Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2095/2021 17.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlu Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv olunması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2004-cü il tarixli 08 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsi, həmin müqavilə ilə Cavabdeh icarəyə verilmiş 1.30 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı 15 avqust 2004-ci il tarixli 08 saylı qərarına əsasən, kəndin aşağı hissəsində yerləşən örüş-otlaq sahəsində 1.30 ha hissəsi heyvandarlıqla məşğul olmaq məqsədi ilə 30 il müddətinə həmin kəndin sakini Cavabdeh icarəyə verilmişdir. Həmin vaxtdan da torpaq sahəsi fasiləsiz olaraq Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin 14 iyun 2021-ci il tarixli 5-İ-22/4 nömrəli məktubu ilə İddiaçınə müraciət edilərək Cavabdeh 1.30 ha örüş torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair 15 avqust 2004-cü il tarixli 08 nömrəli qərarının ləğv edilməsi, həmin torpaq sahəsinə dair yuxarıda qeyd edilən icarə müqaviləsinin ləğvi ilə bağlı müvafiq tədbirlərin görülməsi təklif edilmişdir. Bununla bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin ləğv edilməsinə razılıq vermir. Cavabdeh iddia tələbini qəbul etməyərək izah etdi ki, onunla Bələdiyyə arasında müqavilə bağlanmış və müqavilə əsasında ona 1.30 ha torpaq sahəsi 30 il müddətinə icarəyə verilmişdir. Müqavilə şərtlərini heç vaxt pozmamışdır. Torpaqdan qanuni istifadə edir. Bələdiyyə tərəfindən də ona müqavilənin ləğvi ilə bağlı heç bir xəbərdarlıq olunmayıbdır. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarında olan 15 avqust 2004-cü il tarixli 08 saylı müqavilənin 2.14 bəndinə əsasən tərəflərin hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməsə mövcud qanunlar əsasında müvafiq olaraq və ya məhkəmə qarşısında iddia qaldırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, müqavilələrdə pretenziya qaydası 60 gün olaraq müəyyən edilmişdir. İddiaçı pretenziya qaydasına riayət etməmişdir. Belə ki, cavabdehə pretenziya məktubu göndərmədən 23 sentyabr 2021-ci il tarixdə «torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv olunması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv olunması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2095/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2095/2021
17.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver