Məhkəmə qərarları › İş №2(039)-2139/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2139/2023

19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2139/2023 19.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X10 Yevlax şəhərində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı X11 ilə birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X15 və xx.xx.2021-ci il təvəllüdlü X22 ev şəraitində anadan olmuşdurlar. Buna görə də, hazırkı tarixdək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladlarının doğumunun hazırki vəziyyətdə Maraqlı şəxsndə qeydə alınması mümkün deyildir. Uşaqların anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. X1 və X22 ev şəraitində anadan olmuşdur. Övladlarının ev şəraitində doğulmasını şahidlər də, təstiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Zaur Bərxudarov ərizəçi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 2009 №-li, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.20220-ci ildə anadan olmuş qız və xx.xx.2021-ci ildə anadan olmuş qız övladlarına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Ayşən Bəkirova, Səkinə Mahmudova, Teyminə Şıxıyeva, Dünya Əhmədova və Kamilə Əyyubovanın ştirakları ilə akt tərtib edilərək X2 şəhəri, Nizami küçəsi 212 saylı evdə yaşayır, sənəddəki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X5 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X15 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Ayşən Bəkirova, Səkinə Mahmudova, Teyminə Şıxıyeva, Dünya Əhmədova və Kamilə Əyyubovanın iştirakları ilə akt tərtib edilərək X3 şəhəri, Nizami küçəsi 212 saylı evdə yaşayır, sənəddəki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X5 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X22 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş AZ-İİ № 021805 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə Ərizəçi arasında bağlanmış nikah 2019-cu ilin mart ayının 15-ci günündə akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada isə Əzizova soyadı verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2003-cü ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2007-ci il yanvar ayının 24-cü günündə 76 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X17; anası: Ərizəçi. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2004-cü ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2004-cü il sentyabr ayının 02-ci günündə 652 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X17; anası: Ərizəçi. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2007-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2007-ci il iyun ayının 22-ci günündə 509 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X17; anası: Ərizəçi. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2012-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2022-ci il iyun ayının 28-ci günündə 560 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X17; anası: Ərizəçi. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2015-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2022-ci il iyun ayının 28-ci günündə 561 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X17; anası: Ərizəçi. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2018-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2022-ci il iyun ayının 28-ci günündə 562 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X17; anası: Ərizəçi. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. Nəvələri Səadət xx.xx.2020-ci il tarixdə və Leyla xx.xx.2021-ci il tarixdə ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 və X9 ifadələrində bildirmişdir ki, ərizəçi onların baldızı yəni mərhum qardaşları Mətləbin arvadıdır, Mətləb Mahmudov ərizəçi ilə faktiki ailə münasibətləri qurmuş və sonradan 2015-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Qardaşı Mətləb vəfat etmişdir. Mərhum qardaşının ərizəçi ilə nikahlarından xx.xx.2020-ci ildə anadan olmuş Səadət və xx.xx.2021-ci ildə anadan olmuş Leyla adlı uşaqları ev şəraitində doğulmuşdur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş ifadəsində bildirmişdir ki, X14, X23 və X20 ifadələrində bildirmişdir ki, ərizəçi onların əmisi oğlunun gəlindir. Ərizəçi xx.xx.2020-ci il tarixdə Səadət və xx.xx.2021-ci il tarixdə Leyla adlı uşaqları ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2020-ci il tarixdə bir qız uşağı və xx.xx.2021-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşaqların adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşaqlarını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2020-ci il tarixdə bir qız uşağını və xx.xx.2021-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar