Məhkəmə qərarları › İş №2(039)-2227/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2227/2020

24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2227/2020 24.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Ərizəçi X1 Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, X1 xx xxxxxx 1999-cu il tarixdə Şəki rayonu, Dəhnə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1484/2020 saylı qərardadı ilə Ərizəçi əsil ərizəçi X3 ilə əvəz edilmişdir. Həmçinin Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(075)-1484/2020 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki işə ərazi aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsində deyil Şəki Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 37-ci maddəsinə görə tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Azərbaycan Respublikasının MPM-nin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 44.1-ci maddəsinə görə Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göründüyü kimi qanunla hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizələrə işlərə ərizəçinin olduğu yerdə baxılmalıdır. İş materiallarından məlum olur ki, ünvan 1 ünvanında yaşayan Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı düzgün olaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsi X2 ərizəçi qismində cəlb etsə də, onun şəxsiyyətini müəyyən edən və ya yaşayış yerini təsdiq edən müvafiq sənədi mövcud deyil. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli iclasının protokolundan da məlum olur ki, ərizəçi X3 hazırda ünvan 1 ünvanında yaşayır. Ərizəçi X1 Yevlax rayonu, Hürüuşağı kəndində yaşaması barədə iş materiallarında heç bir sübut yoxdur. Qanunla məhkəmələr arasında ərazi aidiyyəti ilə əlaqədar fikir ayrılığının aradan qaldırılması apellyasiya instansiyası tərəfindən həll edildiyindən iş materialları səlahiyyətli məhkəməyə verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi X1 Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında 2(039)-2227/2020 saylı mülki iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə verilməsi məsələsinin həll edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar