Məhkəmə qərarları › İş №2(039)-2229/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2229/2023

16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2229/2023 16.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının təsdiq edilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2014-cü il tarixdə oğlan, xx.xx.2015-ci il tarixdə qız, xx.xx.2016-cı il tarixdə qız, xx.xx.2021-ci il tarixdə qız övladlarının ev şəraitində baş tutmuş doğum faktının təsdiq edilməsi barədə qətnamə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Mülki Prossesual Məcəllə: Maddə 259.0.6. işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə ərizəçi iclasa gəlmədiyindən və bunun səbəbləri barədə hər hansı məlumat vermədiyindən ərizə baxılmamış saxlanılmalıdır. İddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumu tam olaraq iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi doğum faktının təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu – 100 (bir yüz) manat tam olaraq Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar