Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2096/2020 17.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Yevlax rayon Qeydiyyatşöbəsinə qarşı «doğum və atalıq faktının müəyyən olunması» haqqında işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlışəxs Yevlax rayon Qeydiyyatşöbəsinə qarşı «doğum və atalıq faktının müəyyən olunması» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 birgə qeyri rəsmi nikahlarından doğulmuş uşaqları X1 xx xxx 2005-ci il tarixdə və X3 xx xxxxxxx 2007-ci il tarixdə anadan olması faktının, yəni doğumun qeyd edilmə faktının müəyyən edilməsinə və qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmədə ərizələrini müdafiə edərək izah etdilər ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qeyri rəsmi ailə qurublar. Ərizəçilərin birgə nikahlarından ev şəraitində xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 adlarında uşaqları dünyaya gəlmişlər. Uşaqlar anadan olduqdan sonra dərhal Yevlax rayon X2 poliklinikasında qeydiyyata alınmış, daim həkim nəzarətində olmuş və lazım peyvəndlər edilmişdir. Lakin müəyyən səbəblərdən Vüsal və İsa adlı uşaqların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Uşaqlar ev şəraitində anadan olduqlarından onların adına tibbi doğum haqqında şəhadətnamə verilmədiyindən doğum qeydinin maraqlı orqan Maraqlı şəxsndə aparılması mümkün deyildir. Hazırda xx.xx.2005-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2007-ci il tarixdə X3 anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. Ona görə də uşaqların anadan olması faktının, yəni doğumun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Maraqlışəxs Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 onun qohumlarıdır. Ərizəçi1 və Ərizəçi2 faktiki ailə quraraq evlənmişlər. Uşaqlar ev şəraitində olduqlarından onlara heç bir sənəd alınmamışdır. Məhkəməərizəçilərin vəşahidin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Asan-Masallı tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi2 xx xxxxxx 1976-cı il tarixdə Cəlilabad ray., Səbirabad kəndində anadan olmaqla, Cəlilabad ray., Səbirabad kəndindəqeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən ASAN-BƏRDƏ tərəfindən verilmiş xx xxx 2017-ci il tarixli AZE seriyalı ******** saylışəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi1 xx xxxx 1975-ci il tarixdəYevlax şəhərində anadan olmaqla, Yevlax şəhəri, G. Əliyev küç.,m.8-də qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1348 saylıməktubdan məlum olur ki, Ərizəçi1 vəƏrizəçi2 övladlarının doğumu haqqında tibbi şəhadətnamələri təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi vəəmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatıəldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarıöz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmədə aydın olur ki, Ərizəçi1 vəƏrizəçi2 qeyri rəsmi nikahlarından iki övladları olmuşdur. xx.xx.2005-ci il təvəllüdlüX5 və xx.xx.2007-ci il təvəllüdlüX6 ev şəraitindəanadan olmuşlar. Səhlənkarlıq ucbatından müvafiq Dövlət orqanına müraciət olunaraq lazımı sənədlər alınmamışdır.Bu səbəbdən ərizəçilər qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişlər. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, xx xxx 2005-ci il tarixdə bir oğlan və xx xxxxxxx 2007-ci il tarixdə bir oğlan uşaqlarının olması faktı müəyyən edilməlidir. Ərizənin uşaqların atasının Ərizəçi1 anasının Ərizəçi2 qız olması hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli qərarına əsasən ananın və atanın Qeydiyyat şöbəsinə birgəərizə vermələri ilə müəyyən olunduğundan təmin edilməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və305.1.7-ci maddəsinəəsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinəəsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinəəsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.2-ci maddəsinəəsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizəƏrizəçilərnin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə işüzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən vəAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi1 qızının xx xxx 2005-ci il təvəllüdlü bir oğlan və xx xxxxxxx 2007-ci il bir oğlan uşaqlarını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılmasıüçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2096/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2096/2020
17.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver