Məhkəmə qərarları › İş №2(039)-2085/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2085/2020

12.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2085/2020 12.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 ev şəraitində baş tutmuş doğum faktlarının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, övladlarından dördünü ev şəraitində dünyaya gətirmiş və onlara hal-hazıradək doğum haqqında şəhadətnamə əldə edə bilməmişdir. Ev şəraitində dünyaya gətirdiyi övladlarının cinsiyyətini (hər birinin cinsiyyəti qızdır) və təvəllüdünü nəzərə çatdırır. X12 xx.xx.2013-cü il təvəllüdlü, X7 xx.xx.2015-ci il təvəllüdlü, X9 xx.xx.2016-cı il təvəllüdlü və X10 xx.xx.2018-ci il təvəllüdlü. Qeyd etdiyi övladlarının hər birinin doğumu ilə bağlı Maraqlı şəxsnə müraciət edərək doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Xahişi təmin edilməmiş, eyni zamanda doğum faktının təsdiqi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Övladlarının hər birinin ev şəraitdə dünyaya gəlməsi ilə bağlı kifayət qədər sübutları və şahidləri vardır. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, azyaşlı uşaqları poliklinikada qeydə alınmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X3 bildirmişdir ki, Ərizəçiuzun müddətdir onların qonşuluğunda yaşayır və onun 6 övladı var. Onlardan dördü ev şəraitində doğulmuşdur. Doğulma illəri 2013, 2015, 2016 və 2018-ci illərə təsadüf edir. X1 bildirmişdir ki, uzun müddətdir Ərizəçiı tanıyır. Belə ki, Təranə 2013, 2015, 2016 və 2018-ci illərdə ev şəraitində dörd qız uşağı doğmuşdur. Həmin uşaqlar sağ və sağlamdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışlarda qeyd edilir ki, Yevlax şəhəri C.Kərimov küçəsi ev 126-da yaşayan xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X11 müayinədən keçmişlər., uşaqlar sağlamdır. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, xx.xx.2013-cü ildə anadan olmuş qız, xx.xx.2015-ci ildə anadan olmuş qız, xx.xx.2016-cı ildə anadan olmuş qız və xx.xx.2018-ci ildə anadan olmuş qız övladlarına doğum haqqında şəhadətnamə verilməsi barədə tibbi şəhadətnamələrini təqdim edildikdən sonra doğum haqqında şəhadətnamələr verilə bilər. Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, qeyd edilən sübutlarla ərizəçinin, xx.xx.2013-cü il tarixdə bir qız uşağının, xx.xx.2015-ci il tarixdə bir qız uşağının, xx.xx.2016-cı il tarixdə bir qız uşağının və xx.xx.2018-ci il tarixdə bir qız uşağının Yevlax şəhərində doğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə övladlarına doğum haqqında şəhadətnamələrinin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, uşaqların soyadının, adlarının və ata adının qeyd edilməsi hazırkı halda fakt təsdiqi kimi qeyd edilə bilməz, belə ki, həmin qeydiyyatın sənədləşdirilməsi üçün qanunvericiliklə başqa qayda müəyyən edilmişdir. Buna görə həmin hissələrdə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.2013-cü il tarixdə bir qız uşağının, xx.xx.2015-ci il tarixdə bir qız uşağının, xx.xx.2016-cı il tarixdə bir qız uşağının və xx.xx.2018-ci il tarixdə bir qız uşağının doğması faktları müəyyən edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Bu qətnamə müvafiq doğum akt qeydlərinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar