Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2140/2023 04.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il tarixdə bir oğlan uşağının Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, X4 ilə 07 iyun 2016-cı il tarixdə rəsmi evlənərək ailə qurmuşlar. Onların birgə yaşadıqıları müddətdə xx.xx.2018-ci il tarixdə Elvin adlı uşağı ev şəraitində anadan olmuşdur. Müəyyən səbəblərdən uşağın adına doğum haqqında şəhadətnamə alınmamışdır. Uşaq ev şəraitində anadan olduğundan onun adına tibbi doğum haqqında şəhadətnamə verilmədiyindən doğum qeydinin Maraqlı şəxsndə aparılması mümkün deyildir. Uşağın anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİ № 121501 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə Ərizəçi arasında bağlanmış nikah 2016-cı ilin iyun ayının 07-ci günündə akt qeydləri kitabında 151 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bəkirov, arvada isə Ələkbərova soyadı verilmişdir. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 1513 №-li, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci ildə anadan olmuş oğlan övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları göstərilən küçə sakinləri Bəhruz Bayramov, Əsmər Məmmədova, Fincan Dərişova, Dilbər Qafurova və Pərvanə Bayramovanın iştirakları ilə akt tərtib edilərək X1 şəhəri, E.Məmmədov küçəsi 129 saylı evdə yaşayır, sənəddəki məlumatlar və fotoşəkil həmin şəxsə aiddir. Yevlax rayon X2 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X9 həmin xəstəxanada müayinədən keçmiş və sağlamdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş çıxarışdan görünür ki, Ərizəçi himayəsində xx.xx.2003-cü il təvəllüdlü Vüsalə, xx.xx.2009-cu il təvəllüdlü Zilan və Elnurə, xx.xx.2011-ci il təvəllüdlü Anar, xx.xx.2012-ci il təvəllüdlü Təranə, xx.xx.2014-cü il təvəllüdlü Fatimə, xx.xx.2016-ci il təvəllüdlü Emin, xx.xx.2019-cu il təvəllüdlü Xalidə və xx.xx.2020-ci il təvəllüdlü Məsud adlı doqquz uşaqları vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 oğlu ifadəsində bildirmişdir ki, ərizəçi onun arvadıdır, onlar faktiki nikaha daxil olmaqla ailə qurmuş, sonra nikahlarını rəsmiləşdirmilər, onların nikah münasibətlərindən xx.xx.2018-ci il tarixdə Elvin adlı uşaqları ev şəraitində doğulmuşdur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisi gəlinidir. Ərizəçinin hazırda beş yaşı olan Elvin adlı bir uşağı ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5, X6, X7 və X8 ifadələrində bildirmişdir ki, ərizəçi onların qonşusudur. Ərizəçinin 10-11 uşaqları olduğunu onlarla qonşuluqda kirayədə yaşadığını Kamələnin xx.xx.2018-ci il tarixdə bir oğlan uşağını ev şəraitində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində xx.xx.2018-ci il tarixdə bir oğlan uşağı doğmuşdur, lakin doğuş ev şəraitində baş verdiyindən və bununla bağlı tibbi sənəd mövcud olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə Yevlax şəhərində doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin başqa sənədlərlə sübuta yetirilməsi ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən mümkün olmadığından hüquqi faktın müəyyən edilməsi üçün şahid ifadələri kifayətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2018-ci il tarixdə bir oğlan uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2140/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2140/2023
04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver