Məhkəmə qərarları › İş №2(039)-2212/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2212/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2212/2023 10.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, həyat yoldaşı X4 16 iyun 2023-cü il tarixdə Yevlax şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəni belə əsaslandırmışdır ki, X7 həyat yoldaşı olmuş, 16 iyun 2023-cü tarixdə kəskin ürək çatışmamazlığı səbəbindən Yevlax şəhərində yerləşən “Aytən” şadlıq sarayının həyətində vəfat etmiş və Yevlax rayonu Aran qəsəbə qəbristanlığında dəfn edilmişdir. Mərhum həyat yoldaşı X4 ölüm faktı qeydiyyat orqanında qeyd edilməmişdir. Hazırda müəyyən mülki hüquqlarının həyata keçirilməsi ilə bağlı mərhum həyat yoldaşı X5 ölüm haqqında şəhadətnaməsi tələb olunur.Bu barədə Maraqlı şəxsnə müraciət etdi, lakin tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməyi bildirmişlər. Mərhum həyat yoldaşı X4 16 iyun 2023-cü il tarixdə Yevlax şəhərində vəfat etməsini Yevlax rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 iyul 2023-cü il tarixli qərarı və şahidlər də təsdiq edə bilər. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X1 bildirmişdir ki, Ərizəçi həyat yoldaşı Rəşad Əliyev onun qohumu olmuşdur. 16 iyun 2023cü il tarixdə “Aytən” şadlıq sarayının həyətində kəskin ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. Özü şəxsən onun yas mərasimində iştirak etmişdir. X2 bildirmişdir ki, mərhum Rəşad Əliyev onun qohumudur. 16 iyun 2023-cü il tarixdə “Aytən” şadlıq sarayında toyda olan zaman qəfildən Rəşad özünü narahat hiss etdiyi üçün həyətə çıxmış və həyətində kəskin ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. Özü şəxsən onun yas və dəfn mərasimində iştirak etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, mərhum X6 ölüm haqqında şəhadətnamə, mərhumun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. AZ-İİ№070054 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 ilə Ərizəçi 07 noyabr 2000-ci il tarixdə nikah bağlamaqla akt qeydləri kitabında 235№ ilə qeydə alınmışdır. Aran qəsəbə İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 iyul 2023-cü il tarixdə verilmiş 700 №li arayışda qeyd edilir ki, Yevlax rayon Aran qəsəbə sakini xx.xx.1976-cı il təvəllüdlü mərhum X7 vəfat edən günədək yəni, xx.xx.2023-cü il tarixədək Yevlax rayonu Aran qəsəbəsində yaşayıb və qeydiyyatda olmuşdur. 14 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.1976-cı təvəllüdlü, YevÜt rayonu Aran qəsəbəsində anadan olmuş, evli, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, uzun müddət ürək çatışmazlığından əziyyət çəkən X7 16.06,2023-cü il tarixdə saat 22 radələrində ürək damar çatmamaziığı səbəbindən Yevlax şəhəri Nizami küçəsində yerləşən “Aytən” şadlıq sarayının həyətində ölmüşdür. Qnun ölümündə kənar şəxslərin iştirakı müəyyən edilməmişdir. X4 ölməsi faktına görə toplanmış material cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Hüquqi məsələlər: Mülki-Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin qardaşı, xx.xx.1976-cı il təvəllüdlü X4 16 iyun 2023-cü il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə müəyyən mülki hüquqlarının həyata keçirilməsi ilə bağlı gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 08 avqust 1976-cı il tarixdə Yevlax rayonu Aran qəsəbəsində doğulmuş X4 16 iyun 2023-cü il tarixdə Yevlax şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar