Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2142/2021 11.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı X1 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 1,100 manat pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlər ər-arvad olmaqla Yevlax rayonu, Səmədabad kəndində yaşayırlar. Onların, biri 3 yaş, digəri 2 aylıq olmaqla iki uşaqları vardır. İllərdir ki, həmin evdə dayə işləyərək, onların uşaqlarına baxır. Onlar ilk iki il onun pulunu vaxtlı-vaxtında vermişlər. Lakin son iki ildir ki, onlar ona pul ödəməyiblər. Hazırda onlar 1,100 manat pul borcludurlar. Hətta onlar öz evlərinin sənədlərini də ona vermişlər ki, pulu ödəyəcəklər. Dəfələrlə onlara zəng edib, pulu tələb etsə də, pulu verməkdən imtina etmişlər. Həmin pula çox böyük ehtiyacı vardır. Yaşlı adamdır, başqa bir gəliri yoxdur. Zəhmət çəkib uşaqlarına baxmışdır. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2013-cü ildə uşaqların saxlanılması barədə razılıq hər iki cavabdehlə olub. Bir uşağın saxlanılması üçün bir günə 5 manata razılıq əldə etmişlər və 4 il 2 ay əvvəl birinə daha sonra isə ikisinə də öz evində baxmışdır. 2015-ci ilin noyabr ayından pulu ödəməmişlər və 22 fevral 2017-ci il tarixdə uşaqları ondan götürmüşlər və onların 1,200 manat borcu qalmışdır. Bu müddət ərzində pulu ona Cavabdeh2 vermişdir. Sonuncu dəfə 2020-ci ilin yanvar ayında Tofiq ona daha 100 manat vermiş, 1,100 manat borc qalmışdır. Onlardan pulu tələb etsə də, cavabdehlər müxtəlif bəhanələr gətirmiş, sonra isə öz evlərinə məxsus rəsmi sənədləri ona təqdim etmişlər girov olaraq. Cavabdehlər bildirmişlər ki, özlərinə məxsus evi satıb ona olan borclarını ödəyəcəklər. Lakin, onun evdə olmamasından istifadə edib 2021-ci ilin iyul ayında onun ərinə yalan vəd verərək 200 manat dəyərində soyuducunu girov qoyaraq sənədləri almış və evi satmışlar. Buna baxmayaraq ona olan borclarını ödəməmişlər. Borc barədə Ayşənlə telefona danışığı olmuş, Ayşən bildirmişdir ki, evi satıb borcunu ödəyəcəkdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 ilə 2016-cı ildən faktiki nikah münasibətlərində olmuşdur. Bu müddətdə Ayşənin iki övladı doğulmuş və o, həmin uşaqların atası kimi tanınmasına razılıq vermişdir. İddiaçı tanısa da, onunla uşaqların saxlanılması barədə hər hansı danışıq aparmamışdır. Rəfiqəyə pulu Ayşən vermişdir. İddiaçı ilə uşaqların saxlanılması barədə razılığı Cavabdeh1 aparmış və pulu da o, ödəmişdir. Bir neçə dəfə Ayşənin xahişi ilə ondan pul götürüb Rəfiqəyə vermişdir. Sonuncu dəfə Rəfiqəyə 2020-ci ilin yanvar ayında 100 manat pul vermişdir. Buna görə Ayşənin Rəfiqəyə borclu qalması barədə hər hansı məlumatı olmamışdır. İddiaçının qeyd etdiyi ev də ona məxsus olmayıb, Ayşənə məxsus olub. Ayşənin xahişi ilə özünə məxsus soyuducunu Rəfiqəyə verərək Ayşənə məxsus sənədləri Rəfiqənin ərindən götürmüşdür. Ona münasibətdə iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə razılıq əldə etdikdən sonra Rəfiqə ayda 300 manat pulun müqabilində onun övladlarına öz evində 2013-cü ildən 2016-cı ilədək baxmışdır. Bu müddət ərzində pulu Rəfiqəyə şəxsən özü ödəmişdir. Cavabdeh2 bu razılaşmadan hər hansı məlumatı olmamış, pulu o, özü şəxsən ödəmişdir. Bir neçə dəfə Tofiqdən pulu Rəfiqəyə çatdırmağı xahiş etmişdir. Bu müddət ərzində Rəfiqəyə cəmi 600 manat borcu yaranmışdır. Lakin həmin borcu da artıq ödəmişdir. Bu barədə Rəfiqə ilə telefon danışığı olmuşdur. Rəfiqənin təqdim etdiyi audio yazıda olan səs ona məxsusdur, belə söhbəti olmuşdur, lakin borcu artıq ödəmişdir. Həmin yazının dinlənilməsinə də hər hansı etirazı yoxdur. Belə ki, Tofiqdən xahiş etmişdir ki, özünə məxsus soyuducunu borc müqabilində Rəfiqəyə versin. Tofiq də soyuducunu Rəfiqəyə vermiş və ona məxsus ev sənədlərini Rəfiqədən götürmüşdür. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi telefon danışığına dair audio yazı cavabdehlərin razılığı əsasında dinlənilmişdir. Həmin yazıda İddiaçı Cavabdeh1 bildirir ki, 1,100 manat borcu qalıb, bundan 100 manat da keçir və 1,000 manat borcu ödəməyi tələb edir. Cavabdeh1 isə buna cavab olaraq həmin məbləğdə pulu evi satandan sonra ödəyəcəyini bildirir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 ilə şifahi tapşırıq müqaviləsi əsasında razılıq əldə edərək sonuncunun övladlarına bir aya 300 manat muzd ödəmək şərti ilə öz evində qulluq göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi lazımınca icra etsə də, Cavabdeh1 şərtləşdirilmiş muzdu tam olaraq ödəməmişdir. Tərəflərin izahatları, eləcə də, iddiaçı tərəfindən təqdim edilən, mötəbərliyi Cavabdeh1 tərəfindən təsdiq edilən telefon danışığına dair audio yazı ilə təsdiq olunur ki, Cavabdeh1 İddiaçı 1,100 manat borcu qalmış, sonuncu isə həmin borcdan 100 manat keçərək qalan 1,000 manatı tələb etmişdir. Cavabdeh1 borcu İddiaçı tam olaraq ödədiyini bildirsə də, buna dair mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 münasibətdə iddia qismən təmin edilməli, ondan 1,000 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı cavabdehlərin hər ikisinə qarşı tələb irəli sürsə də, Cavabdeh2lə razılaşma əldə etməsini və sonuncunun ona borcunun qalmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh1 da razılığın onunla iddiaçı arasında olduğunu təsdiq etmişdir. Bu səbəbdən Cavabdeh2 münasibətdə iddia təmin edilməməlidir Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 1,000 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, ümumi 1,030 (bir min otuz) manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2142/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2142/2021
11.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver