Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2121/2021 25.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, onun vəkili X6 Cavabdeh2, onun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ayrılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Vəfa Əliyevaya, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək JN 0016 saylı 90112028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onun, hazırda vəfat etmiş 3 nəfər şəxsin və cavabdehlərin ümumi birgə mülkiyyətinə daxil olan Yevlax rayonu Nərimanabad kəndində yerləşən 3.77 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, JN 0016 saylı 90112028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onun, hazırda vəfat etmiş 3 nəfər şəxsin və cavabdehlərin ümumi birgə mülkiyyətinə daxil olan Yevlax rayonu Nərimanabad kəndində yerləşən 3.77 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bu dəqiqləşməni belə əsaslandırmışdır ki, iddia ərizəsinin adında və nəticə hissəsində “Ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə müəyyənləşdirilməsi” əvəzinə səhvən “Ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ayrılması” qeyd edilmişdir, Lakin həmin iddia tələbi üzrə niyyəti, iddia tələbi üzrə mübahisə predmeti olan ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylı mülkiyyət üzrə müəyyənləşdirilməsidir. İddia tələbi üzrə məhz, həmin münasibətləri tənzimləyən maddi hüquq normalarına istinad etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 nömrəli qərarı ilə Yevlax rayonu Nərimanabad kəndində 3.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digərlərinin ümumi birgə mülkiyyətlərinə verilmişdir. Mülkiyyət hüququ JN 0016 saylı 91112028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən təsbit edilmişdir. Ümumi birgə mülkiyyətçilər X12 (kənd sakini vəfat edib), X9 atası, X8 anası, İddiaçı özü, X10 bacısı, Cavabdeh2 qardaşı və Cavabdeh3 bacısıdır. X17 16 oktyabr 2017-ci il tarixdə, anası Nazlı Əliyeva 08 oktyabr 2008-ci il tarixdə vəfat etmişdir. Mərhum valideyinlərindən qalmış miras əmlakla bağlı aidiyyəti üzrə notariat kontorunda vərəsəlik işinə dair əməliyyat aparılır. Hazırda cavabdehlə onun ümumi birgə mülkiyyətlərinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı torpaq sahəsinin pay mülkiyyət hüququ üzrə ayrılmasını tələb edir. Bununla bağlı cavabdehlərə müraciət etmişdir, lakin razılıq əldə edilməmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsini qəbul edərək, ümumi birgə mülkiyyətlərində olan Yevlax rayonu Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 nömrəli qərarı ilə Yevlax rayonu Nərimanabad kəndində 3.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan onların paylarının da bərabər müəyyənləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, bacıları Vəfa və Şəfanın məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları var, lakin üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmirlər, onlar da payların bərabər müəyyənləşdirilməsinə etiraz etmir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs, X2, mərhum X7 onun anası olduğunu söyləmişdir. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-0016 KOD 90112028 saylı şəhadətnamənin surətindən görünür ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 nömrəli qərarı ilə 3.77 hektar kənd təsərrüfatı məhsulları istehsalı ilə bağı Yevlax rayonu Nərimanabad kənd sakinləri X7, X4, X3, İddiaçı, X5, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 sentyabr 2021-ci il tarixli arayışlardan müəyyən olunur ki, X12 21 mart 2005-ci il tarixdə, X8 10 oktyabr 2008-ci il tarixdə, X9 16 oktyabr 2017-ci il tarixdə ölmüşdür. Mülki Məcəllə: Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 nömrəli qərarı ilə Yevlax rayonu Nərimanabad kəndində 3.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum X12, mərhum X9, mərhum X8, İddiaçı, X10, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı hazırkı iddia ilə qeyd edilən torpaq sahəsində mülkiyyətçilərinin paylarının müəyyən edilməsini xahiş edir. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini, habelə tərəflər arasında bununla bağlı hər hansı mübahisənin olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iş üzrə tərəflərin, habelə ölən şəxslərin qeyd edilən torpaq sahəsində bərabər olaraq müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Yevlax rayonu Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 nömrəli qərarı ilə Yevlax rayonu Nərimanabad kəndində 3.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində paylar mərhum X7 1/7, mərhum X4 1/7, mərhum X3 1/7, İddiaçı 1/7, X5 1/7, Cavabdeh2 1/7 və Cavabdeh3 1/7 hissədə müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2121/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2121/2021
25.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver