Məhkəmə qərarları › İş №2(039)-211/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-211/2020

09.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-211/2020 09.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçinın “doğum faktın müəyyən edilməsinə” dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlışəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx xxxx 2016-ci il tarixdə Yevlax şəhərində bir qız uşağının anadan olmasını, atasının X2 və anasının ƏrizəçiƏvəz qızıolması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X2 ilə xx xxxxxx 2012-ci il tarixdə ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə xx xxxx 2016-ci il tarixdə bir qız övladları anadan olmuşdur. Hüquqi savadsızlıq ucbatından ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən sənədlərin verilməsindən imtina edildiyinə görə, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işüzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəməərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işdə olan “Yevlax Rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdə doğulmuş qız uşağı müayinədən keçmişdir və sağlamdır. Məhkəmə iclasındaşahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun arvadıdır; onlar əvvəl rəsmi nikaha daxil olmadan ailə qurmuş, onların faktiki nikah münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü Günay adlıövladı anadan olmuşdur; yoldaşı 2016-cı il tarixdə xəstəxanada bir qız uşağı doğmuşdur. Məhkəmə iclasındaşahidr qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşuşdur. Ərizəçi xx.xx.2016-cı il tarixdə bir qız uşağını xəstəxanada doğmuşdur. Maraqlı şəxs ərizəçiyəünvanladığı 3066 №-li, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə anadan olmuş qız övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Beləliklə də, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin X2 ilə faktiki nikah münasibətlərindən Yevlax xx.xx.2016-cı tarixdə qızövladı anadan olmuşdur. Lakin uşağın doğulması ilə bağlı tibbi şəhadətnamə olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağının yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğulması faktı iş materialları vəşahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən Məhkəmə hesab edir ki, ərizəçinin tələbi qismən, yəni xx.xx.2016-cı tarixdə Günayın Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsi hissəsindəəsaslıdır və təmin edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, xx xxxx 2016-cı təvəllüdlü uşağın atasının X2, anasının isə Ərizəçi olması faktının müəyyən edilməsi hissəsində ərizə əsassızdır və təmin edilməməlidir. Çünki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan faktlar yalnız o zaman müəyyən edilə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx xxxx 2016-cı il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar