Məhkəmə qərarları › İş №2(039)-2242/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2242/2023

15.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2242/2023 15.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəni nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək övladı Səadətin 09 iyun 2018-ci il tarixdə Yevlax rayonu Yuxarı Qarxun kəndində anadan olması, anasının Ərizəçi və atasının X1 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə nəzərdən keçirilərkən, müəyyən edilmişdir ki, ərizəçi Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna riayət etmədən məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Qeyd olunmalıdır ki, ərizəyə bununla bağlı qeydiyyat şöbəsinin imtina məktubu əlavə edilməmişdir. Ərizəçiyəə izah edilməlidir ki, istinad edilən tələblərə riayət etməklə yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququ var. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 152.1.1, 152.1.2, 152.1.7, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu 100 (bir yüz) manat Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar