Məhkəmə qərarları › İş №2(039)-2106/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2106/2024

18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2106/2024 18.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2017-ci il tarixdə X17, xx.xx.2018-ci il tarixdə X18, xx.xx.2019-cu il tarixdə X14, xx.xx.2020-ci il tarixdə X15 və xx.xx.2023-cü il tarixdə X16 Yevlax şəhərində doğulmaları faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X25 ilə birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X23, xx.xx.2018-ci il tarixdə X24, xx.xx.2019-cu il tarixdə X19, xx.xx.2020-ci il tarixdə X20 və xx.xx.2023-cü il tarixdə X21 ev şəraitində anadan olmuşdur. Buna görə də hazırkı tarixədək həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Övladlarının doğum haqqında şəhadətnaməsinin olmaması onların gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədəçəkdir. Doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbə tərəfindən doğum şəhadətnaməsinin verilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işə onların iştirakı olmadan baxılaraq qanunauyğun qərar edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə yaxın ünvanlarda yaşayırlar və onu uzun müddətdir ki, tanıyır. Ərizəçi qohumu Elnur adlı şəxs evlənmiş və birgə həyatlarından Zəhra, Günel, Bərfin, Zeynəb və Aynurə adlı uşaqları doğulmuşdur. Lakin həmin uşaqların hansı tarixdə doğulduqlarını xatırlamır. Ərizəçinin əri uşaqlarını və arvadını atıb getmiş və uşaqlar analarının himayəsində qalmışdır. Ərizəçi həmin uşaqları ev şəraitində dünyaya gətirmiş, uşaqların barəsində doğum akt qeydi aparılmamış və həmin uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X26 şahid X9 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X10 şəhəri Nizami prospekti 208 A ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X11 şəhəri Nizami prospekti 208 A ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X6 şəhəri Nizami prospekti 208 A ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X7 şəhəri Nizami prospekti 208 A ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan ünvan 2ƏD üzrə nümayəndəlik tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X8 şəhəri Nizami prospekti 208 A ünvanında yaşayır və aktda olan fotoşəkil həmin şəxsə aiddir. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, Yevlax şəhəri Nizami prospekti 208 A ünvanında yaşayan 01 may 2019-cu il təvəllüdlü X1. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, Yevlax şəhəri Nizami prospekti 208 A ünvanında yaşayan 15 fevral 2017-ci il təvüllüdlü X4. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, Yevlax şəhəri Nizami prospekti 208 A ünvanında yaşayan 25 mart 2018-ci il təvüllüdlü X5. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, Yevlax şəhəri Nizami prospekti 208 A ünvanında yaşayan 01 may 2019-cu il təvüllüdlü X1. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, Yevlax şəhəri Nizami prospekti 208 A ünvanında yaşayan 24 iyun 2020-ci il təvüllüdlü X2. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, Yevlax şəhəri Nizami prospekti 208 A ünvanında yaşayan 15 avqust 2023-cü il təvüllüdlü X3. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi Yevlax şəhərində ev şəraitində 2017-cü ildə bir qız uşağı, 2018-ci ildə bir qız uşağı, 2019-cu ildə bir qız uşağı, 2020-ci ildə bir qız uşağı və 2023-cü ildə bir qız uşağı doğmuşdur. Həmin uşaqlar ev şəraitində doğulduğundan onların barəsində doğum akt qeydi aparılmamış və həmin uşaqlara doğum haqqında şəhadətnamə verilməmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi üçün ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin doğumu təsdiq edən sənədlər olmadığından həmin şöbə tərəfindən doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi Yevlax şəhərində ev şəraitində 15 fevral 2017-cü ildə bir qız uşağı, 25 mart 2018-ci ildə bir qız uşağı, 01 may 2019-cu ildə bir qız uşağı, 24 iyun 2020-ci ildə bir qız uşağı və 15 avqust 2023-cü ildə bir qız uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar