Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-213/2024 13.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1957-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonu Paşalı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o, atası X8 ilə anası X1 birgə nikahından xx xxxxxx 1957-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonu Paşalı kəndində anadan olmuşdur. Hazırda onun doğumunu təsdiq edən şəhadətnamə olmadığına görə müəyyən sənədləşmə işlərində problərlərlə üzləşir. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, onun doğum akt qeydi aşkar edilməmişdir. Ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, X10 və X2 ifadələrində ərizəçinin qohumu və qonşuları olduqlarını, Ərizəçi xx xxxxxx 1957-ci ildə Ermənistan Respublikasının Əzizbəyov rayonu Paşalı kəndində doğulduğunu və atasının X8 anasının isə X4 olduğunu bildirmişdirlər. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Ərizəçi məxsus AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Qasımova”, adı “Narıngül”, atasının adı “Mirağa”, doğulduğu il isə “1957”, göstərilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3159 №li nikah haqqında akt qeydindən görünür ki, X8 və X3 arasında bağlanmış nikah 1958-ci ilin fevral ayının 13-cü günündə akt qeydləri kitabında 170 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada isə Qasımova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3159 saylı məktubdan görünür ki, Ərizəçi doğumunun Ermənistan Respublikasının Əzizbəyov rayonu Paşalı kəndində olması ilə bağlı Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlanılmış və doğum haqqında məlumat aşkar edilməmiş, adiyyəti üzrə məhkəməyə müraciət etməyini tövsiyyə olunur. Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6547 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də ünvan 1 ünvanında yaşayır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin 1957-ci ildə Ermənistan Respublikasının Əzizbəyov rayonu Paşalı kəndində doğulması faktı qeydiyyat orqanında qeyd edilmiş, ona müvafiq şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin, ərizəçinin doğum haqqında şəhadətnaməsi 1988-ci ildə Ermənistan Respublikasından deportasiya olan zaman orada qalmış və “vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində ərizəçinin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçi yeni “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq edilən sübutların məcmusu təsdiq edilir ki, ərizəçinin atası X8 anası isə X4 olmaqla o, xx xxxxxx 1957-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonu Paşalı kəndində doğulmuşdur. Bu səbəbdən Ərizəçi, xx xxxxxx 1957-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonu Paşalı kəndində anadan olması faktı müəyyən edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi atasının X8 anasının X4 olmaqla xx xxxxxx 1957-ci il tarixdə Ermənistan Respublikasının Əzizbəyov rayonu Paşalı kəndində anadan olması faktı müəyyən edilsin. Bu qətnamə yenidən doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-213/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-213/2024
13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver