Məhkəmə qərarları › İş №2(039)-2196/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2196/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2196/2023 27.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Neymət qızına qarşı «pul və ziyan» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Neymət qızına qarşı «pul və ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Neymət qızından 800 manat pulun və 2000 manat mənəvi ziyanın cəmi 2800 manat pulun alınıb İddiaçı1, Cavabdeh Neymət qızından 500 manat pulun və 2000 manat mənəvi ziyanın cəmi 2500 manat pulun alınıb İddiaçı2, və cavabdehdən 73 manat məbləğində dövlət rüsumunun alınıb onlar verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdeh onlarla müqavilə bağlamışdır. Lakin onları müdafiə etməmişdir. İki müqavilə olmuşdur. Biri qızının nikahın pozulması və aliment işi. Digər iş də onun işə bərpa olunması ilə bağlı olmuşdur. Hər iki müqavilə üzrə 400 manat cəmi 800 manat ödəniş etmişdir.İşimi yarımçıq qoymuşdur. Belə ki, müqavilə bütün instansiya məhkəmələri üçün bağlanmışdır. Qızının boşanma işinə ümumiyyətlə çıxmamışdır. Aliment işində ərizəsini yazsa da, məhkəmə prosesində iştirak etməyib. Onun işə bərpa olunması işində isə yalnız birinci instansiya məhkəməsində iştirak etmişdir. Apellyasiya və kasasiya instansiyalarında iştirak etməmişdir. Onu təhqir etdi. O qədər əsəbləşmişdir ki 2000 manatdan artıq xəstəliyi ilə əlaqədar xərc çəkmişdir. Özü onkoloji xəstədir və şəkəri var. İddiaçı1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 iddia tələbini müdafiə edərək izah etdi ki, işə bərpa olunması ilə bağlı cavabdehlə müqavilə bağlamışdır. Birinci instansiya məhkəməsində iştirak etsə də, Apellyasiya və Ali məhkəməyə çıxmamışdır. Digər vəkilə müraciət etmişdir. Əsəbləşib və sağlamlığına ziyan dəymişdir. Cavabdeh onu müdafiə etməli idi. Lakin etmədi. İddiaçı2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Neymət qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Vəkillər kollegiyasının Rəyasət Heyətinin 10 aprel 2023-cü il tarixli 565 saylı qərarından görünür ki, İddiaçı1 müraciəti əsasında vəkil Cavabdeh Neymət qızına irad tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Vəkillər kollegiyasının Rəyasət Heyətinin 10 aprel 2023-cü il tarixli 564 saylı qərarından görünür ki, İddiaçı2 müraciəti əsasında vəkil Cavabdeh Neymət qızına irad tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqi yardımın göstərilməsi haqqında 10 fevral 2022-ci il tarixli 59 saylı müqavilənin surətindən görünür ki, İddiaçı1 ilə vəkil Cavabdeh Neymət qızı arasında boşanma və aliment tələbi ilə bağlı X3 hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 fevral 2022-ci il tarixli qəbzin surətindən görünür ki, vəkil Cavabdeh Neymət qızına İddiaçı1 tərəfindən 300 manat pul ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 31 oktyabr 2022-ci il tarixli qəbzin surətindən görünür ki, vəkil Cavabdeh Neymət qızına İddiaçı1 tərəfindən 100 manat pul ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqi yardımın göstərilməsi haqqında 17 mart 2022-ci il tarixli 106 saylı müqavilənin surətindən görünür ki, İddiaçı1 ilə vəkil Cavabdeh Neymət qızı arasında işə bərpa tələbi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 mart 2022-ci il tarixli qəbzin surətindən görünür ki, vəkil Cavabdeh Neymət qızına İddiaçı1 tərəfindən 400 manat pul ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqi yardımın göstərilməsi haqqında 17 mart 2022-ci il tarixli 105 saylı müqavilənin surətindən görünür ki, İddiaçı2 ilə vəkil Cavabdeh Neymət qızı arasında işə bərpa tələbi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17 mart 2022-ci il tarixli qəbzin surətindən görünür ki, vəkil Cavabdeh Neymət qızına İddiaçı2 tərəfindən 500 manat pul ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(051)-1496/2022 saylı qətnaməsindən görünür ki, 08 aprel 2022-ci il tarixdən başlayaraq 12 iyun 2014-cü il tarixdə doğulmuş Qönçə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir Şəhər Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli 2(051)-1992/2022 saylı qətnaməsindən görünür ki, X8 ilə X5 arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(051)-1360/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 01-k saylı 02 mart 2022-ci il tarixli əmrinin ləğv edilməsi; İddiaçı1 Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsinin bərpa edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(107)-1119/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2(102)-898/2023 saylı qərarından görünür ki, kasasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli 2(107)-1119/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli e-2(051)-1355/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 02-k saylı 02 mart 2022-ci il tarixli əmrinin ləğv edilməsi; İddiaçı2 Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bərpa edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(107)-1183/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(102)-896/2023 saylı qərarından görünür ki, kasasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 2(107)-1183/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(107)-1183/2022 saylı məktubundan görünür ki, İddiaçı2 cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işlə bağlı audio-video yazılara baxış keçirilərək müəyyən olunmuşdur ki, Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(107)-1119/2022 saylı məktubundan görünür ki, İddiaçı1 cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinə qarşı əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işlə bağlı audio-video yazılara baxış keçirilərək müəyyən olunmuşdur ki, Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh Neymət qızı arasında hüquqi yardımın göstərilməsi haqqında iki müqavilə bağlanmışdır. İddiaçı1 hər iki müqavilə üzrə cavabdehə 400 manat, cəmi 800 manat pul ödəmişdir. Birinci müqavilə üzrə cavabdeh İddiaçı1 qızı olan X2 boşanma və aliment tələbi ilə bağlı hüquqi yardımın göstərilməli idi. Həmin müqavilə üzrə cavabdeh aliment tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(051)-1496/2022 saylı qətnaməsi ilə 08 aprel 2022-ci il tarixdən başlayaraq 12 iyun 2014-cü il tarixdə doğulmuş Qönçə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. X1 qarşı olan nikahın pozulması tələbi üzrə işlə bağlı məhkəmə prosesində iştirak etməmişdir. İkinci müqavilə üzrə İddiaçı1 ilə vəkil Cavabdeh Neymət qızı arasında işə bərpa tələbi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə bütün məhkəmə instansiyaları üçün bağlanmşdır. Cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(051)-1360/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 01-k saylı 02 mart 2022-ci il tarixli əmri ləğv edilməsi; iddiaçı İsakov X6 ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bərpa edilməsi qət edilmişdir. Lakin həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh Neymət qızı İddiaçı1 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Həmçinin İddiaçı2 ilə vəkil Cavabdeh Neymət qızı arasında işə bərpa tələbi ilə bağlı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə Cavabdeh Neymət qızına 500 manat ödəniş olunmuşdur. Müqavilə bütün məhkəmə instansiyaları üçün bağlanmşdır. Cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli e-2(051)-1355/2022 saylı qətnaməsi ilə cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 02-k saylı 02 mart 2022-ci il tarixli əmri ləğv edilməsi; İddiaçı2 Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsinin bərpa edilməsi qət edilmişdir. Lakin həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh Neymət qızı İddiaçı2 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Neymət qızına qarşı «pul və ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Neymət qızından 800 manat pulun və 2000 manat mənəvi ziyanın cəmi 2800 manat pulun alınıb İddiaçı1, Cavabdeh Neymət qızından 500 manat pulun və 2000 manat mənəvi ziyanın cəmi 2500 manat pulun alınıb İddiaçı2, və cavabdehdən 73 manat məbləğində dövlət rüsumunun alınıb onlar verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı1 ilə Cavabdeh Neymət qızı arasında bağlanmış boşanma və aliment müqaviləsi üzrə İddiaçı1 400 manat pulun tutularaq ona verilməsini tələb etsə də, iş materiallarından məlum olur ki, cavabdeh müqavilə üzrə aliment tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli 2(051)-1496/2022 saylı qətnaməsi ilə 08 aprel 2022-ci il tarixdən başlayaraq 12 iyun 2014-cü il tarixdə doğulmuş Qönçə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 hər ay 200 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. X1 qarşı olan nikahın pozulması tələbi üzrə işlə bağlı məhkəmə prosesində iştirak etməmişdir. Yəni müqavilə iki iş üçün nəzərdə tutulmuş və Cavabdeh Neymət qızı müqavilə üzrə götürdüyü öhdəliyin 1/2 hissəsini, aliment hissəsini icra etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardımın göstərilməsi haqqında 10 fevral 2022-ci il tarixli 59 saylı müqavilə 200 manat pul Cavabdeh Neymət qızından İddiaçı1 ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı1 ilə Cavabdeh Neymət qızı arasında bağlanmış işə bərpa tələbi haqqında müqaviləsi üzrə İddiaçı1 400 manat pulun tutularaq ona verilməsini tələb etsə də, iş materiallarından məlum olur ki, cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(051)-1360/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 01-k saylı 02 mart 2022-ci il tarixli əmri ləğv edilməsi; iddiaçı İsakov X6 ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsi bərpa edilməsi qət edilmişdir. Müqavilə bütün instansiya məhkəmələri üzrə bağlansa da, həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh Neymət qızı İddiaçı1 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Yəni müqavilə üç instansiya məhkəməsi üçün nəzərdə tutulmuş və Cavabdeh Neymət qızı iddiaçının hüquqlarını birinci instansiya məhkəməsində müdafiə etdiyi üçün müqavilə üzrə götürdüyü öhdəliyin 1/3 hissəsini icra etmişdir. Ona görə də hüquqi yardımın göstərilməsi haqqında 17 mart 2022-ci il tarixli 106 saylı müqavilə üzrə 266.66 manat Cavabdeh Neymət qızından İddiaçı1 ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı2 ilə Cavabdeh Neymət qızı arasında bağlanmış işə bərpa tələbi haqqında müqaviləsi üzrə İddiaçı2 500 manat pulun tutularaq ona verilməsini tələb etsə də, iş materiallarından məlum olur ki, cavabdeh müqavilə üzrə işə bərpa tələbi ilə iddia ərizəsini hazırlayaraq Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli e-2(051)-1355/2022 saylı qətnaməsi ilə görünür ki, cavabdeh Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsinin 02-k saylı 02 mart 2022-ci il tarixli əmri ləğv edilməsi; İddiaçı2 Azərsu ASC Birləşmiş Sukanal MMC-nin Mingəçevir Sukanal idarəsi ilə müddətsiz əmək müqaviləsinin bərpa edilməsi qət edilmişdir. Müqavilə bütün instansiya məhkəmələri üzrə bağlansa da, həmin iş üzrə apellyasiya və kasasiya instansiya məhkəmələri üzrə Cavabdeh Neymət qızı İddiaçı2 vəkili kimi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə kollegiyasına onun tərəfindən həmin işlə bağlı etiraz, mülahizə və vəsatətlər verilməmişdir. Yəni müqavilə üç instansiya məhkəməsi üçün nəzərdə tutulmuş və Cavabdeh Neymət qızı iddiaçının hüquqlarını birinci instansiya məhkəməsində müdafiə etdiyi üçün müqavilə üzrə götürdüyü öhdəliyin 1/3 hissəsini icra etmişdir. Ona görə də hüquqi yardımın göstərilməsi haqqında 17 mart 2022-ci il tarixli 105 saylı müqavilə üzrə 333.33 manat Cavabdeh Neymət qızından İddiaçı2 ödənilməlidir. İddianın təmin edilmiş hissəsinə münasib olaraq, 30 manat dövlət rüsumu Cavabdeh Neymət qızından İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Məhkəmə iddianın mənəvi ziyan hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılara mənəvi ziyanın dəyməsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işçlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinin tələbinə görə, Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinin tələbinə görə, Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.1-ci maddəsinin tələbinə görə, Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinin tələbinə görə, Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Neymət qızından 466.66 manat pul tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Cavabdeh Neymət qızından 333.33 manat pul tutularaq İddiaçı2 xeyrinə ödənilsin. Cavabdeh Neymət qızından ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar