Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2178/2022 31.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 03 yanvar 1957-ci ildə Yevlax şəhərində anadan olması, atasının X7, anasının X4 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, atası X9 03 yanvar 1957ci ildə Yevlax şəhərində anadan olmuş, 30 iyul 2011-ci ildə vəfat etmişdir. Mərhum atasının doğumu haqqında şəhadətnaməsi olmadığından müəyyən mülki hüquqlarının həyata keçirə bilmir. Mərhum atasının doğumunun bərpa edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. X9 03 yanvar 1957-ci il tarixdə anadan olmuşdur. X2, anası X4 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, Ərizəçi qonşusudur. Arif 1957-ci ildə anadan olmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs 30 avqust 2022-ci il tarixli 2184 saylı məktubundan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 18 noyabr 1987-ci il tarixli Xll- JQ 489357 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi 08 avqust 1987-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 03 avqust 2011-ci il tarixli AZ-l 471909 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 30 iyul 2011cü il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs 25 avqust 2022-ci il tarixli 2184 saylı arayışından məlum olur ki, X3 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs 1954-1960-ci illər ilkin və bərpa akt qeydləri üzrə arxivində habelə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 10 oktyabr 2008-ci il tarixli AB 131253 saylı sürücülük vəsiqəsinin surətindən məlum olur ki, X9 03 yanvar 1957-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 24 mart 1956-cı il tarixli l-İE 144319 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 20 mart 1937-ci il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 26 fevral 2021-ci il tarixli AZ-ll 170882 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 13 fevral 2021-cü il tarixdə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 03 avqust 2011-ci il tarixli AZ-l 471909 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 30 iyul 2011cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla Ərizəçi atası X1 03 yanvar 1957-ci il tarixdə Yevlax şəhərində anadan olması faktı təsdiqini tapır, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X1 03 yanvar 1957-ci il tarixdə Yevlax şəhərində anadan olmasının, atasının X7, anasının X4 olması faktı müəyyən edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən yenidən aparılması və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2178/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2178/2022
31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver