Məhkəmə qərarları › İş №2(039)-2142/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2142/2023

02.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2142/2023 02.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi “atalığın müəyyən olunması tələbinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd etməklə, məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdə anadan olmuş X6, xx.xx.2004-cü il tarixdə anadan olmuş X2, xx.xx.2007-ci il tarixdə anadan olmuş X18, xx.xx.2012-ci il tarixdə anadan olmuş X7, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X8 atalarının mərhum X13 olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, ərizəçi, mərhum X13 ilə 2002-ci ildə faktiki nikah münasibətlərinə girməklə evlənmişlər. Yaşadıqları müddətdə cavabdeh ilə faktiki nikahlarından xx.xx.2003-cü il tarixdə X21, xx.xx.2004-cü il tarixdə X14, xx.xx.2007-ci il tarixdə X32, xx.xx.2012-ci il tarixdə X22, xx.xx.2015-ci il tarixdə X19 və xx.xx.2018-ci il tarixdə X23 adında altı uşaqları anadan olmuşdur. Lakin həyat yoldaşının vəfat etməsi səbəbindən övladının atalığı bu günədək müəyyən olunmamışdır. Bu səbəbdən hazırda müəyyən problemlərlə üzləşir. Mərhum həyat yoldaşı Mətləb Mahmudov xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşı X13 ilə həmin vaxt rəsmi nikahları olmadığına görə atalığın müəyyən edilməsi üçün Maraqlı şəxsnə etdiyi müraciəti təmin edilməmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Zaur Bərxudarov ərizəçi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, xx.xx.2003-cü il tarixdə anadan olmuş X15, xx.xx.2004-cü il tarixdə anadan olmuş X5, xx.xx.2007-ci il tarixdə anadan olmuş X24, xx.xx.2012-ci il tarixdə anadan olmuş X16, xx.xx.2015-ci il tarixdə anadan olmuş X9 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X17 atalığın müəyyən edilməsi haqqında aktın qeydiyyatı və bu barədə şəhadətnamə verilməsi yalnız uşağın valideyinlərinin şəxsən qeydiyyat şöbəsinə birgə ərizə ilə müraciət etməsindən sonra aparıla bilər; Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir; Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2003-cü ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2007-ci il yanvar ayının 24-cü günündə 76 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X25; anası: Ərizəçi. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2004-cü ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2004-cü il sentyabr ayının 02-ci günündə 652 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X25; anası: Ərizəçi. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2007-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2007-ci il iyun ayının 22-ci günündə 509 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X25; anası: Ərizəçi. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2012-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2022-ci il iyun ayının 28-ci günündə 560 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X25; anası: Ərizəçi. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2015-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2022-ci il iyun ayının 28-ci günündə 561 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X25; anası: Ərizəçi. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2018-ci ildə Yevlax şəhərində doğulmuşdur və bu barədə 2022-ci il iyun ayının 28-ci günündə 562 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur; atası: X25; anası: Ərizəçi. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının və babasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X10 və X11 ifadələrində bildirmişdir ki, ərizəçi onların baldızı yəni mərhum qardaşları Mətləbin arvadıdır, Mətləb Mahmudov ərizəçi ilə faktiki ailə münasibətləri qurmuş və bu münasibətdən Esmira, Rəsmiyyə, Şamil, Kəmalə Sarıgül və Sahilə adlı uşaqları doğulmuşdur. Qardaşı Mətləb xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum qardaşı ərizəçi ilə faktiki nikahlarından xx.xx.2003-cü il tarixdə Esmira, xx.xx.2004-cü il tarixdə Rəsmiyyə, xx.xx.2007-ci il tarixdə Şamil, xx.xx.2012-ci il tarixdə Kəmalə, xx.xx.2015-ci il tarixdə Sarıgül və xx.xx.2018-ci il tarixdə Sahilə adlı uşaqları var. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. Nəvələri Esmira, Rəsmiyyə, Şamil, Kəmalə Sarıgül və Sahilə adlı uşaqların ataları mərhum Mətləb Mahmudovdur, o, 2021-ci ilin noyabr ayında Dağıstanda vəfat etmişdir. Məhkəmə iclasında şahidlər qismində dindirilən X26, X20 və X27 ərizəçinin qohumları olduğunu bildirərək, digər şahidlər ilə eyni məzmunlu ifadələr vermişdirlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-cu maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Ərizəçi xx.xx.2003-cü il tarixində Yevlax şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2007-ci il tarixində 76 nömrə ilə qeyd edilmiş X6, xx.xx.2004-cü il tarixində Rusiya Federasiyasının Xasayurd şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2004-cü il tarixində 652 nömrə ilə qeyd edilmiş X2, xx.xx.2007-ci il tarixində Rusiya Federasiyasının Maxaçkala şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2007ci il tarixində 509 nömrə ilə qeyd edilmiş X18, xx.xx.2011-ci il tarixində Yevlax şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 560 nömrə ilə qeyd edilmiş X7, xx.xx.2015-ci il tarixində Yevlax şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 561 nömrə ilə qeyd edilmiş X4 və xx.xx.2018-ci il tarixində Yevlax şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 562 nömrə ilə qeyd edilmiş X8 atalarının X3 olması müəyyən edilməli, bu barədə müvafiq akt qeydinə düzəliş edilməlidir. Şərh olunanlara əsasən əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixində Yevlax şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2007-ci il tarixində 76 nömrə ilə qeyd edilmiş X6, xx.xx.2004-cü il tarixində Rusiya Federasiyasının Xasayurd şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2004-cü il tarixində 652 nömrə ilə qeyd edilmiş X2, xx.xx.2007-ci il tarixində Rusiya Federasiyasının Maxaçkala şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2007ci il tarixində 509 nömrə ilə qeyd edilmiş X18, xx.xx.2011-ci il tarixində Yevlax şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 560 nömrə ilə qeyd edilmiş X7, xx.xx.2015-ci il tarixində Yevlax şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 561 nömrə ilə qeyd edilmiş X4 və xx.xx.2018-ci il tarixində Yevlax şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 562 nömrə ilə qeyd edilmiş X8 atalarının X3 olması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq akt qeydlərinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar