M.Hüseynzadə küçəsi 13 saylı ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli fotoşəkilli arayışdan görünür ki, Yevlax şəhəri M.Hüseynzadə küçəsi 13 ünvanında yaşayan 10 fevral 2017-ci il təvəllüdlü X1. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2017-ci ildə anadan olmuş X8 doğumunu təsdiq edən sənədlər olmadığından həmin şöbədə doğumun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu ona izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi Yevlax şəhərində ev şəraitində 2017-ci ildə bir qız uşağı doğmuşdur. Həmin uşaq ev şəraitində doğulduğundan onlun barəsində doğum akt qeydi aparılmamış və həmin uşağa doğum haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin doğumu təsdiq edən sənədlər olmadığından həmin şöbə tərəfindən doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Yevlax şəhərində ev şəraitində 2017-ci ildə bir qız uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar