Məhkəmə qərarları › İş №2(039)-2107/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2107/2024

07.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2107/2024 07.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqı və məhkəmə məsrəflərinin tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdehsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqı və məhkəmə məsrəflərinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi-texniki təminat bölüyünün hərbi hissənin yeməkxanasında (stasionar) mətbəx xidmətçisi vəzifəsində işləməyi ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh xx.xx.2024-cü il tarixli, 176 nömrəli əmrinin ləğv edilməsinə, onun əvvəlki işinə - Cavabdeh maddi-texniki təminat bölüyünün hərbi hissənin yeməkxanasında mətbəx xidmətçisi vəzifəsinə bərpa edilməyinə, məcburi iş buraxma günləri üçün əmək haqqının Cavabdeh tərəfindən ona ödənilməsinə və məhkəmə məsrəflərinin -50 (əlli) mant mediasiya xərcinin və 300 (üç) yüz manat vəkilə ödənilən haqqın Cavabdeh onun (iddiaçının) xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2023-cü il tarixli 13 saylı əmri ilə Cavabdeh maddi-texniki təminat bölüyünün Hərbi hissənin yeməxanasında (stasionar) mətbəxt xidmətçisi vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə üzərinə düşən vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 176 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müvafiq olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, Cavabdeh xx.xx.2024-cü il tarixli, 176 saylı əmrini qanunsuz və əsassız hesab edir. Belə ki, o icazəsiz işdən qalamamış və müəssisə daxili qaydaları pozmamışdır. Hətta xx.xx.2024-cü il tarixdə də işdə olmuş və günün birinci yarısınadək işləmişdir. Lakin xx.xx.2024-cü il tarixdə işə davamiyyət jurnalına imza etməsinə icazə verməmişdirlər. Günün ikinci yarısında ona artıq işdən azad olunduğu bildirilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə birtərəfli xitam verilməsi qərəzli xarakter daşıyır. Çünki, son iki ayda ona təziqlər edilərək, öz xahişi ilə işdən çıxması tələb edilmiş, əks təqdirdə Əmək Məcəlləsinin “ç” bəndi ilə işdən çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. İş cədvəlinə əsasən o bir gün işdə, iki gün isə evdə olur. Cədvəl üzrə xx.xx.2024-cü il tarixdə işdə olmuşdur. xx.xx.2024-cü il tarixdə günün birinci yarısı işdə olmuş və işləmişdir. Təxminən saat 12:30 radələrində ona üzrlü səbəbdən işdən qaldığı bildirilmişdir. Lakin elə bir hal olmamışdır. Belə ki, o atasının ağır xəstəliyi ilə əlaqədar yalnız bir dəfə işdən qalmışdır. Həmin vaxt da icazə almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 176 saylı əmrini, yəni əmək kitabçasını xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlimat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan əmək kitabçasından görünür ki, İddiaçı Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 13 saylı əmrinə əsasən Cavabdeh maddi-texniki təminat bölüyünün yeməkxanasında (stasionar) mətbəx xidmətçisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh komandiri tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1-ci Təhqiqat Bölməsinə ünvanlanmış yanvar 2024-cü il tarixli məlumatdan görünür ki, hərbi hissənin yeməkxanasında zal xidmətçisi vəzifəsində işləyən İddiaçı xx.xx.2023-cü il tarixdə “Üzü kosmetikalı işə gəldiyinə görə” faktı ilə bağlı ilkin araşdırma materialları Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1-ci Təhqiqat Bölməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə hərbi hissənin yeməkxanasında yeməkxana xidmətçisi işləyən İddiaçı iş yerini öz aşına tərk etdiyi üçün həmin faktın araşdırılması və günahkar şəxsin cəzalandırılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması Maddi-texniki təminat bölüyünün komandirindən xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi 1-ci Təhqiqat Bölməsi tərəfindən Cavabdeh komandirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh əsgər yeməkxanasında mətbəx xidmətçisi vəzifəsində işləyən mülki işçi İddiaçı xx.xx.2024-cü il tarixdə iş yerindən tez getməsi faktı üzrə prosessual qəraar qəbul edilməsi zəruri olmadığından toplanmış xidməti araşdırma materialları profilaktik tədbir görüldükdən və Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun tədbirlər görüldükdən sonra işə alınması üçün Cavabdeh qaytarılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh üzrə şəxsi vərəqəsindən görünür ki, İddiaçı iş yerinə kosmetikalı gəldiyinə görə hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 124 saylı əmrinə əsasən ona töhmət verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Cavabdeh üzrə şəxsi vərəqəsindən görünür ki, İddiaçı iş yerini tərk etdiyinə görə hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 570 saylı əmrinə əsasən ona şiddətli töhmət verilmişdir. İşdə olan əmək kitabçasından görünür ki, Cavabdeh komandirinin xx.xx.2024-cü il tarixli, 176 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədikdə) xitam verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Yevlax 1 saylı Mediasiya Təşkilatının hesabına 50 (əlli) manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Yevlax şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh komandirinin xx.xx.2023-cü il tarixli, 13 saylı əmrinə əsasən Cavabdeh maddi-texniki təminat bölüyünün yeməkxanasında (stasionar) mətbəx xidmətçisi vəzifəsinə işə qəbul edilmiş və Hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 176 saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədikdə) xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 176 saylı əmri əsassız və qərəzli hesab edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə iddianın əmək müqaviləsinə xitam veriməsinə dair hərbi hissənin xx.xx.2024-cü il tarixli, 176 saylı əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsi tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 31 mart 2024-cü il tarixdə iş yerini tərk etdiyinə görə hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 570 saylı əmrinə əsasən ona intizam tənbehi olaraq şiddətli töhmət verilmiş, həmin tarixdən sonra İddiaçı əmək müqaviləsi üzrə işinə davam etmiş, hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 176 saylı əmrinə əsasən isə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədikdə) xitam verilmişdir. İş materiallarından İddiaçı 16 may 2024-cü il tarixdən 12 iyun 2024-cü il tarixədək özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirməməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında həmçinin, müəyyən edilmişdir ki, hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 570 saylı əmrinə əsasən İddiaçı 31 mart 2024-cü il tarixdə yol verilmiş intizam xətasına görə intizam tənbehi olaraq şiddətli töhmət verildiyi halda, həmin intizam xətasına görə ikinci dəfə barəsində intizam tənbehi olaraq onuna bağlanmış əmək müqaviləsi xitam verilmişdir. Halbuki, Əmək Məcəlləsinin tələbinə görə bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, X2 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında Cavabdeh komandirinin xx.xx.2024-cü il tarixli, 176 saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki işinə bərpa edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 71.2-ci maddəsinə görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71- ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 83.2-ci maddəsinə görə Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Məhkəmə iddianın məcburi iş buraxma günləri üçün əmək haqqının və məhkəmə məsrəflərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, məhkəmə işin müəyyən olunmum hallarına uyğun olaraq nəticəyə gəlir ki, iddiaçı Əmək Məcəlləsinin tələblərinə zidd olaraq işdən azad edildiyindən cavabdeh tərəfindən iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlivə hazırkı iddianın verilməsi ilə əlaqədar çəkilmiş xərclər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X4rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh maddi-texniki təminat bölüyünün yeməkxanasında (stasionar) mətbəx xidmətçisi vəzifəsindən azad edilməsi haqqında Cavabdeh xx.xx.2024-cü il tarixli, 176 saylı əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh maddi-texniki təminat bölüyünün yeməkxanasında (stasionar) mətbəx xidmətçisi vəzifəsinə bərpa edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh 50 (əlli) manat mediasiya xərci və 300 (üç yüz) manat vəkil üçün ödənilmiş xidmət haqqı tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar