Məhkəmə qərarları › İş №2(039)-224/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-224/2024

25.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-224/2024 25.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, övladları xx.xx.2016-cı il tarixdə X5, xx.xx.2017-ci il tarixdə X8, xx.xx.2019-cu il tarixdə X6, xx.xx.2020-ci il tarixdə X7 və xx.xx.2022-ci il tarixdə X3 Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, X17 ilə birgə nikahdan xx.xx.2016-cı il tarixdə X13, xx.xx.2017-ci il tarixdə X18, xx.xx.2019-cu il tarixdə X14, xx.xx.2020-ci il tarixdə X15 və xx.xx.2022-ci il tarixdə X10 ev şəraitində anadan olmuşdur. Buna gorə də, hazırki tarixədək onların adına doğum haqqında şəhadətnamə alınmamışdır. Övladlarının doğum haqqında şəhadətnamələrinin olmaması onların gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və təhsil almasına, əmək münasibətlərinə daxil olmasma maneçilik törədəcək. Göründüyü kimi övladları X5, X8, X6, X7 və X3 doğum faktının tanınması zərurəti yaranmışdır və onlara müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Maraqlı şəxsnə bu barədə müraciət etsə də, övladlarının doğum haqqında şəhadətnamələrini vermədilər və məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. Övladlarının ev şəraitində doğulmasını şahidlər də, təsdiq edə bilər Tərəflərin izahatları: Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Yevlax şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Sübutlar: X1 bildirmişdir ki, Şayzar Abdullayev onun qaynı İlqarın arvadıdır. X32 birgə yaşadıqları müddətdə Ərizəçi ev şəraitində xx.xx.2016-cı il tarixdə Aygün, xx.xx.2017-ci il tarixdə Ayşə, xx.xx.2019-cu il tarixdə Zəhra, xx.xx.2020-ci il tarixdə Günay və xx.xx.2022-ci il tarixdə Səbinə adlı uşaqları doğmuşdur. Uşaqlar sağlamdır, valideynləri ilə birlikdə yaşayırlar. X2 bildirmişdir ki, Ərizəçi və İlqar Abdullayev onun qonşusudur. Onları uzun müddətdir tanıyır. Onlar birgə yaşadıqları müddətdə Şayzar Abdullayev ev şəraitində Aygün, Ayşə, Zəhra, Günay və Səbinə adlı uşaqları doğmuşdur. Uşaqlar sağlamdır, valideynləri ilə birlikdə yaşayırlar. Yevlax Şəhər İcra Hakimiyyətini Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 6482 nömrəli, 13 oktyabr 2023-cü il tarixli aktda aşağıda adları göstərilən Yevlax şəhər sakinləri X11, X9, X21, X20, X19 təsdiq edirlər ki, X13 həqiqətən ünvan 1 ünvanında yaşayır və təqdim edilmiş fotəşəkil həmin şəxsə aiddir. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2016-ci il təvəllüdlü X27 müayinədən keçmişlər, sağlamdırlar. Yevlax Şəhər İcra Hakimiyyətini Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 6483 nömrəli, 13 oktyabr 2023-cü il tarixli aktda aşağıda adları göstərilən Yevlax şəhər sakinləri X11, X9, X21, X20, X19 təsdiq edirlər ki, X18 həqiqətən ünvan 1 ünvanında yaşayır və təqdim edilmiş fotəşəkil həmin şəxsə aiddir. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2017-ci il təvəllüdlü X30 müayinədən keçmişlər, sağlamdırlar. Yevlax Şəhər İcra Hakimiyyətini Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 6484 nömrəli, 13 oktyabr 2023-cü il tarixli aktda aşağıda adları göstərilən Yevlax şəhər sakinləri X16, X9, X21, X20, X19 təsdiq edirlər ki, X14 həqiqətən ünvan 1 ünvanında yaşayır və təqdim edilmiş fotəşəkil həmin şəxsə aiddir. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2019-cu il təvəllüdlü X14 müayinədən keçmişlər, sağlamdırlar. Yevlax Şəhər İcra Hakimiyyətini Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 6485 nömrəli, 13 oktyabr 2023-cü il tarixli aktda aşağıda adları göstərilən Yevlax şəhər sakinləri X16, X9, X21, X20, X19 təsdiq edirlər ki, X15 həqiqətən ünvan 1 ünvanında yaşayır və təqdim edilmiş fotəşəkil həmin şəxsə aiddir. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2020-ci il təvəllüdlü X15 müayinədən keçmişlər, sağlamdırlar. Yevlax Şəhər İcra Hakimiyyətini Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 6486 nömrəli, 13 oktyabr 2023-cü il tarixli aktda aşağıda adları göstərilən Yevlax şəhər sakinləri X16, X9, X21, X20, X19 təsdiq edirlər ki, X10 həqiqətən ünvan 1 ünvanında yaşayır və təqdim edilmiş fotəşəkil həmin şəxsə aiddir. İcbari Tibbi Sığorta üzrə Dövlət Aqentliyi “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş arayışlarda qeyd olunur ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2022-ci il təvəllüdlü X10 müayinədən keçmişlər, sağlamdırlar. AA2922756 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 07 avqust 1979-cu il tarixdə anadan olmuşdur. AZ-İİ№999472 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 10 sentyabr 2012-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, atası X17, , anası Ərizəçidır. Vİİ-ЖГ 356059 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X4 nikahları xx.xx.2000-ci il tarixdə Yevlax rayon VVAQ şöbəsində qeydə alınmışdır. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadələrini və digər sübutları təkzib edən, onların mötəbərliliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən istinad edilən normanın tələbləri baxımından həmin sübutlar mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin 22 avqust 2016-cı il tarixdə bir qız uşağının, 18 oktyabr 2017-ci il tarixdə bir qız uşağının, 25 fevral 2019-cu il tarixdə bir qız uşağının, 08 aprel 2020-ci il tarixdə bir qız uşağının və 21 iyun 2022-ci il tarixdə bir qız uşağının Yevlax şəhərində ev şəraitində doğması təsdiqini tapır, bu faktın təsdiq edilməsi ərizəçiyə uşaqlar üçün doğum haqqında şəhadətnamənin alınması üçün gərəkdir, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Lakin qeyd olunmalıdır ki, ərizədə uşaqların soyadı, adı və ata adı qeyd edilsə də, həmin faktın xüsusi icraat qaydasında müəyyən edilməsi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi Yevlax şəhərində 22 avqust 2016-cı il tarixdə bir qız uşağı, Yevlax şəhərində 18 oktyabr 2017-ci il tarixdə bir qız uşağı, Yevlax şəhərində 25 fevral 2019-cu il tarixdə bir qız uşağı, Yevlax şəhərində 08 aprel 2020-ci il tarixdə bir qız uşağı və Yevlax şəhərində 21 iyun 2022-ci il tarixdə bir qız uşağı doğması faktı müəyyən edilsin. Qalan hissədə ərizə təmin edilməsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar