Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-212/2020 04.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili X4 iştirakı ilə, Ərizəçi “doğum haqqında akt qeydinə düzəliş edilməsi” barədə ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi, Maraqlı şəxs qeyd etməklə, “doğum haqqında akt qeydinə düzəliş edilməsi” barədəərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs tərəfindən tərtib edilmiş xx xxxx 2005-ci il tarixli 211 saylı doğum haqqında akt qeydinə düzəliş edilərək, oğlu X5 doğum yerini “Yevlax şəhəri” əvəzinə “X6 şəhəri”, həmçinin doğum tarixinin xx xxxxxx 2005-ci il əvəzinə xx xxxxxx 2004-cü il kimi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, o, xx xxxxxxx 1980-ci il tarixdə ünvan 1 ünvanında yaşayır. O, xx xxxxxx 2004-cü il tarixdə X1 ilə nikah bağlamışdır. Birgə nikahlarından 3 uşağı anadan olmuşdur. Bu uşaqlardan biri, yəni X11 xx xxxxxx 2004-cü il tarixdə X6 şəhərində anadan olmuşdur. Lakin Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2005-ci il tarixli doğum haqında şəhadətnaməsində səhvən uşağa doğum yeri kimi “Yevlax şəhəri” doğum tarixi kimi isə “xx xxxxxx 2005-ci il” göstərilmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən tələbi təmin edilmədiyinə görə, ərizəçi hazırkıərizə ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlışəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkil X8 ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ 107832 №li nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X3 arasında bağlanmış nikah 2004-cü ilin avqust ayının 14-cü günündə Maraqlı şəxs akt qeydləri kitabında 310 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Rzayev, arvada isə Rzayeva soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx xxxx 2005-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü Fikrət adlı uşağı var. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2019-cu il tarixli 2684 №li məktubdan görünür ki, Maraqlı şəxs tərəfindən xx.xx.2005-ci il tarixdə tərtib edilmiş 211 saylı doğum akt qeydi nəzərdən keçirilərkən doğum yeri və doğum tarixi “X6 şəhəri” və “xx.xx.2004” kimi deyil, “Yevlax şəhəri” və “xx.xx.2005” kimi qeyd olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2005-ci il tarixli 211 №-li doğum haqqında akt qeydindən görünür ki, xx xxxxxx 2005-ci il təvəllüdlü X5 doğum yeri Yevlax şəhəri, atası Ərizəçi, anası X2r. Eyni zamanda doğum akt qeydinin 10.bəndində uşağın doğumunu təsdiq edən sənəd kimi Yevlax uşaq poliklinikasının ******* saylı, xx.xx.2005-ci il tarixli arayışı göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Ərizəçi, oğlu Fikrət Rzayevin doğum akt qeydində doğum tarixinin və doğum yerinin səhv yazıldığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır. Halbuki Azərbaycan Res-pub-li--ka-sı Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi “doğum haqqında akt qeydinə düzəliş edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “doğum haqqında akt qeydinə düzəliş edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-212/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-212/2020
04.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver