Məhkəmə qərarları › İş №2(039)-2181/2022

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-2181/2022

29.12.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2181/2022 29.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 11, 13-cü bəndlərinin ləğv edilməsi və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 11, 13-cü bəndlərinin ləğv edilməsi və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış AN-1 № ******* saylı 30 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinin 11-ci, 13-cü bəndlərinin ləğv edilməsini və mülkiyyətində olan Yevlax şəhəri, Ə.Baxşıkyev küçəsi 27 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax rayon 1 saylı Notariat ofisi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X2 30 avqust 2021-ci il tarixində alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 44,8 kv/metr olan fərdi yaşayış evinin qarşılıqlı razılaşma əsasında 10000 manata almışdır. Reallıqda isə ona 12000 manat pul vermişdir. Onun yaşamağa yeri olmadan onlar razılaşaraq həmin evdə onun üç il yaşamasına yəni 30 avqust 2024-cü il tarixədək razılaşmışdır. Ancaq satıcı müqavilənin 14-cü bəndində öz üzərinə öhdəlik olaraq götürmüşdür ki, əmlakın təsadüfən məhv olması və zədələnməsi ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürür. Məsələ ondan ibarətdir ki, satıcı üzərinə düşən vəzifələrini nəinki lazımınca icra etmiş, hətta onun aldığı əmlakını hər gün hissə-hissə satmaqdadır. Belə ki, şəxs evinin dəmir qapısını, eyvanın sütunlarını, evin qaz borularını, pəncərənin dəmir qoruyucularını, hamamın çənini, evin qoruyucu örtük dəmirlərini, qapı üstünün güllərini, toyuq damının dəmir qapısını, çən altını satmışdır. Bundan başqa onun tərəfindən evin satıla biləcəyi hər bir əşyasına qiymət qoyularaq satdırılmağa cəhd edilir. Bir çoxunun qarşısını onlar kəsmişlər. Alınmanın qarşısını almışlar. Yoxsa bu qanunsuz hərəkətin qarşısını kəsmək mümkün olmazdı. Onun özbaşınalığı o həddədir ki, ona edilən güzəşt və yaxşılıqdan sui-istifadə etməkdədir. Bütün bunlarda onun mülkiyyət üzərində olan hüquqlarını pozmaqdadır. O, öz mülkünü faktiki olaraq idarə edə bilmir. Şəxs bağlamış olduğu müqaviləsinin əleyhinə gedərək onun mülkiyyətini qanuna zidd qaydada məhv edir və bu mülkdən faydalanmaqdadır. O, bütün bunları görərək şəxsin bu işlərini dayandırmasını tələb etsə də, heç bir nəticə verməmiş, əksinə onun bu özbaşınalıqları davam etməkdədir. Bu səbəbdən də onun qanunu əsaslarla əldə etdiyi əmlakın hər gün məhv edilməklə əmlakın fərdi əşyaları sökülüb satılmaqdadır. O, bu vəziyyətdə hazırki iddianı qaldırıb cavabdehin müqavilə üzrə öhdəliklərini lazimi səviyyədə icra etmədiyini, onun əmlakını dağıtdığını nəzərə alaraq onun evindən dərhal çıxarılmasında israrlıdır. Çünki şəxs açıq-aydın müqavilə öhdəliyinin ziddinə gedərək ona yaşamaq üçün icazə verdiyi evini darmadağın etməkdədir. Bütün bunların başqa heç bir yolu yoxdur. Şəxsin evindən çıxarılmasını istəyir. Ona hazırki vaxtda 3000 manatdan artıq ziyan dəyilməsi ilə bərabər ziyanın hər gün artması reallığının olmasını, ev əşyaları üçün gələn insanların qarşısının belə alınmağının çətinliyini nəzərə alaraq ən optimal variant kimi cavabdehin evindən dərhal çıxarılmasında qəti və israrlıdır. İddianı müdafiə edir. Şəxsin evindən çıxarılmasını istəyir. Qeyd olunan əmlakın mülkiyyətçisidir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 sentyabr 2021-ci il qeydiyyat tarixli **********76-10301 reyestr nömrəli çıxarışına əsasən Yevlax şəhəri, Ə.Baxşıyev küçəsi 27 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun mülkiyyətindədir. İddiaçı və vəkili X3 iddianın təmin edilməsini xahiş edir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdehin və maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin və maraqlı şəxsin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 30 avqust 2021-ci il tarixli ANl ******* saylı müqavilədən məlum olur ki, Cavabdeh ona məxsus Yevlax şəhəri, Ə.Baxşıyev küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. Müqavilənin 11-ci bəndinə əsasən Cavabdeh fərdi yaşayış evini 30 avqut 2024-cü il tarixədək İddiaçı təhvil verməyi üzərinə götürmüşdür. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 14 sentyabr 2021-ci il tarixli ********** saylı çıxarışının surətindən məlum olur ki, Yevlax şəhəri, Ə.Baxşıyev küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 29 noyabr 2022-ci il tarixli 6341 saylı aktından məlum olur ki, Yevlax şəhəri, Ə.Baxşıyev küçəsi 27 ünvanına baxış keçirilərkən müəyyən olunmudur ki, ev 1 otaq və mətbəx hissəsindən ibarətdir. Həyət və ev tam antisanitar vəziyyətdədir. Evin pəncərə şüşələri sınmş vəziyyətdədir. Evin giriş qapısı yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci madsəsində göstərilir ki, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü madsəsində göstərilir ki, Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci madsəsində göstərilir ki, Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci madsəsində göstərilir ki, Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci madsəsində göstərilir ki, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci madsəsində göstərilir ki, Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.6-cı madsəsində göstərilir ki, Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 12 aprel 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).... Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Cavabdeh Yevlax şəhəri, Ə.Baxşıyev küçəsi 27 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. Bu barədə tərəflər arasında Yevlax rayon 1 saylı notariat kontorunda 30 avqust 2021-ci il tarixli AN-l ******* saylı müqavilə bağlanmşdır. Müqavilənin 11-ci bəndinə əsasən Cavabdeh fərdi yaşayış evini 30 avqut 2024-cü il tarixədək İddiaçı təhvil verməyi üzərinə götürmüşdür. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus evin yararsız hala saldığını əsas gətirərək, onunla Cavabdeh arasında bağlanmış AN-l № ******* saylı 30 avqust 2021-ci il tarixli alqı-satqı müqaviləsinin 11-ci, 13-cü bəndlərinin ləğv edilməsini və mülkiyyətində olan Yevlax şəhəri, Ə.Baxşıyev küçəsi 27 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh evi antisanitar vəziyyətdə saxlayır. Ona görə də məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30 avqust 2021-ci il tarixli AN-l ******* saylı müqavilənin 11-ci və 13-cü bəndləri etibarsız hesab edilməlidir. Yevlax şəhəri, Ə.Baxşıyev küçəsi 27 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 30 avqust 2021-ci il tarixli AN-l ******* saylı müqavilənin 11-ci və 13-cü bəndləri etibarsız hesab edilsin. Yevlax şəhəri, Ə.Baxşıyev küçəsi 27 saylı fərdi yaşayış evindən Cavabdeh çıxarılsın. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar