Məhkəmə qərarları › İş №2(039)-2145/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2145/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2145/2020 26.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçılar İddiaçı və Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh2 qarşı cavabdehin Yevlax şəhəri ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsi və cavabdehin həmin ünvandan qeydiyyatının silinməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh2 qarşı cavabdehin Yevlax şəhəri ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsi və cavabdehin həmin ünvandan qeydiyyatının silinməsi tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar iddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçılar yaxın qohumdurlar- əmi və qardaş oğlu. Cavabdeh1 anadan olduğu gündən ruhi xəstə olmaqla ikinci qrup əlil olduğu üçün anası Qanuni nümayəndə Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2013-ci il tarixli 216 saylı sərəncamı ilə onun qəyyumu təyin edilmişdir. İddiaçılar Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin mülkiyyətçiləridirlər. Mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən təsbit edilmişdir. Torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında, fərdi yaşayış evi isə paylı mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. Cavabdeh2 onlarla hər hansı ailə bağlılığı olmadığı və bir gün belə onlara məxsus yaşayış evində yaşamadığı halda, təsadüfən onlara məxsus yaşayış evinə qeydiyyata düşmüşdür. Bu hal mülkiyyətçi kimi onların hüquqlarını pozur. Bu səbəbdən cavabdehin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatının silinməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Belə ki, iddiaçılar, cavabdehin onlara məxsus yaşayış evinə hər hansı əmlak hüququnun olmamasını, bir gün belə həmin yaşayış evində yaşamadığını və təsadüfən həmin evə qeydiyyata düşdüyünü əsas gətirərək iddia tələblərini əsaslandırmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında göstərilir ki, “Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar hazırki tələbləri ilə bağlı inzibati orqana- Yevlax rayon Polis Şöbəsinə müraciət etməlidirlər. İnzibati orqan tərəfindən tələbləri təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət edə bilərlər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçılar İddiaçı və Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə Cavabdeh2 qarşı cavabdehin Yevlax şəhəri ünvan 1 ünvanında istifadə hüququna xitam verilməsi və cavabdehin həmin ünvandan qeydiyyatının silinməsi tələbinə dair iddia ərizəsinin, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılsın. İddiaçılar İddiaçı və Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə izah olunur ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə müraciət etmək hüquqları vardır. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar