Məhkəmə qərarları › İş №2(039)-2240/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2240/2022

16.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2240/2022 16.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı «mirasın qəbul edilmə faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı «mirasın qəbul edilmə faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, bibisi X7 miras qalmış, Yevlax rayonu, Malbinəsi kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN 250 kod 90108018 saylı dövlət aktı ilə ona məxsus olmuş 0.81 ha torpaq sahəsinin onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, o bibisi X8 qardaşı oğludur. Bibisi 21 iyul 1998-ci il tarixində ürək-damar çatmamazlığından vəfat etmişdir. Bibisi ailə qurmamış, bu səbəbdən də heç bir ailəsi və uşağı olmamışdır. Onun ailə tərkibi aşağıdakı kimi olmuşdur. X4 vəfat etmişdir. X5 vəfat etmişdir. X6 vəfat etmişdir. X11 ailə qurmamış Malbinəsi kəndində yaşamışdır. O vəfat etdiyi günədək hər hansı bir nikahda olmamışdır. O bibisinin yeganə X6nun oğludur. X1 məxsus olan 0,81 ha torpaq sahəsi bibisi vəfat etdiyi gündən hal-hazıradək o bu əmlakı idarə edərək əkib-becərmiş və torpaq vergisini mütəmadi olaraq o ödəmişdir. Bibisinin Malbinəsi kəndində mülkiyyətində olan 0,81 ha torpaq sahəsi onun tərəfindən o vəfat edəndən sonra miras əmlakı olaraq qəbul edilərək tərəfindən idarə edilir. Ərizəçi məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Notariat ofisinin 01 sentyabr 2022-ci il tarixli 628 saylı məktubundan məlum olur ki, Ərizəçi mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X20 filialının 18 yanvar 2022-ci il tarixli 13 saylı arayışından məlum olur ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayon Malbinəsi kənd İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair 5 saylı təsərrüfatbaşına kitabının 6-cı səfhəsinin 382 saylı qeydində X9 doğum tarixli 1932-ci il yazılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-250, kod 90108018 saylı dövlət aktının surətindən məlum olur ki, X3 rayonu, Malbinəsi kəndində 0.81 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nin Malbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 yanvar 2022-ci il tarixli 41 saylı arayışından məlum olur ki, mərhum X8 ailə tərkibi aşağıdakı kimidir: atası X17 – vəfat edib, X5 – vəfat edib, X6 – vəfat edib. X3 rayonu Malbinəsi kəndində yaşamış və heç bir ailə-nikah münasibətlərində olmamış, onun bu səbəbdən də övladları olmamışdır. Vəfat edən günədək hər hansı bir nikah qeyd olunmayıb. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 sentyabr 1967-ci il tarixli AZ ******* saylı doğum haqqından şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxxxx 1967-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nin Malbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 yanvar 2022-ci il tarixli 42 saylı arayışından məlum olur ki, X2 Ceyhun Əli oğlunun atası X12 doğma bacısıdır. X2 Ceyhun Əli oğlunun atasının bacısı olmaqla onun doğma bibisidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nin Malbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 yanvar 2022-ci il tarixli 37 saylı arayışından məlum olur ki, Ərizəçi Yevlax rayonu, Malbinəsi kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nin Malbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 yanvar 2022-ci il tarixli 39 saylı arayışından məlum olur ki, Ərizəçi Yevlax rayonu, Malbinəsi kəndi ərazisində mərhum X1 məxsus olan 0.81 hektar pay torpaq sahəsini bibisi vəfat etdiyi gündən halhazıradək idarə edərək əkib becərmiş və torpaq vergisini mütəmadi olaraq ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 13 oktyabr 2021-ci il tarixli 2168 saylı arayışından məlum olur ki, X11 21 iyun 1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 19 oktyabr 2021-ci il tarixli 2177 saylı arayışından məlum olur ki, XX.XX.1932-ci il tarixdə Yevlax rayonunda anadan olmuş X8 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 21 iyun 1998-ci ilədək “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X8 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 oktyabr 2021-ci il tarixli AZ-ll 222470 saylı ölüm haqqından şəhadətnamənin surətindən məlum olur ki, X18 11 aprel 1982-ci il tarixdə vəfat etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-250, kod 90108018 saylı dövlət aktı ilə Yevlax rayonu, Malbinəsi kəndində 0.81 ha torpaq sahəsi X10 məxsusdur. X11 21 iyun 1998-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ərizəçi (vərəsə) həmin torpağı faktiki olaraq miras kimi qəbul etməklə həmin torpaqdan istifadə edir. Mərhumun birinci növbə vərəsələri vəfat etmişlər. İkinci növbə vərəsəsi ilə ərizəçinin mərhum atası olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutların qəbul edilməməsinin səbəbləri orada aydın şəkildə izah edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsindən məlum olur ki, Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikas Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 10-cu bəndində Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X8 ölümündən sonra X10 məxsus torpağa mülkiyyət hüququna dair JN-250, kod 90108018 saylı dövlət aktına əsasən Yevlax rayonu, Malbinəsi kəndində 0.81 ha torpaq sahəsi miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. X8 ölümündən sonra X10 məxsus torpağa mülkiyyət hüququna dair JN-250, kod 90108018 saylı dövlət aktına əsasən Yevlax rayonu, Malbinəsi kəndində 0.81 ha torpaq sahəsi miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar