Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2144/2023 25.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi və onun vəkili X6 iştirakı ilə, Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu Maraqlı şəxs qeyd etməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, X10 mərhum həyat yoldaşı X18 anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, onun həyat yoldaşı X31 ilə xx.xx.1990-cı il tarixində rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan X32, X33 adlı iki övladları dünyaya gəlmişdir. Hamı kimi onların ailəsində Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 saylı qərarı ilə 1,35 ha torpaq sahəsi əri X24, X25, X26, X11 və ona verilmişdir. X31 onun həyat yoldaşı olmaqla, xx.xx.2003-cü il tarixində vəfat etmişdir. Digər torpağın mülkiyyətçisi X4 Abbas Şükür oğlunun doğma anası onun isə qayınanasıdır. O, da xx.xx.2016-cı il tarixində vəfat etmişdir. X12 X31 yeganə övladı olmaqla onların hər ikisi Havarlı kənd qəbiristanlığında dəfn edilmişdir. Onlar vahid ailədə yaşamaqla 1,3476 ha torpaq sahəsini ümumbirgə mülkiyyətdə olan torpaq sahəsi kimi istifadə etmişlər. Hazırda Sumqayıt şəhərində yaşayırlar. Torpaq sahəsini bu gündə idarə edirlər. Həyat yoldaşı ilə bağlı ona aid mirası anası X11 da aid miras torpaq sahəsini bu torpaqları idarə etməklə mirası qəbul edib həmin mirasdan istifadə edirlər. Onların miras əmlak ilə bağlı heç bir mübahisəsi yoxdur. X9 X18 anası olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Çünki onlar bu faktı başqa cürə əldə edə bilmir. Onlarla ümumibirgə mülkiyyətçi olan X19 mərhum əri X18 doğma anasıdır. Həyat yoldaşı Ermənistan Respublikasının ərazisində doğulduğundan onunla bağlı doğum sənədlərini əldə edə bilmir. X2 son illərə qədər onlarala birlikdə yaşaması, həyat yoldaşının anası olaraq onların bir ailə üzvünü olması təkzibedilməz hallardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun vəkili Fərhad Məmmədov ərizədə qeyd olunanlara uyğun eyni məzmunlu izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs ərizəçiyə ünvanladığı 1202 №-li, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhum həyat yoldaşının doğumu Ermənistan Respublikası Aştarak rayonu Bazmaqbur kəndi olmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğvi qaydalarının müəyyən edən əsas müddəalarına və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-162-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən qeydə alınır, kifayət qədər əsas olmazsa, vətəndaşlıq aktlarının qeydiyyat aktı məhkəmə qaydası ilə müəyyən edilir. AZ-İ seriyalı 035619 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X31 xx.xx.2003-cü il tarixdə ölmüşdür. AZ-İ seriyalı 811128 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Yevlax rayonu Havarlı kənd sovetliyi tərəfindən xx.xx.1990-ci il tarixdə verilmiş V- ЖГ 306827 №li nikah haqqında şəhadətnamədən görünür ki, X31 və Ərizəçi arasında bağlanmış nikah 1990-cı ilin mart ayının 10-cu günündə akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. JN-240F KOD 90105010 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X13, X24, Ərizəçi Hünbət qızına, X25, X15 və X16 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə Yevlax rayonu Havarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,24 ha torpaq sahəsi verilmişdir. JN-146 KOD 90105018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X24, Ərizəçi Hünbət qızına, X25, X26 və X20 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə Yevlax rayonu Havarlı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,35 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********65 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən 1,3476 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, X18, Ərizəçi, X21 və X22 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Yevlax rayonu Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 ailə tərkibi oğlu X17 ibarətdir. X31 onun yeganə övladıdır. X5 və oğlu mərhum X1 qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, mərhum Abbas Əliyev onun bibisi nəvəsinin oğludur, mərhum Alayə Əliyeva isə bibisidır. Mərhum Abbas Ermənistan Respublikası Aştarak rayonu Bazmaqbur kəndində anadan anadan olmuş, ona məxsus olan doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikası qalmışdır. Abbas Əliyev həqiqətən Alayə Əliyevanın yeganə oğludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 izahatlanda bildirmişdir ki, mərhum Abbas Əliyev və onun mərhum anası X41 rayonu, Havarlı kəndində onun qonşu olmuşlar. Mərhum Abbas Ermənistan Respublikası Aştarak rayonu Bazmaqbur kəndində anadan anadan olmuş, ona məxsus olan doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikası qalmışdır. Abbas Əliyev həqiqətən Alayə Əliyevanın yeganə oğludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları miras qoyanın ikinci növbə vərəsələri sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi, mərhum həyat yoldaşı X18 X5nın oğludur. Alayə Əliyevanın adına Yevlax rayonu Havarlı kəndində həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı torpaq sahəsi vardır. Ərizəçi qaynanasıdir. Ərizəçi miras qalmış əmlaka vərəsəlik işi açdırmaq istəsə də, qohumluq faktını müəyyən edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi əsaslıdır və mərhum həyat yoldaşı X18 onun anası X5 olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum həyat yoldaşı xx.xx.2003-cü il tarixdə ölmüş X18 anasının xx.xx.2016-cı il tarixdə ölmüş X19 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2144/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2144/2023
25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver