Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2195/2020 30.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının və doğum qeyd edilməsi faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının və doğum qeyd edilməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə müraciət edərək, Maraqlı şəxs tərəfindən adına xx xxx 1960-cı il tarixdə 148 nömrə ilə verilmiş 05/Q-91/70 seriyalı doğum haqqında şəhadətnaməsində soyadının “Bünyatova” olduğu halda soyadının ”Bnyətova” kimi qeyd edilmiş doğum haqqında akt qeydiyyatının düzgün olmamasının, maraqlı orqan tərəfindən doğum haqqında akt qeydiyyatları kitabında soyadının “Bünyatova” kimi göstərilməklə qeydin düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o, xx xxxx 1960-cı il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Onun adına verilmiş doğum haqqında şəhadətnamədə atası X1, anası X2 qeyd edilmişdir. Onun adına şəxsiyyət vəsiqəsi və digər lazımı sənədlər verilmiş, orada da adı Ərizəçi kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməsində isə Bnyətova kimi qeyd olunub. O həmin nöqsana aydınlıq gətirmək məqsədi ilə maraqlı orqan Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı orqan Maraqlı şəxsndə saxlanılan akt qeydində soyadının "Bnyətova" yazıldığı məlum olmuşdur. O maraqlı orqan Maraqlı şəxsnə doğum aktı qeydiyyatı kitabında qeydiyyatın düzgün olmamasını və həmin qeydiyyatın düzəldilməsini maraqlı orqandan xahiş edəndə maraqlı orqan tərəfindən mübahisənin həlli məqsədi ilə qanunvericiliyin tələbinə uyğun məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı orqan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçərərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1960-cı il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 2076 saylı məktubundan məlum olur ki, Ərizəçi soyadının Bünyatova kimi qeydedilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs xx xxx 1960-cı il tarixli 95 saylı doğum akt qeydindən məlum olur ki, X3 xx xxxx 1960-cı il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Dövlət Sosial Sığorta şəhadətnaməsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxx 1960-cı il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yeni Azərbaycan Partiyasının 357366 saylı üzvlük vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi Yeni Azərbaycan Partiyasının üzvdür. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən HB 017044 saylı fərqlənmə diplomunun surətindən məlum olur ki, Ərizəçi 1988-ci ildə fərqlənmə diplomu verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Beləliklə, məhkəmədə aydın olur ki, ərizəçi xx xxxx 1960-cı ildə anadan olmuşdur. Ərizəçi adına doğum haqqında şəhadətnamə Yevlax rayon VVADQ şöbəsi tərəfindən verilmişdir. Yevlax rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 1960-cı ildə anadan olmuş Ərizəçi doğum aktının qeydiyyatı kitabında soy adı səhvən “Bnyətova” kimi qeyd edilmişdir. Ona görə də rayon Qeydiyat şöbəsində saxlanılan akt qeydi kitabında 26mart 1960-cı ildə doğulmuş Ərizəçi soy adı “Bnyətova” kimi qeyd edilmişdir, yəni akt qeydi kitabında xx xxxx 1960-cı ildə doğulmuş Ərizəçi soy adı həmin kitabda düzgün qeyd edilməmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Yevlax rayon VVADQ şöbəsi tərəfindən xx xxxx 1960-cı ildə anadan olmuş Ərizəçi doğum akt qeydi kitabında düzgün olmaması müəyyən edilməli, həmin qeyddə düzəliş edilərək ərizəçinin soy adı “Bünyatova” kimi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 305.1 və 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında iləşrə baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydiyyatının düzgün olmaması, yəni soy adının Bnyətova kimi qeyd edilməsi müəyyən edilsin. Doğum aktları qeydi kitabında düzəlişlər edilərək ərizəçinin soy adı “Bünyatova” kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2195/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2195/2020
30.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver