Məhkəmə qərarları › İş №2(039)-2235/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2235/2023

03.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2235/2023 03.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh qardaşı X7 miras qalmış əmlaka münasibətdə onun vərəsəsi kimi ləyaqətsiz vərəsə hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh AR CM-nin 126.3-cü il maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qisas almaq məqsədi ilə evdə olan yastı təsir səthinə malik metal tava, həmçinin əlləri ilə arxası üstə çarpayıda yatılı vəziyyətdə olan Ağasəf Abdullayevin başına və bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vuraraq ona qapalı kəllə-beyin travması, baş beynin yumşaq toxumalarına qansızma xarakterli həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən, habelə üst dodağın və sağ burun pərinin yarası, üst çənədə iki dişin travmatik sınığı xarakterli sağlamlığın qısa müddətə pozulmasını səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, zərərçəkmiş şəxs aldiğı xəsarətlərlə bağlı Yevlax rayon Mərkəzi Xəstəxanasında üç gün müalicə alsa da xx.xx.2016-cı ildə saat 20:20-də qapalı kəlləbeyin travması nəticəsində baş beynin yumşaq qişası və beyin kötüyünə ocaqlı qansızma nəticəsində xəstəxanada ölmüş, yəni Cavabdeh əri Ağasəf Abdullayevə ehtiyatsızlıqdan ölümə səbəb olan, qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla da Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(091)-084/2017 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin AR CM-nın 126.3-cü maddəsi ilə təqsirli bilinib 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə olduğu 15 günü həmin cəzadan çıxılması və üzərində 10 il 5 ay 15 gün qəti cəza saxlanılması cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin həbs edildiyi vaxtdan xx.xx.2017-ci ildən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilərək cəza müəssisəsinə göndərilmişdir. Hazırkı iddianın əsası odur ki, Cavabdeh X12ə qarşı onun ölümü ilə nəticələnən ağır cinayəti törətmişdir. Hazırda cəzaçəkmə müəssisəsindədir. Yeganə qardaşlarını bu insan qətlə yetirmişdir. X17 xx.xx.2016-cı il tarixdə hazırkı Cavabdeh tərəfindən qəsdən qətlə yetirilmişdir. Cavabdeh X17lə xx.xx.2007-ci ildə nikaha daxil olmuşdur. Həmin nikahdan övladları olmamışdır. Hər ikisi valideynlərinə aid olan evdə yaşayırdı. Mirasa 2019-cu tarixindən sahiblik etməyə başlamışlar. Həmin miras hazırda onlardadır. X15 Yevlax rayonu, İsmayılabad kəndində fərdi yaşayış evində ataları X2 və digər vərəsələrin müllkiyyətində olmuşdur. Ağasəf Abdullayev vəfat edəndən sonra mülkiyyət boş qalmış, sonradan isə qeyd etdiyi kimi 2019-cu ilin yanvar ayından mülkiyyəti idarə edirlər. Yəni, atasının və qardaşının miraslarını tam təfsilatı ilə idarə edib üzərində qanuni hüquqlarını həyata keçirirlər. X17 də Hüquqların dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla Yevlax rayonu, İsmayılabad kəndində yerləşən fərdi yaşayış evi ataları, anaları, Ağasəf olmaqla digər bacısının mülkiyyətindədir. X12 hazırkı cavabdeh tərəfindən qətlə yetiriləndən sonra onun əmlakı miras əmlakı olaraq cavabdehə də keçə bilməz. Göründüyü kimi şəxs qardaşlarına aid mirasla bağlı ləyaqətsiz vərəsədir. Qardaşını qətlə yetirib. Ona aid mirasa sahib çıxa bilməz. Miras qoyan qardaşının hazırki cavabdehə aid mirası qoya bilməz. Onun etdiyi ağır cinayət nəticəsində miras qoyan öldürüldüyü üçün artıq şəxsin yəni cavabdehin qardaşına aid olan mirasa hər hansı bir şəkildə payçı kimi onun ortaya çıxmasına imkan verilə bilməz. Şəxs qardaşlarının son iradəsinə qarşı ağır cinayət törədərək onu öldürməklə həyatdan mərhum etmişdir. Cavabdeh tərəfindən qətlə yetirilmiş Ağasəf Abdullayevin bacılarıdır, onun ikinci növ vərəsələridir. Əmlakı idarə edərək öz sahibliyində saxlayırlar. Tərəflərin izahatları: İddiaçıar İddiaçı1 və İddiaçı2 iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Cəza çəkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etmək arzusu ilə müraciət etməmiş, iddiaya hər hansı münasibət bildirməkdən imtina etmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: AЗБ 156448 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8, xx xxxxxxx 1971-ci il tarixdə doğulmuş, atası olaraq X11, anası olaraq X13 qeyd edilmişdir. İ-JQ 427975 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx xxxxxx 1973-cü il tarixdə doğulmuş, atası olaraq X11, anası olaraq X13 qeyd edilmişdir. Vİİİ-J 327357 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 01 fevral 1981-ci il tarixdə doğulmuş, atası olaraq X11, anası olaraq X13 qeyd edilmişdir. AZ-İ 355326 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 və X9 nikahları 06 dekabr 2007-ci il tarixdə qeyd edilmişdir. Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Yevlax rayonu, İsmayılbəyli kəndində yerləşən, ümumi sahəsi 127.60 m2 olan yaşayış evi X2, X5, X10 və X6 ümumi birgə mülkiyyətindədir. Təqdim edilmiş arayışlarla təsdiq olunur ki, X11 və X13 ölmüşlər. Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 may 2017-ci il tarixli, 1(091)-084/2017 nömrəli hökmün surətindən müəyyən olunur ki, Cavabdeh qisas almaq məqsədi ilə evdə olan yastı təsir səthinə malik metal tava, həmçinin əlləri ilə arxası üstə çarpayıda yatılı vəziyyətdə olan Ağasəf Abdullayevin başına və bədəninin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vuraraq ona qapalı kəllə-beyin travması, baş beynin yumşaq toxumalarına qansızma xarakterli həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən, habelə üst dodağın və sağ burun pərinin yarası, üst çənədə iki dişin travmatik sınığı xarakterli sağlamlığın qısa müddətə pozulmasını səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, zərərçəkmiş şəxs aldiğı xəsarətlərlə bağlı Yevlax rayon Mərkəzi Xəstəxanasında üç gün müalicə alsa da xx.xx.2016-cı ildə saat 20:20-də qapalı kəlləbeyin travması nəticəsində baş beynin yumşaq qişası və beyin kötüyünə ocaqlı qansızma nəticəsində xəstəxanada ölmüş, yəni Cavabdeh əri Ağasəf Abdullayevə ehtiyatsızlıqdan ölümə səbəb olan, qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş və həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin AR CM-nın 126.3-cü maddəsi ilə təqsirli bilinib 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə olduğu 15 günü həmin cəzadan çıxılması və üzərində 10 il 5 ay 15 gün qəti cəza saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 avqust 2017-ci il tarixli 1(107)-169/2017 nömrəli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2017-ci il tarixli, 1(102)691/18 nömrəli Qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Maddə 1143. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən əri Ağasəf Abdullayevə ehtiyatsızlıqdan ölümə səbəb olan, qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirdiyindən məhkum edilmişdir. Ağasəf Abdullayevin övladları olmamış, valideynləri ölmüşdür. Bu səbəbdən hazırkı iş üzrə iddiaçılar mərhum Ağasəf Abdullayevin qanun üzrə ikinci növbə vərəsləri hesab edilir. Məhkəmə hesab edir ki, Cavabdeh miras qoyan Ağasəf Abdullayevə ehtiyatsızlıqdan ölümə səbəb olan, qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməsi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiq olunduğundan, yəni miras qoyan Ağasəf Abdullayevin son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün vərəsəliyə çağırılmasına kömək göstərdiyindən Cavabdeh Ağasəf Abdullayevin vərəsəsi ola bilməz və o, ləyaqətsiz vərəsə hesab edilməlidir. Qeyd olunanlara əsasən iddia əsaslıdır və təmin edilməlidir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçıların xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh mərhum X3 miras qalmış əmlaka münasibətdə ləyaqətsiz vərəsə hesab edilsin. Cavabdeh 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar