Məhkəmə qərarları › İş №2(039)-2099/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2099/2022

28.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2099/2022 28.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi maraqlı şəxs olaraq Bərdə Regional “ASAN” Xidmət Mərkəzini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, faktik olaraq mirası qəbul etdiyi üçün bu barədə notariat ofisinə qanunla müəyyən olunmuş müddətdə müraciət etmədiyini üzürlü sayaraq və eyni zamanda həmin mirasın açıldığı gündən idarə etdiyini nəzərə alaraq mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan məhkəmə iclası zamanı iddia tələbini dəqiqləşdirərək mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, X8 xx.xx.2020-ci ildə vəfat etmiş və onun Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 3, mənzil 5-da mövcud olan məhrum anasından miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün ərizə ilə Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş, həmin ərizəyə cavab olaraq ona bildirmişdir ki, onun mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürülmüşdür. Həmin mirasın qəbul edilməsi müddətinin uzadılması üçün Yevlax rayon məhkəməsinə müraciət etməyini tövsiyyə edilmiş, anası vəfat etdikdən sonra bu əmlakı faktiki olaraq qəbul edərək bu işlərlə bağlı qanunla müəyyən olunmuş hüquqlarından istifadə etməklə əmlakı idarə etmiş, lakin hüquqi savadsızlığın səbəbindən mərhum anası X2 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariat orqanına vaxtında müraciət etməmişdir. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs, Bərdə Regional “ASAN” Xidmət Mərkəzinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Bərdə Regional “ASAN” Xidmət Mərkəzinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində “Vaz 21063” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili mərhum həyat yoldaşı Səliminaz Əsədovanın adında olmuş, hazırda həmin maşını qızı Ruqsarənin istifadəsində olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində maşın mərhum anasının adına olduğunu və anası vəfat etdikdən sonra bacısı Ruqsarənin istifadəsində olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ərizəçinin qonşusu olduqlarını bildirərək, şahidlər X20 və X18 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Bərdə regional ASAN xidmət mərkəzinin Notariat ofisinin notariusu E.Həsənov tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, mərhum anası X5 isə xx.xx.2020-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul müddətinin uzadılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. AC seriyalı 925582 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21063” minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 06 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İİ 145789 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X9 04 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 27 dekabr 2013-cü il tarixdə verilmiş AZ-İ 642302 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X13 07 dekabr 2013-cü il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 14 iyul 2022-ci il tarixdə verilmiş 1712 №li, ölüm akt qeydindən görünür ki, X10 xx.xx.1975-ci il tarixdə vəfa etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 14 iyul 2022-ci il tarixdə verilmiş 1712/1 №-li, ölüm akt qeydindən görünür ki, X6 xx.xx.1975-ci il tarixdə vəfa etmişdir. Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən verilmiş 450 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və ölən günədək Yevlax şəhəri, Q.Quliyev 3a/2 ünvanda qeydiyyatda olumuş və yaşamışdır. Ölümündən sonra yaşamış ailə üzvü qalmışdır: əri xx.xx.1950-ci il təvəllüdlü X21, qızı xx.xx.2975-ci il təvəllüdlü X14, xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi, xx.xx.1983-cü il təvəlldlü X18, qızı X13 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, vərəsəliyi qəbul edən Ərizəçidır. Məhrum ölən günədək həmin ailə üzvləri ilə birlikdə yaşamışdır. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09/İS/001839-22 №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün xx.xx.1950-ci il təvəllüdlü X5 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; əri xx.xx.1950-ci il təvəllüdlü X20, qızı xx.xx.1975-ci il təvəllüdlü X15, qızı xx.xx.1979-ci il təvəllüdlü Ərizəçi, qızı xx.xx.1981-ci il təvəllüdlü X13 və xx.xx.1983-cü il təvəllüdlü X18. Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən verilmiş 440 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də Q.Quliyev küçəsi ev 3/2da yaşayır və qeydiyyatdadır. Bərdə regional “ASAN xidmət” mərkəzinin Direkor vəzifəsini müvəqqəi icra edən İlahə Quliyeva tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bərdə regional “ASAN xidmət” mərkəzinin əsl cavabdehlə əvəz edilməsi barədə qərardad qəbul edilməsini, iddiaçının cavabdehin əvəz edilməsinə razılığının əldə edilməsinin mümkün olmadığı halda isə cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzinə münasibətdə iddia təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: Maddə 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1146 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Beləliklə, şahid ifadələri və təqdim edilmiş digər sübutlarla təsdiq olunur ki, anası Səliminaz Əsədova xx.xx.2020-ci il tarixdə öldükdən sonra Ərizəçi mülki qanunvericiliklə miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddətdə birinci növbədə vərəsə olaraq anasına məxsus əmlakın bir hissəsinə sahiblik etməklə onlara aid olan miras əmlakı tamamilə qəbul etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2020-ci il tarixdə ölən anası X4 məxsus miras əmlaklarını qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar