Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-224/2021 25.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2009-cu il tarixdə bir qız və xx xxx 2011-ci il tarixdə bir qız uşaqlarının Yevlax şəhərində anadan olmaları, atalarının X6 və analarının Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o, X6 ilə faktiki ailə qurmuşlar. Nikahlarını xx xxxxx 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2009-cu il tarixdə bir qız və xx xxx 2011-ci il tarixdə bir qız uşaqları olmuşdur. Lakin onlara doğum haqqında şəhadətnamə alınmamışdır. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi X6 ilə el adəti ilə ailə qurmuşdur. Onların birgə yaşayışlarından 6 uşaqları olmuşdur. Balaca uşaqlar ev şəraitində dünyaya gəlmişlər. Məhkəmə ərizəçinin və şahidin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AA1376169 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1994-cü il tarixdə anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı 17139763 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X6 xx xxxx 1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, C.Kərimov küçəsi 140-da qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 2015-ci il tarixdə verilmiş AZ-ll 039753 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 ilə X3 arasında xx xxxxx 2015-ci il tarixdə nikah bağlanmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 1611 saylı məktubdan məlum olur ki, Ərizəçi övladlarının doğumu haqqında tibbi şəhadətnaməsi təqdim edildikdən sonra doğum haqqında şəhadətnamə verilə bilər. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı 12467306 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X7 xx xxxx 2013-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Yevlax şəhəri, Nizami prospekti 245-də qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı 12467310 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X8 xx xxx 2014-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Nizami prospekti 245-də qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı 11970154 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X9 xx xxxxxx 2015-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Nizami prospekti 245-də qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı 11485456 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 xx xxxxxx 2017-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Yevlax şəhəri, C.Kərimov küçəsi 140-da qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası haqqında xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarının 6.7-ci bəndinə əsasən, Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Beləliklə, məhkəmədə aydın olur ki, Ərizəçi ilə X2 faktiki ailə quraraq evlənmişlər. Nikahlarını xx xxxxx 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşayışlarından 6 uşaqları olmuşdur. Onlardan xx xxxxxx 2009-cu il tarixdə bir qız və xx xxx 2011-ci il tarixdə bir qız övladları ev şəraitində olmuşdur. Müvafiq Dövlət orqanına müraciət olunaraq lazımi sənədlər alınmamışdır. Bu səbəbdən ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi xx xxxxxx 2009-cu il tarixdə bir qız və xx xxx 2011-ci il tarixdə bir qız uşaqlarının doğması faktı müəyyən edilməlidir. Ərizənin uşaqların atasının X6 və anası Ərizəçi olması hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli qərarına əsasən ananın və atanın Qeydiyyat şöbəsinə birgə ərizə vermələri ilə müəyyən olunduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.7-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx xxxxxx 2009-cu il tarixdə bir qız və xx xxx 2011-ci il tarixdə bir qız uşaqlarının doğması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-224/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-224/2021
25.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver