Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2199/2023 07.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh2 Cavabdeh3, Cavabdeh1, Yevlax rayon 1 Saylı Notariat Kontoruna qarşı çıxarışların ləğv edilməsi və bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Yevlax 1 Saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2la Cavabdeh3 arasında ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka (həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) dair cavabdeh Yevlax şəhər 1 saylı notariat kontorunda bağlanmış 21 sentyabr 2007-ci il tarixli 4Ə-1-164 reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvana dair Cavabdeh3 adına, Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanda ümumi sahəsi 37.30 m2, yaşayış sahəsi 20.5 m2 olan, 0.0240 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1980cı il tarixli 2751 reyestr nömrəli qeydə alma vəsiqəsinə və Yevlax şəhəri XDS İK-nin 14 may 1957-ci il tarixli 2751 nömrəli “Torpaq qeydi” sənədinə əsasən atası X1 adına qeydiyyata alınmışdır. X16 xx.xx.2000-ci ildə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsinin 09 mart 2007-ci il tarixli 2-173 saylı məhkəmə qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 cavabdeh X2 qarşı (onun bacısına qarşı) ünvan 3 ünvanda yerləşən Məmməd Qarayevin adına olan 240 m2 torpaq sahəsinə və yaşayış sahəsi 20.5 m2 olan bir otaqlı yaşayış evinə Cavabdeh2 mülkiyyət hüququnun tanınmasına dair mülki işə baxılmış və iddiaçının iddia tələbi təmin edilməklə iddiaçı Cavabdeh2la cavabdeh Xanım Qarayeva arasında Məmməd Qarayevə məxsus ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 240 m2 olan 1 bir mərtəbəli, ümumi sahəsi 37.30 m2, yaşayış sahəsi 20.5 m2, köməkçi sahəsi 16.80 m2 olan bir yaşayış otağından ibarət fərdi yaşayış evinin alğı-satqı əqdi təsdiq olunmaqla həmin torpaq sahəsinə və yaşayış evinin mülkiyyət hüququnun tanınması, lazımi qeydiyyat aparılması üçün qətnamənin surətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsinə göndərilməsi qət edilmişdir. Özü (işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs olaraq) və bacısı, qeyd edilən mülki iş üzrə cavabdeh Xanım Qarayeva tərəfindən Yevlax Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-874/2022 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, həmin mülki iş üzrə, Yevlax Rayon Məhkəməsinin 09 mart 2007- ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-874/2022 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Yevlax Rayon Məhkəməsinin 09 mart 2007- ci il tarixli 2-173 saylı qətnaməsi lazımi qeydiyyat aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsinə göndərildikdən sonra aşağıda göstərilən əməliyyat aparılmışdır. Qətnamə əsasında Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evini 21 sentyabr 2007-ci il tarixdə 4Ə-1-164 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Sonuncu isə satın aldığı fərdi yaşayış evinin və torpaq sahəsinin üzərində yuxarıda qeyd olunan alğı-satqı müqaviləsi əsasında hüquqların dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarışı əldə etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-874/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığından o, və bacısı Xanım Qarayeva cavabdeh ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair Cavabdeh2 və Cavabdeh3 münasibətdə verilmiş bütün sənədlərin (mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən Çıxarışlar) hüquqi qüvvəsinin olmamasını nəzərə alaraq mərhum ataları Məmməd Qarayevin adına mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən Çıxarış verilməsini xahiş etmişlər. 23 iyun 2023-cü il tarixli məktubla cavabda bildirilmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-874/2022 saylı qətnaməsi əsasında ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi üzərində alğı-satqı əqdi təsdiq olunmaqla Cavabdeh2 mülkiyyət hüququnun tanınmasına dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv olunmuşdur. Yevlax Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasına baxmayaraq onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 874/2022saylı qətnaməsində nəzərdə tutulmamışdır. Odur ki, Yevlax Rayon Məhkəməsinin qətnaməsində mübahisəli daşınmaz əmlakın üzərində aparılmış əqd əməliyyatlarına dair hər hansı prosessual hərəkətlərin ləğvinə dair müddəa nəzərdə tutulmadığı üçün tələbin ərazi idarəsi tərəfindən icra olunması qeyri-mümkündür. Bütün yuxarıda qeyd edilənlərə istinadən hazırkı iddia tələbini irəli sürür. İddia tələbi aşağıdakılardan ibarətdir Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2la Cavabdeh3 arasında ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka (həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) dair Yevlax şəhər 1 saylı notariat kontorunda bağlanmış 21 sentyabr 2007-ci il tarixli 4Ə-1-164 reyestr nömrəli alğı- satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 satın aldığı fərdi yaşayış evinin və torpaq sahəsinin üzərində yuxarıda qeyd olunan alğı-satqı müqaviləsi əsasında hüquqların dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi. Hazırkı mübahisə ləğv edilməsi tələb edilən mülkiyyət hüququnu təsdiq edən çıxarışlar əqdlərin (alğı-satqı müqavilələrin) bağlanması əsasında verildiyindən (mülki hüquq münasibətlərindən irəli gəldiyindən), həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və hazırki tələbə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. İddiaçı ərizə təqdim edərək iddia tələbinin Cavabdeh2 adına verilmiş mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair hissəsini geri götürməyini nəzərə alaraq iddia tələbinin həmin hissədə baxılmamış saxlanmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin hissədə ərizə baxılmamış saxlanılmışdır. Bundan başqa iddianın əsasının dəyişdirilməsi ilə bağlı əlavə ərizə təqdim edərək iddia tələbinin həmin hissədə əsasının dəyişdirilməsini nəzərə alaraq, digər tələbləri ilə yanaşı, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Yevlax şəhəri, Azərbaycan küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi X16ə məxsus olmuşdur. Atasının vəfatından sonra həmin evdə bir müddət bacısı Xanım Qarayeva yaşamışdır. Sonra isə o da, həmin evi tərk etmişdir. Bundan sonra Yevlax Rayon Məhkəməsinin qərarı əsasında ev Cavabdeh2 adına rəsmiləşdirilimişdir. Bundan nə o, nə də bacısı məlumatlı olmamışdır. Belə ki, uzun müddət maddi imkanları olmadığından Yevlax şəhərinə gələ bilməmişlər. Həmin ev və torpaq sahəsi baxımsız olmuş, hətta evdə yanğın olmuş və evin bir hissəsi yandığından yaşayış üçün yararsız olmuşdur. Bir müddət sonra evin məhkəmə qərarı əsasında Cavabdeh2 adına rəsmişlədirildiyi, Cavabdeh2 isə evi Cavabdeh3 satması barədə məlumat almış və hər ikisi məhkəmə qətnaməsini əldə edərək həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Onların apelyasiya şikayəti əsasında məhkəmə qətnaməsi ləğv edilmişdir. Belə ki, ataları heç zaman evi kimsəyə satmaq niyyətində olmamış, bu məqsədlə kimsədən pul almamışdır. Cavabdeh2 bildirmişdir ki, nə Məmməd Qarayevi, nə də Cavabdeh3 tanıyır. Yevlax şəhəri, Azərbaycan küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin alğı-satqısı ilə bağlı heç bir orqana, notariat kontoruna heç zaman getməmişdir. Həmin evi nə almamış, nə də kimsəyə satmamışdır. Xatırlayır ki, uzun müddət qabaq onun məhkəməyə dəvət edib xatırlamadığı bir sənədə imza etməli olduğunu bildirmişlər. Həmin zaman məhkəməyə gedib mahiyyətini bilmədiyi bir sənədi imzalamışdır. Belə ki, həmin zaman xəstə olduğundan çox hadisələri xatırlamır. Alğı-satqı müqaviləsində olan imza ona məxsusdur. Bunda baxmayaraq nə özü, nə də arvadı notariat kontoruna getməmişlər. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh3 nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh3 Yevlax şəhəri, Azərbaycan küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsini 2007-ci ildə Cavabdeh2 alğı-satqı müqaviləsi əsasında almışdır. Həmin zaman Cavabdeh3 yaşayış evinə və torpaq sahəsinə baxmış və almaq qərarına gəlmişdir. Bundan sonra Cavabdeh2la birlikdə notariat kontoruna getmişlər. Qanunvericiliyin tələblərinə uyğun aralarında alğı-satqı müqaviləsi bağlanmış, müqavilə əsasında Cavabdeh2 5,000 manat ödəmiş və alğı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilmişdir. Cavabdeh3 həmin vaxtdan evə sahiblik edir. Cavabdeh3 vicdanlı alıcı olduğundan və iddia müddəti keçdiyindən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər DƏDRX 17 saylı Ərazi İdarəsinə və Yevlax rayonu 1 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxt və yeri barədə rəsmi qaydada məlumat verilsə də, onlar nümayəndələrinin iclasda iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Yevlax Rayon Məhkəməsinin 09 mart 2007-ci il tarixli 2-173/2007 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh2 ilə cavabdeh X5 arasında X3 məxsus ünvan 3 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 240 m2 olan bir mərtəbəli ümumi sahəsi 37,30 m2 yaşayış sahəsi 20,5 m2, köməkçi sahəsi 16,80 m2 olan bir yaşayış otağından ibarət fərdi yaşayış evinin alğı-satqı əqdi təsdiq olunmaqla həmin torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququ tanınması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2(107)-874/2022 saylı qətnaməsi ilə cavabdeh X6 və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı birgə verdikləri apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 mart 2007-ci il tarixli qətnamə ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh X4 qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbi barədə iddiası təmin edilməsi qət edilmişir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 25 fevral 2021-ci il tarixli **********10 saylı məktubundan görünür ki, ünvan 6 ünvanda ümumi sahəsi 37.30 m2 yaşayış sahəsi 20.5 m2 olan, 0.0240 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1980-cı il tarixli 2751 reyestr nömrəli qeydə alma vəsiqəsinə və Yevlax şəhər XDSİK-nin 14 may 1957-ci il tarixli 2751 nömrəli “torpaq qeydi”-nə əsasən vətəndaş X1 adına qeydiyyata alınmışdır. Yevlax Rayon Məhkəməsinin 09 mart 2007-ci il tarixli 2-173 saylı məhkəmə qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 ilə cavabdehlər X10 arasında X3 məxsus fərdi yaşayış evi üzərində alğı-satqı müqaviləsi bağlanmış hesab edilərək vətəndaş Cavabdeh2 mülkiyyət hüquqları tanınmışdır. Sözügedən qətnamə əsasında Cavabdeh2 ünvan 1 ünvanda yerləşə fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evini 21 sentyabr 2007-ci il tarixdə 4Ə-1-164 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən vətəndaş Cavabdeh3 satmışdır. Sonun isə satın aldığı fərdi yaşayış evinin və torpaq sahəsinin üzərində yuxanda qeyd olunan alğı-satqı müqaviləsi əsasında hüquqların dövlət reyestrində qeydiyyata aldıraraq xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli hüquqların dövlət reyestrindən çıxarışı əldə etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 23 iyun 2023-cü il tarixli 3-21-3-35/2 kol-at-8/2023 saylı məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1071- 874/2022 saylı qətnaməsi əsasında ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evi üzərində alğı-satqı əqdi təsdiq olunmaqla Cavabdeh2 mülkiyyət hüququnun tanınmasına dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-cı il tarixli qətnaməsi ləğv olunmuşdur. Yevlax Rayon Məhkəməsinin qətnamənin ləğv olunmasına baxmayaraq onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi Şəki Apeilyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 874/2022 saylı qətnaməsində nəzərdə tutulmamışdır. Belə ki, Yevlax rayon Məhkəməsinin qətnaməsində mübahisəli daşınmaz əmlakın üzərində aparılmış əqd əməliyyatlarına dair hər hansı prosessual hərəkətlərin ləğvinə dair müddəa nəzərdə tutulmadığı üçün tələbinizin ərazi tərəfindən icra olunması qeyri mümkündür. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 09 sentyabr 2000-ci il tarixdə ölmüşdür. Yevlax rayon 2 saylı dövlət notariat ofisinin 21 sentyabr 2007-ci il tarixli 4Ə-1-164 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləsinə dair notariat işindən görünür ki, 262347 müqaviləyə əsasən Yevlax şəhəri D.Qorqud küçəsi 41-d yaşayan Cavabdeh2 Bakı şəhəri Tbilisi prospekti ev75A/76-da yaşayan Cavabdeh3 ilə müqavilə bağlayaraq DƏDRX-nin Yevlax rayon ərazi idarəsinin 18 iyun 2007-ci il tarixli 1295 saylı arayışına və xx.xx.2007-ci il tarixli 200701130-№-li DƏDR-dən çıxarışa əsasən ona məxsus olan Yevlax şəhəri Azərbaycan küçəsi ev 9 yaşayış sahəsi 20.52 kv.m köməkçi sahəsi 16.82 kv.m , ümumi sahəsi 37.34 kv.m 0.24 ha torpaq sahəsində yerləşən 1 otaqdan ibarət yaşayış evini Cavabdeh3 5 (beş) min manata satmışıdr. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyesterindən seriya MH ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 ondan ötrü ki, Yevlax şəhəri, Azərbaycan küçəsində mülkiyyətində olan 0.024 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.52 kv.m yaşayış, 16.82 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İcra Hakimiyyəti Kommunal Təsərrüfatı İstehsalat İdarəsinin 0607№-li arayışından görünür ki, Yevlax şəhəri, Azərbaycan küçəsi 9 ünvanında Cavabdeh2 həyat yoldaşı X8 ilə yaşayır. Yevlax şəhər 2 saylı Dövlət Notariat Kontoruna təqdim edilmiş ərizənin surətindən görünür ki, X9 əri Cavabdeh2 məxsus olan və ünvan 8 ünvanında yerləşən evin satılmasına etiraz etmir. Yevlax Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadın surətindən müəyyən olunur ki, Yevlax Rayon Məhkəməsinin 09 mart 2007-ci il tarixli 2-173-2007 saylı qətnaməsinin icrasına dönüş edilmiş, Cavabdeh2 adına verilmiş çıxarışın statusunun qətnamədən əvvəlki vəziyyətə qaytarılması qərara alınmışdır. Hüquqi məsələlər: Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. X.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 iyun 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 yanvar 2009-cu il tarixli Qərarında qeyd edilir ki, qanunun tələblərinə görə mülkiyyətçi əmlakı əldə edəndən geri tələb etmək üçün əmlakın özünün və ya mülkiyyətçi tərəfindən əmlakın verildiyi şəxsin sahibliyindən qeyd olunan səbəblər ucbatından çıxdığına dair sübutlar təqdim etməlidir. Vicdanlı əldə edən isə əmlakı əvəzli əldə etdiyini, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilmədiyini və bilmək iqtidarında olmadığını sübut etməlidir. H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Daha sonra qeyd edilmişdir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 09 mart 2007-ci il tarixli 2-173/2007 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2la cavabdeh Xanım Qarayeva arasında Məmməd Qarayevə məxsus ünvan 3 ünvanda yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinin alğı-satqı əqdi təsdiq olunmaqla Cavabdeh2 həmin torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququ tanınması qət edilmişdir. Həmin qətnamə əsasında Yevlax şəhəri, Azərbaycan küçəsi, 0.024 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.52 m2 yaşayış, 16.82 m2 köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona müvafiq çıxarış verilmişdir. Bunun əsasında Cavabdeh2 qeyd edilən torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini alğı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirməklə 5,000 manata Cavabdeh3 satmış və torpaq sahəsi və yaşayış evi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləlilklə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka (həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) dair cavabdeh Yevlax şəhər 1 saylı notariat kontorunda bağlanmış 21 sentyabr 2007-ci il tarixli 4Ə-1-164 reyestr nömrəli alğı-satqı müqaviləsini mübahisələndirərək bunu faktiki olaraq onunla əsaslandırmışdır ki, həmin daşınmaz əmlakın Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas olmuş Yevlax Rayon Məhkəməsinin xx.xx.2007-cı il tarixli qətnaməsi ləğv edilmiş və bu səbəbdən sonuncunun həmin əmlakı özgəninkiləşdirmək hüququ aradan qalxmışdır. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, hazırkı halda İddiaçı, Cavabdeh3 mübahisə predmeti olan daşınmaz əmlakın mülkiyyətçi olmuş mərhum Məmməd Qarayevin mülkiyyətindən qanuni əsaslar olmadan çıxdığını, həmin daşınmaz əmlaka dair müqavilə bağlanan zaman Cavabdeh2 buna səlahiyyətli olmadığını bildiyini sübut etməlidir ki, iddiaçı buna dair hər hansı sübut təqdim etməmişdir. Halbuki, mövcud sübutlarla mübahisəsiz qaydada təsdiq olunur ki, daşınmaz əmlak məhkəmə qətnaməsi əsasında 2007-ci ildə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncunun adına həmin qeyddən çıxarış verilmişdir. Məhz həmin qeyd əsasında Cavabdeh2 daşınmaz əmlakı Cavabdeh3 satmışdır. Məhkəmə, Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən hüquqi mövqeyindən çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, həmin zaman bu qeydin qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən bu qeydin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur. Belə ki, Cavabdeh2 məhkəmə iclasında müqavilənin bağlanması üçün notariat kontoruna getmədiyini, daşınmaz əmlakın müqabilində pul almadığını, daşınmaz əmlakın alıcısını tanımadığını bildirsə də, həmin zaman xəstə olduğu üçün hadisələri xatırlamadığını qeyd etmiş, müqavilədə olan imzanın ona məxsus olduğunu tam olaraq etiraf etmiş və həmin müqaviləni ümumiyyətlə mübahisələndirməmişdir. Eyni zamanda təsdiq olunur ki, İddiaçı və onun bacısı Xanım Qarayeva atalarına məxsus olmuş daşınmaz əmlaka uzun müddət sahiblik etməmiş, daşınmaz əmlakın vəziyyəti ilə, ona kimin sahiblik etməsi ilə maraqlanmamışlar. İddiaçı bunu maddi imkanının olmadığı ilə izah etsə də, məhkəmə bu mövqeyə tənqidi yanaşır, belə ki, təsdiq olunur ki, hər ikisi uzun müddət Azərbaycan Respublikasında yaşamaqla əmlakın vəziyyəti ilə maraqlanmaq imkanına malik olmuşlar. Mövcud sübutlarla ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka (həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) dair Yevlax şəhər 1 saylı notariat kontorunda, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 21 sentyabr 2007-ci il tarixli 4Ə-1-164 reyestr nömrəli alğı-satqı müqaviləsinin həmin zaman qüvvədə olan qanunvericiliyin və notariatla bağlı təlimatın tələblərinə uyğun bağlandığı təsdiq olunur. Beləliklə, iş üzrə Cavabdeh3 vicdanlı alıcı olmasını istisna edən hər hansı mötəbər sübut müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Yevlax 1 Saylı Notariat Kontoruna qarşı Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 21 sentyabr 2007-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-2199/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2199/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver