Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2095/2025 29.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və iddiaçının vəkili Vəkil2, Cavabdeh2 və vəkili Vəkil1, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X6, X7, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə və Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, vəsiyyət üzrə vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh2, X6, X7, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə və Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi və dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhum babası X8 miras qalmış Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 63.9 kv.m olan fərdi yaşayış evinə dair cababdehlər Cavabdeh2, X6, X7, Cavabdeh5, Cavabdeh6 münasibətdə açılmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********387-10301 reyestr nömrəsi olan çıxarışın ləğv edilməsi, babası X8 miras qalmış 0.27 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 63.9 kv.m olan fərdi yaşayış evinə dair onun vəsiyyəti üzrə vərəsə hesab edilməklə, həmin əmlaka münasibətdə vəsiyyət üzrə vərəsə olaraq mirasdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 Mayıl Əvəz qızı 08 avqust 1955-ci il tarixdə evlənmişlər. Birgə nikahlarından beş övladları olmuşdur. X16 vəfat etmişdir. X18 isə 30 iyun 2016-cı il tarixdə vəfat etmişdir. X8 VAZ 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evi miras qalmışdır. Cavabdehlərdən anası Cavabdeh6 başqa digərləri mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. Anası, o cümlədən onlara mirası faktiki olaraq qəbul etmişlər. Cavabdeh6 25 iyul 2019-cu il tarixdə notariat ofisinə müraciət edərək, X8 miras qalmış VAZ 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini rəsmi olaraq qəbul etmişdir. Bu barədə cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh Əfruz Səfərov həmin vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Daha sonra cavabdehlər Cavabdeh2, X10, Cavabdeh4 və Cavabdeh5 məhkəməyə müraciət edərək «Qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnamə və "********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarış” ləğv edilməsi, X9 Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evindən paylar bərəbər hissədə bölünməklə vərəsələrin hər birinin payı 1/5 hissədə müəyyən edilməsini xahiş etmişlər, həmin iddia ilə bağlı 2(017)-649/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmiş, həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. X3 19 noyabr 1988-ci il tarixli Yevlax notariat kontorunda tərtib olunmuş vəsiyyətnaməyə əsasən bütün əmlakını, o cümlədən Yevlax şəhəri, Qoyunbinəsi kəndində yerləşən yaşayış evini ona vəsiyyət etmişdir. Həmçinin Cavabdeh5 və X19 vəsiyyətnamə üzrə payların onun adına rəsmiləşdirilməsi və etiraz etməmələri barədə ərizələridə mövcuddur. X29 Xidmət mərkəzində notariat ofisində Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evi ilə bağlı vərəsəlik şəhadətnaməsi verən zaman qüvvədə olan vəsiyyətnamə nəzərə almamışdır. Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evdən babası vəfat etdikdən sonra onunda vərəsəlik hüququn tanınmalı, müəyyən olunmuş pay üzərində mülkiyyət hüququn Daşınmaz Əmlakının dövlət reyestrindən qeydiyyata alınmışdır. Cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə və onun əsasında alınmış **********87-10301 reyestr nömrəli çıxarış ləğv edilməli, onun vəsiyyətnamə üzrə vərəsəlik hüququn tanınması və müəyyən olunmuş pay üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyat alınmalıdır. Məhkəmə prosesi: Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Musa Səlimov iddiaçının babasıdır. Babası 1988-ci ildə evini və bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. Musa Səlimov 30 iyun 2016-cı il tarixdə vəfat etmişdir. Şəxsin vəfatından sonra Azərin anası, hazırki iddia üzrə Cavabdeh6 mirası faktiki qəbul etmiş, daha sonra notariusa müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. Sonradan Əfruzun bacıları qanun üzrə vərəsəliyi mübahisələndirmiş, nəticədə X9 5 övladı arasında hər birinə 1/5 hissə olmaqla miras əmlak bölünmüşdür. Lakin daha öncəki məhkəmə mübahisəsi zamanı Azərin hüquqları pozulmuş, işə baxılması zamanı cəlb edilməmişdir. Halbuki, baba bütün əmlakını Azərə vəsiyyət etmişdir. Həmin qərarlardan Azərin marağına toxunulan şəxs kimi verdiyi şikayət ərizəsi qaytarılmış, həmçinin əlavə kassasiya qaydasında verdiyi şikayət ərizəsi mirasın qəbulu ilə bağlı mübahisəsiz sübutlar təqdim edilmədiyindən qaytarılmışdır. Bu səbəbdən hazırki iddia ilə müraciət edilmişdir. Halbuki Azərin mirası faktiki qəbul etməsi işin mübahisəsiz halıdır. Həmin evdə onun anası, qardaşı və qardaşının arvadı yaşamışdır. Bununla da, iddiaçı artıq miras əmlakı faktiki qəbul etmiş sayılır. Digər cavabdehlər həmin mənzildə yaşamamışdır. Sonda məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 izahatında bildirmişdir ki, Əfruz onun həyat yoldaşı, Azər isə oğludur. X21 1988-ci ildə evini və bütün əmlakını nəvəsi Azərə vəsiyyət etmişdir. O və həyat yoldaşı Əfruz həmin vəsiyyətnamədən verilən gündən məlumatlı olmuşlar. Hətta cavabdehlərdən Cavabdeh5 və X19 bu vəsiyyətnaməyə heç bir etirazları olmadığı barədə ərizə təqdim etmişlər. Cavabdehlərin qaldırdıqları iddia ərizəsi üzrə işə baxılarkən Azər işə cəlb olunmamış, vəsiyyətnamə nəzərə alınmamışdır. Bununla yanaşı, məhkəmənin suallarına cavab olaraq bildirdi ki, qaynatası X18 vəfat edərkən səhvin özlərində olduğunu, Musa Səlimovundan miras qalmış əmlakın hər iki yolla qəbul edilə biləcəyinn notarius tərəfindən onlara izah olunduğunun, onlar isə miras əmlakın vəsiyyətnamə ilə oğlu Azərin deyil, yoldaşı Cavabdeh6 tərəfindən mirasın qanun üzrə vərəsəlik qaydasında qəbul edilməsini seçmişlər. Əfruzun bacıları olan digər cavabdehlər Cavabdeh2, X10, Cavabdeh4, Cavabdeh5 onun həyat yoldaşının qanun üzrə vərəsəliyini mübahisələndirmişlər. Məhkəmə mübahisəsinin sonunda Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evi ilə bağlı 5 bacının hər birinin 1/5 hissədə payı tanınmışdır. Həmin məhkəmə mübahisəsi zamanı o iştirak etmiş, ər-arvad və ata bala kimi münasibətləri daim normal olmuşdur. Azər həmin mübahisədən məlumatlı olmuş, daha sonra hüququnun pozulduğu üçün Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, lakin ərizəsi qəbul olunmamışdır. Ədalətli qərar qəbul olunaraq Azərin hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddia ərizəsində də göstərildiyi kimi Yevlax rayonu Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evi X11 məxsus olmuşdur. Onun ölümündən sonra İ dərəcəli vərəsəli sırasından 5 qız övladı olduğu halda, Cavabdeh6 (hazırki iddiaçı Azərin anası) vərəsə dairəsini kiçildərək bütün evi öz adına keçirmişdir. Həmin hal digər bacılar tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, iş üzrə yekun məhkəmə qərarı ilə Yevlax rayonu Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evi 5 bacı arasında hər birinin payı 1/5 olmaqla bölünmüşdür. Əvvəl də qeyd etdiyi kimi, həmin məhkəmə mübahisələri zamanı cavabdeh qismində çıxış etmiş Cavabdeh6 iddiaçının anasıdır və məhkəmə proseslərindən də məlumatlı idi. İddiaçı həmin proseslər zamanı üçüncü şəxs qismində işə qoşula bilərdi. Lakin o, yalnız Ali Məhkəmənin yekun qərarı çıxandan sonra guya ona vəsiyyətnamə qoyulduğunu bildirməyə başladı. Həmçinin Azərin hazırki işdə nümayəndəsi olan Saleh Səfərov ifadəsində deyir ki, vəsiyyətnamə qoyulan gündən bilirdik ki, evi Azərə vəsiyyət edib. Saleh Səfərov da əvvəlki bütün məhkəmə iclaslarında iştirak edib. Həmin işlər üzrə nə çıxışlarında, nə də şikayət ərizələrində bu halı mübahisələndirməmişlər. Həm İddiaçı, həm də Cavabdeh6 ünvan 1 ünvanında qeydiyyatdadırlar və İddiaçı həmin məhkəmə prosesləri zamanı daim məhkəmələrə gəlib-gedirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Əlavə olaraq bildirdi ki, İddiaçı ona vəsiyyətnamə verildiyini bildirsə də, miras əmlakı faktiki olaraq da qəbul etməmişdir. Belə ki, Ali Məhkəmənin Plenumunun 08 iyun 2023-cü il tarixli, 13(102)-63/2023 saylı qərardadında da göstərilmişdir ki, "məhkəmə iş materiallarını tələb etməklə öyrənmiş və belə qənaətə gəlmişdir ki, İddiaçı mirası qəbul etdiyinə dair rəsmi müraciəti, mirası faktiki qəbul etdiyinə dair mübahisəsiz sübutları ərizəsinə əlavə etmədiyindən məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi qəbul edilməsi mümkün deyil. Hazırki iddia tələbində də mirası faktiki qəbul etməsi barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa bildirmək istəyirik ki, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-649/2021 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsi əsasında cavabdehlər hər biri öz payına mütanasib şəkildə daşınma zəmlakın dövlət reyestrindən çıxarış almışlar.. Həmin çıxarışların da ləğv edilməsi mümkün deyildir. Çünki çıxarışlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı cavabdehlər Cavabdeh2, X10, Cavabdeh4, X20, Cavabdeh6, Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə və X29 Xidmət Mərkəzinə qarşı « qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, vəsiyyət üzrə vərəsəlik payının müəyyən edilməsi.» tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək, bildirdi ki, X18 onun atası, X10, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 isə bacılarıdır. Onlar 5 bacı olmuşlar. Yevlax rayonu Qoyunbinəsi kəndində 0,27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evi atasına məxsus olmuş, atasından onlara miras qalmışdır. Ümumiyyətlə, Azər uzun illərdir ölkə xaricindədir. Azər həmin evdə 1 gün belə yaşamamışdır. Atasına da ölən gününədək onlar baxmışdır. Bacısı Əfruz öz gəlini ilə yola getmədiyi üçün onlar, yəni bacılar hamısı razılıq vermişlər ki, gəlini və oğlu həmin evdə müvəqqəti yaşasınlar. Onlar da düşünmüşlər ki, qoy ata ocaqlarında yaşayış olsun. Lakin bacısı Əfruz və onun yoldaşı bundan suiistifadə edib, notariusda atanın vərəsə dairəsini kiçildərək bütün evi öz adına keçirmişdir. Biz bacılar da məhkəmədə həmin halı mübahisələndirdik, uzun məhkəmə çəkişməsindən sonra ədalətli qərar qəbul olundu və 5 bacı arasında bölündü. Əgər hazırki işdə deyildiyi kimi, oğluna miras qalmışdısa əmlak, niyə həmin vaxt bu vəsiyyətnaməni ortaya çıxarmırdılar? Əvvəlki məhkəmə mübahisəsi zamanı da Ali Məhkəmə işin hallarını düzgün qiymətləndirib qərarı ləğv etmişdir. İndi bütün məhkəmə mübahisəsi yekunlaşandan sonra yenidən iddia verirlər. Odur ki, iddia tələbinin əsassız olduğunu və rədd olunmasını xahiş etdi. Məhkəmə iclaslarında cavabdehlər Cavabdeh4 və Cavabdeh5 digər Cavabdeh2 ilə eyni məzmunlu izahat vermişlər. Cavabdeh Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisi xüsusi notariusları Bənövşə Əlizadə və Babək Atayev məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini üzrlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi, cavabdehlər X10 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin, cavabdehlər X10 və Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu Bənövşə Əlizadəyə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli 2477/2025 saylı məktubda qeyd edilir ki, xx.xx.2016öcı ildə vəfat etmiş babası X9 vəfatından sonra qalmış miras əmlaka dair Bərdə Regional “Asan xidmət” mərkəzində notariat ofisində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və onun adına vərəsələr siyahına daxil edilməmişdir. Tələbin olduğu halda hüququnun bərpası üçün müvafiq rayon məhkəməsinə müraciət etməyini bildirilmişdir. 15 noyabr 1988-ci il tarixdə verilmiş vəsiyyətnamədən görünür ki, Yevlax şəhər Qoyunbinəsi kəndində yaşayan X18 öləcəyi günə ona məxsus olan bütün əmlakını, o cümlədən Yevlax şəhəri Qoyunbinəsi kəndində yerləşən yaşayış evini nəvəsi İddiaçı vəsiyyət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********87-10301 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən 0.27 ha yaşayış məntəqələrinin torpaqları sahəsi və onun üzərində yerləşən 63,9 kv.m yaşayış evi tam mülkiyyət hüququ ilə 1/5 hissə Cavabdeh2, 1/5 hissə X5, 1/5 hissə Cavabdeh4, 1/5 hissə Cavabdeh5 və 1/5 hissə Cavabdeh6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(039)-1096/2021 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh2, X10, X12 və Cavabdeh5 Cavabdeh6 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə və X29 Xidmət Mərkəzinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-649/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2, X10, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsi ləğv edilmiş, «Qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnamə və “********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarış” ləğv edilmiş, X9 Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evindən paylar bərəbər hissədə bölünməklə vərəsələrin hər birinin payı 1/5 hissədə müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5745/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-649/2022 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən verilmiş xx.xx.2025-ci il arxiv arayışından görünür ki, xx.xx.1988-ci il tarixdə 28-13621 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə mühafizə olunmaq üçün X22 təhvil verilməmişdir. Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, həmin vəsiyyətnamənin xx.xx.2025-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-35/2-3924/2025 saylı 08 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.27 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 63.90 kv.m olan fərdi yaşayış evi DTXK Yevlax rayon Şöbəsinin xx.xx.2002-ci il tarixli JN-255A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə, Yevlax RPŞ-nin xx.xx.2019-cu il tarixli 195-9126- 1219 nömrəli əmlakın hüquqi sənədinin itməsi barədə yerli polis şöbəsindən arayışına əsasən xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli X29 Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh6 adına qeydiyyata alınmışdır. Sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilərək xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5745/2022 nömrəli qərarına əsasən Cavabdeh2 (1/5 hissə), X5 (1/5 hissə), Cavabdeh4 (1/5 hissə), Cavabdeh5 (1/5 hissə) və Cavabdeh6 (1/5 hissə) adlarına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-100/2023 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-649/2021 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi İddiaçı verdiyi ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5745/2022 nömrəli iş üzrə 22 noyabr 2022-ci il tarixli qərarından əlavə kassasiya qaydasında Ali Məhkəmənin Plenumuna müraciət etmək hüququ olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 iyun 2023-cü il tarixli 13(102)- 63/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5745/2022 nömrəli iş üzrə 22 noyabr 2022-ci il tarixli qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi İddiaçı verdiyi ərizə geri qaytarılmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(039)-1096/2021 saylı (hakim Ruslan Əlizadə) qətnaməsi ilə iddiaçılar Cavabdeh2, X10, Cavabdeh4 və Cavabdeh5 Cavabdeh6 qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi və X29 Xidmət Mərkəzi) cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019- cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019- cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bərabər bölünməsinə dair iddiası rədd edilmişdir. Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(039)-1096/2021 saylı qətnaməsindən iddiaçılar Cavabdeh2, X10, Cavabdeh4 və Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(107)- 1787/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(107)-1787/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-1067/2022 saylı qərarı ilə, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-1787/2021 saylı qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmə qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh2, X10, Cavabdeh4 və Cavabdeh5 atalarının vəfatından sonra miras əmlakın varığından hali olmuş, həmin əmlak barədə iradə ifadələrini digər bacıları Cavabdeh6 öz oğlu və gəlini ilə ailədaxili münaqişələrinin olmasını nəzərə alaraq, bacısı oğlunun və gəlinin həmin evə köçürülməsinə şifahi razılıq verməklə bildirmişlər. Bununla da, mirası faktiki qəbul etməklə, mülkiyyətçi funksiyalarını yerinə yetirmişlər. Şəki Apellyasiya Məhkəməsi 04 iyul 2022-ci il tarixli, 2(107)- 649/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2(039)-1096/2021 saylı qətnaməsi ləğv edilmiş, «Qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnamə və "********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarış"ın ləğv edilməsi, iddiaçılarım Cavabdeh6 Yevlax rayonu, Qoyun binəsi kəndində 0.27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evindən paylar bərəbər hissədə bölünməklə vərəsələrin hər birinin payının 1/5 hissədə müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(107)- 649/2022 saylı qətnaməsindən Cavabdeh6 və vəkili X17 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(102)- 5745/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi 04 iyul 2022-ci il tarixli, 2(107)- 649/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh2 vəkili Vəkil1 məhkəməyə təqdim etdiyi sənədlər əsasında müəyyən olunmuşdur ki, hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinə əsasən, işdə iştiraketməyə cəlb olunmayan, lakin məhkəmə aktı ilə maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinə ərizə ilə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-649/2022 şaylı xx.xx.2022-ci iltarixli qətnaməsinin onun maraqlarına toxunduğunu nəzərə alaraq, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını, mülki işin kassasiya baxışından çıxarılaraq kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-649/2021 nömrəli, 04 iyul 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs kimi İddiaçı verdiyi ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(102)-5745/2022 saylı qərarından məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir. Ali Məhkəmənin Plenumunun 08 iyun 2023-cü il tarixli, 13(102)- 63/2023 saylı qərardadı ilə həmin ərizə geri qaytarılmışdır. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının qanuni qüvvəyə minməsi nəticə etibarı ilə pozitiv və neqativ mənada özünü göstərir. Pozitiv mənada qanuni qüvvəyə minmiş məhkəmə qərarı preyudisial effektə malik olur. Neqativ mənada götürdükdə isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı həll edilmiş mübahisə üzrə təkrar məhkəmə icraatını, bir qayda olaraq, istisna edir. Hazırki iddia tələbində iddiaçının tələbini əsaslandırdığı hallar İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(102)-5745/2022 saylı qərarından məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ünvanladığı ərizənin əsaslandırması ilə tamamilə eynidir. Ali Məhkəmənin Plenumunun 8 iyun 2023-cü il tarixli, 13(102)- 63/2023 saylı qərardadı ilə iddiaçının həmin ərizəsi geri qaytarılmışdır. Həmin qərardad məhkəmə hazırlıq iclası zamanı cavabdehin vəkili tərəfindən təqdim edilmişdir və məhkəmə həmin vaxt bu qərardadla tanış olmuşdur. Məhkəmə iclasları zamanı, İddiaçı vəkili və nümayəndəsi suallara cavab olaraq, yuxarıda qeyd edilən 8 iyun 2023-cü il tarixli qərardaddan sonra yenidən İddiaçı tərəfindən Ali Məhkəmənin Plenumuna müraciət edilmədiyini və hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildiyini bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(102)-5745/2022 saylı qərarı hal-hazırda qüvvədədir və ləğv edilməmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsində müəyyən olunmuş əsasla ərizənin baxılmamış saxlanılmasına o hallarda yol verilir ki, başqa məhkəmənin və yaxud həmin məhkəmənin icraatında olan digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla əlaqədar olsun. Bunlardan hər hansı biri üzrə fərq olduqda həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Məlum olduğu kimi, Mülki Prosessual Məcəllənin 2259.0.4-cü maddəsində nəzərədə tutulmuş baxılmamış saxlama əsasındakı “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə” ifadəsi həmin Məcəllənin 261.0.2-ci maddəsində nəzərdə tutulmuş xitam əsasında da təkrarlanır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə İddiaçı əvvəlki məhkəmə mübahisəsində tərəf olmadığından və Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilə bilmədiyindən, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, 2(102)-5745/2022 saylı qərarı hal-hazırda qüvvədə olduğundan hazırki iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Həmin Məcəllənin 422-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarından ərizə ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edə bilər. Həmin Məcəllənin 426-cı maddəsinə əsasən şikayətə, ərizəyə və ya protestə ilkin olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilən 5 hakimdən ibarət məhkəmə tərkibi yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi şikayətə, ərizəyə və ya protestə baxaraq aşağıdakı qərardadlardan birini qəbul edir:şikayət, ərizə və ya protestin forma və məzmununa dair Mülki Prosessual Məcəllənin 425-ci maddəsinin tələblərinə riayət edilmədikdə, habelə Mülki Prosessual Məcəlləsinin 423.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərin ötürülməsi ilə verildikdə şikayət, ərizə və ya protestin qaytarılması haqqında və . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X23rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X6, X7, Cavabdeh5, Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə və Bərdə Regional “Asan xidmət” Mərkəzində Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi, vəsiyyət üzrə vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-2095/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2095/2025
29.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver