Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2143/2023 30.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 2013-cü il tarixdə bir qız və 2021-ci il tarixdə bir qız uşaqlarının Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair çıxarılmasını xahiş etmişdir. Daha sonra isə ərizəyə dəqiqləşdirmə təqdim edərək bir qızının 01 yanvar 2013-cü il tarixdə, digər qızının isə 01 yanvar 2021-ci il tarixdə Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, X6 ilə 2011-ci ildə faktiki ailə qurmuş. Birgə yaşadığı müddətdə 2013-cü il təvəllüdlü İsmayılova Cəmilə və 2021-ci il təvəllüdlü İsmayılova Zəminə adlı iki uşaqları anadan olmuşdur. Hüquqi savadsızlıq ucbatından onlara doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etdi, lakin tələbi təmin edilmədi və məhkəməyə müraciət etməyini bildirdilər. 2013-cü il təvəllüdlü bir qız uşağının Yevlax şəhərində anadan olmasını atalarının X6 və analarının özü Ərizəçi olmasını arayışlar və şahidlər də təsdiq edə bilər. Ona görə də doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməli oldu Tərəflərin izahatları: Məhkəmə iclası zamanı Ərizəçi, ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2013-cü il tarixdə bir qızını və 2021-ci il tarixdə digər qızını maddi imkanı olmadığından xəstəxanaya gedə bilməyərək ev şəraitində doğulmuşdur. Sonradan tibb şəhadətnamənin verilməsi üçün müraciət etsə də, həmin şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X2 bildirmişdir ki, Əminə onun eltisidir. Əminə ilə Ceyhunun maddi imkanı olmadığından Əminə qızlarını ev şəraitində doğmuşdur. Belə ki, bir qızını 01 yanvar 2013cü il tarixdə, digər qızını isə 01 yanvar 2021-ci il tarixdə doğmuşdur. Uşaqları sağlamdır, valideynləri ilə birlikdə yaşayırlar. X1 bildirmişdir ki, oğlu Ceyhun Əminə ilə ailə həyatı qurub bir yerdə yaşayırlar. Onlar birgə yaşadıqları müddətdə, 01 yanvar 2013-cü il tarixdə və 01 yanvar 2021-ci il tarixdə ev şəraitində qızları doğmuşdur. Uşaqlar sağlamdır, valideynləri ilə birlikdə yaşayırlar. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi, ünvanlanmış məktubda qeyd edilir ki, xx.xx.2013-cü il tarixdə anadan olmuş qız və xx.xx.2021-ci il tarixdə anadan olmuş qız övladınıza doğum haqqında şəhadətnamə övladının doğum haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra verilə bilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2013-cü il təvəllüdlü X4 müayinədən keçmişdir, sağlamdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2021-ci il təvəllüdlü X5 müayinədən keçmişdir, sağlamdır. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı: Bənd 4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Bənd 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin xx.xx.2013-cü il tarixdə bir qız uşağının və xx.xx.2021-ci il tarixdə bir qız uşağının Yevlax şəhərində ev şəraitində doğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə uşaq üçün doğum, habelə atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2013-cü il tarixdə Yevlax şəhərində bir qız uşağı və xx.xx.2021-ci il tarixdə Yevlax şəhərində bir qız uşağı doğması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2143/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2143/2023
30.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver